xAI

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
XAI
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye informasiya texnologiyaları sənayesi[d], süni intellekt
Təsis tarixi 9 mart 2023
Baş qərargahın yeri
Rəhbərlik
Təsisçilər
x.ai

xAIİlon Mask tərəfindən 2023-cü ilin martında qurulan süni intellekt (Sİ) sahəsində çalışan ABŞ startap şirkəti.

2015-ci ildə Mask Sİ tədqiqat şirkəti OpenAI-də ilk direktorlar şurasına qoşuldu.[1] O OpenAI-yə 1 milyard dollar sərmayə qoydu,[2] lakin 2018-ci ildə Sİ təhlükəsizliyi ilə bağlı fikir ayrılığı nəticəsində idarəçiliyi təhvil almaq üçün verilən uğursuz təklifdən sonra idarə heyətini tərk etdi.[1]

2023-cü ilin aprelində Financial Times bildirdi ki, Mask süni intellekt startapı yaratmağı planlaşdırır və potensial yeni geniş dil modeli üçün minlərlə Nvidia GPU prosessoru satın alıb.[3]

xAI 9 mart 2023-cü ildə Nevada ştatında İlon Mask tərəfindən[4][5][6] təsis edilib.[7] Şirkətin veb-saytında 2023-cü ilin iyul ayına olan məlumata görə, "xAI-nin məqsədi kainatın əsl mahiyyətini anlamaqdır".[8]

Mask 2023-cü il iyulun 12-də xAI-nin yarandığını rəsmən elan etdi.[9] Tarix (7 12 23 = 42) Duqlas Adamsın "Avtostopçunun Qalaktika bələdçisi" romanına[10] (hansı ki, superkompüter həyat, kainat və hər şeylə bağlı son sualın cavabının 42 olduğunu hesablayır) və şirkətin "kainatı anlamaq" missiyasına istinad edilərək seçilib.[11][8] Şirkətin baş ofisi Kaliforniyanın San-Fransisko körfəz bölgəsində yerləşir.[12]

Layihənin rəhbərlərinin fikrincə, xAI-nin məqsədlərindən biri müasir modellərdə tapılmayan qabaqcıl riyazi mülahizələrə qadir olan süni intellekt yaratmaqdır.[13]

Noyabrın 3-də Mask, xAI-nin ilk süni intellekt modelini "seçilmiş qrup"a təqdim edəcəyini bildirdi.[14] 4 noyabr 2023-cü ildə Mask və xAI, yalnız Premium abunəçiləri üçün Twitter ilə sıx inteqrasiya olunmuş Sİ çatbotu Grok-u elan etdi.[15][16]

  1. 1 2 Stokel-Walker, Chris. "What is xAI, Elon Musk's new AI company, and will it succeed?". New Scientist. July 13, 2023. September 22, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 6, 2023.
  2. Goswami, Rohan. "Elon Musk claims he's the reason ChatGPT-owner OpenAI exists". CNBC (ingilis). 2023-05-16. 2023-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  3. Waters, Richard; Bradshaw, Tim; Murgia, Madhumita; Kinder, Tabby. "Elon Musk plans artificial intelligence start-up to rival OpenAI". Financial Times. April 14, 2023. April 16, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2023. (abunə tələb olunur)
  4. "Elon Musk launches xAI in challenge to dominance of ChatGPT owner". The Financial Times. July 12, 2023. July 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2023.
  5. Bhattacharya, Suryathapa. "Elon Musk Launches xAI, His New Artificial-Intelligence Company". The Wall Street Journal. July 12, 2023. July 12, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 12, 2023.
  6. Markman, Jon. "Elon Musk Unveils X.ai: A Game-Changer For Investors". Forbes (ingilis). 2023-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-10-24.
  7. "X.AI Corp". OpenCorporates. 2023-08-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-27.
  8. 1 2 "xAI: Understand the Universe". x.ai (ingilis). 2023-08-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-03.
  9. Vynck, Gerrit De. "Musk's new AI company, xAI, will aim to solve scientific mysteries". Washington Post (ingilis). 2023-07-15. ISSN 0190-8286. 2023-07-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-07-17.
  10. Gairola, Ananya. "How Elon Musk's xAI Launch Date Pays Tribute To Douglas Adam's 'Hitchhiker's Guide To The Galaxy'". Benzinga (English). 2023-09-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-09-09.
  11. elonmusk. "And what are the most fundamental unknown questions?" (Tweet). September 1, 2023. 6 August 2023 tarixində arxivləşdirilib.
  12. Anirban Ghoshal. "Elon Musk launches xAI to take on ChatGPT-maker OpenAI". Computer World. July 13, 2023. July 18, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: July 14, 2023.
  13. Schreckinger, Ben. "Elon Musk's liberal-trolling AI plan has a core audience". Politico. July 17, 2023. October 11, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 6, 2023.
  14. Field, Hayden. "Elon Musk says his new startup xAI will debut its artificial intelligence Saturday". CNBC. November 2, 2023. November 3, 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 3, 2023.
  15. Neowin, Paul Hill. "Elon Musk gives a glimpse at xAI's Grok chatbot". Neowin (ingilis). 2023-11-04. 2023-11-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-11-04.
  16. "Elon Musk Says His New AI Bot 'Grok' Will Have Sarcasm and Access to X Information". Wall Street Journal. 4 November 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 November 2023.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  • x.ai — Rəsmi saytı