Xan bağı (Qarabağ)

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xan bağı
Ölkə

XanbağıAzərbaycanın Xankəndi şəhərinin şimal-şərq hissəsində[1] tarixi məhəllə[2]. Keşmişdə Şuşa şəhəri yaxınlığında yaşayış məskəni sayılırdı[3]. Hazırda bu ərazi Xankəndi şəhərinin şimal-şərq ərazisi və tərkibi sayılır. İbrahimxəlil xan tərəfindən salınmış “Xan bağı” adlanan bağ Qarqar çayından çəkilmiş arxla suvarılırdı, bağın yaxınlılğında karvansara, Qarqar çayı sahilində 4 su dəyirmanı vardır. Bağ alma,armud, gavalı,əncir, tut, qoz ağaclarından ibarət idi, və ərazisi 10 hektaradək təşkil edirdi.[1]

12 iyun 1806-cı ildə İbrahim xan Şuşa yaxınlığındakı Xanbağında ailəsi ilə birlikdə rus mayoru Lisaneviçin dəstəsi tərəfindən qətlə yetirildi.

1992-ci ildən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında idi. 19 sentyabr 2023-cü ildə aparılan lokal xarakterli antiterror əməliyyatları nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin nəzarətinə qaytarılmışdır.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 modern.az. ""İtirilmiş torpaqlarımız..." silsiləsindən: Malıbəyli - Qarabağın "bala Tiflis"i..." modern.az (az.). 2024-02-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-07-01.
  2. "XX əsrin əvvəllərinə qədər Xankəndi şəhərində ermənilər yaşamayıb - Tarixçi". AZƏRTAC. 22.08.2023.
  3. "Bülbül musiqi ensiklopediyasında". 2014-10-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-09-22.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]