Xəmsə həmayili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəmsə

Xəmsə -(ərəb. خمسة ‎, ivr.חמסה‏‎) — qoruyucu амулет həmayil Ərəblər və yəhudilərin işlətdiyi əl ovcu formasında həmayildir. Onun digər adı Allahın əlidir. "Xəmsə" sözünün mənşəyi sami dil ailəsinə aiddir və "beşlik" deməkdir. Bir qayda olaraq, simmetrik olur, böyük və çeçələ barmaq kənardan , bərabər uzunluqda görünür və ovuc içinin anatomik formasını təkrarlamır. Buna baxmayaraq, onu həm yəhudilər, həm də müsəlmanlar geniş istifadə edirlər. Məlumdur ki, o, səmavi dinlərin yaranışına qədər mövcud olmuş və qədim finikiyalıların Ay ilahəsi , və Karfagen şəhərinin himayədarı Tanrıça Tanit ilə əlaqədar olmuşdur.

Arxeoloji məlumatlar ona dəlalət edir ki, üzü aşağı istiqamətlənmiş Xəmsə regionda hələ monoteist (təkallahlı) dinlərin ardıcılları gəlməmişdən əvvəl istifadə olunub. Universal müdafiə işarəsi , sağ əlin açıq ovcunun obrazı hələ qədim Mesopotamiya artefaktları və Buddanın qoruma təlimində — Dxarmaçakra-mudrasında göstərilmişdir.

İlahi müdafiənin əl təsvirinə əsaslanan digər rəmzləri Veneranın əli (Zöhrə və ya Afrodita) və Müqəddəs Məryəmin əlidir ki, onlar da qadınların şər qüvvələrdən müdafiəsi , doğum artımı, laktasiya (süd vermə) , sağlam hamiləliyin təmini , zəif orqanizmin möhkəmlənməsi üçün istifadə olunurdu.

Nəzəriyyələrdən biri Xəmsənin ''Mano Pantea'', Qədim Misirlilərə "Üç barmaq" kimi tanınan amulet, həmayil ilə əlaqəsini yürüdür. Bu amuletdə iki barmaq İsidaOsirisi , böyük barmaq isə onların övladı, Horu simvolizə edir. Inanılırdı ki, bu amulet övladın müdafiəsi üçün valideynlərin ruhlarının çağırılması üçün işlənilirmiş.

Xəmsənin yəhudi mədəniyyətində keçdiyi tarix yolu və onun xüsusilə SefardlarMizraximlər icmalarında geniş istifadəsini onun İslamda işlənməsi sayəsində izləmək mümkündür. Müsəlmanlarla qonşuluqda yaşayan yəhudilər Xəmsəni qəbul etmiş və istifadə etməyə başlamışlar.

Miriamın əli

Yəhudi Xəmsəsi

[redaktə | mənbəni redaktə et]

Yəhudilər arasında Xəmsə həm də "Yad xa-xameş" , yəni "Beşin əli" və ya Musa PeyğəmbərHarunun bacısı "Miryamın əli" kimi məlumdur,

Xəmsə eyni zamanda 5 kitab olan Tövrat kimi də qəbul olunur.

Ərəb Xəmsəsi

[redaktə | mənbəni redaktə et]

İslamda xəmsəni çox zaman "Həzrəti Fatimənin əli" adlandırırlar. Həzrəti Fatimə Məhəmməd Peyğəmbərin yeganə qızı idi və onunadı bir çox möcüzələrlə , məsələn, yağış çağırmaqla bağlıdır. Onun əli dözümlülük, səbir və iman rəmzinə çevrilir. Xəmsə həm də İslamın 5 sütunun rəmzi sayılır.

İspaniyada islam hakimiyyəti başa çatdıqdan sonra Xəmsənin istifadəsinin nə qədər vacib əhəmiyyət kəsb etdiyini görən V Karlın 1526-cı ildə çağırdığı Yepiskop komitəsi Fatimənin əlinin , o cümlədən , açıq vəziyyətdə sağ əl görkəmində bütün həmayillərə, amuletlərə qadağa qoyan əmr imzaladı.

  1. 1. http://www.hamsameaning.com/
  2. 2. Lenhart, Sandy. "Hand of Fatima Meaning — Origin and Variations." Ezine Articles. N.p., n.d. Web. 29 Sept. 2013.
  3. 3. Traditional Jewish Papercuts — An Inner Worlds of Art and Symbol. University Press of New England. 2002. p. 92.
  4. 4. World Institute for Advanced Phenomenological Research and Learning (Belmont, Estados Unidos), 1991, p. 219.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]

http://www.hamsameaning.com/