Xəlil Qasımov

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Xəlil Qasımov
Qasımov Xəlil Məmmədəli oğlu
Doğum tarixi 28 fevral 1942(1942-02-28)
Doğum yeri
Vəfat tarixi 24 oktyabr 2021(2021-10-24) (79 yaşında)
Vəfat yeri Bakı, Azərbaycan
Vətəndaşlığı Azərbaycan
Elmi dərəcəsi biologiya elmləri doktoru
Elmi adı professor
İş yeri
Alma-mater Bakı Dövlət Universiteti
Təhsili
Üzvlüyü

Xəlil Məmmədəli oğlu Qasımov (28 fevral 1942, Bakı24 oktyabr 2021, Bakı) — biologiya elmləri doktoru (1980), professor (1996), AMEA-nın müxbir üzvü (2001).[1][2]

Xəlil Qasımov 28 fevral 1942-ci ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub. 1965-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsini, 1968-1972-ci illərdə SSRİ Elmlər Akademiyası Biofizika İnstitutunun əyani aspiranturasında oxuyub.[1][2]

Əmək fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xəlil Qasımov 1965-1967-ci illərdə Azərbaycan SSR EA-nın akademik Abdulla Qarayev adına Fiziologiya İnstitutunda baş laborant, 1980-1984-cü illərdə EA-nın Fizika İnstitutunun Biofizika laboratoriyasında mühəndis, kiçik elmi işçi və baş elmi işçi vəzifələrində çalışıb.[2] 1984-2018-ci illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda Hüceyrə biofizika laboratoriyasının müdiri, 2018-2021-ci illərdə AMEA Botanika İnstitutu Eksperimental botanika şöbəsinin baş elmi işçi vəzifələrində çalışıb.[1]

Alim 1994-2004-cü illərdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Fiziologiya kafedrasında professor vəzifəsində fəaliyyət göstərib,[2] 2007-2014-cü illərdə Azərbaycan Milli Ensiklopediyasının Elmi Mərkəzinin direktor müavini və direktorun müşaviri vəzifələrində çalışıb. AMEA-nın müxbir üzvü Xəlil Qasımov 2016-ci ildən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tibbi-bioloji elmlər kafedrasının müdiri olub.[1]

Üzv olduğu qurumlar

[redaktə | mənbəni redaktə et]
  • AMEA Botanika İnstitutunun Elmi Şurasının üzvü
  • Azərbaycan Respublikasının Prezidenti yanında AAK-ın Rəyasət Heyətinin üzvü
  • AMEA Botanika İnstitutunun fəaliyyət göstərən Dissertasiya müdafiəsi Şurasının üzvü
  • 2003-cü ildən Rusiya EA Rəyasət Heyətinin nəzdində fəaliyyət göstərən Membran Şurasının üzvü[1]

Akademik fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

Xəlil Qasımov 1972-ci ildə SSRİ Elmlər Akademiyası Biofizika İnstitutunun əyani aspiranturasını bitirmişdi. "Polien antibiotiklərin təsir mexanizmi" mövzusunda namizədlik, 1980-ci ildə "Lipid membranlarında polien antibiotiklərin işləmə prinsipləri – quruluş və funksiyasının qarşılıqlı təsiri" mövzusunda doktorluq dissertasiyalarını müdafiə edib. 1996-cı ildə professor elmi adını qazanan Xəlil Qasımov 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib. Alim uzun illər Bakı Dövlət Universitetində, Azərbaycan Tibb Universitetində və Azərbaycan Dövlət Bədən Tərbiyəsi Akademiyasında Biofizika və Biokimya ixtisası üzrə mühazirələr oxuyub.[1]

Xəlil Qasımovun 180 elmi məqalə, 3 monoqrafiya və 7 ixtiranın müəllifi idi. Onun elmi əsərləri "Nature", "Biochimica et Biophysica Acta", "Studia Biophysica", "Pol. J. Chemistry", "Russian Journal Bioorganic Chemistry", "J. Experimental biology and medicine", "Журнал Экспериментальной биологии и медицины, "Биофизика", "Успехи современной биологии”, “Биологические мембраны”, “Цитология”, “Биоорганическая химия”, “Химико-фармацевтический журнал", "Антибиотики и медицинская биотехнология" jurnallarında çap olunub. Alim 10-dan çox ölkədə beynəlxalq elmi simpozium, konqres və konfranslarda məruzələrlə çıxış edib.[1]

Xəlil Qasımovun elmi rəhbərliyi ilə 6 fəlsəfə və 1 elmlər doktoru hazırlanıb. Beynəlxalq jurnallarda onun əsərlərinə 500-dən çox istinad olunub. Qasımov hüceyrə membranlarında fəaliyyət göstərən nəqliyyat sistemlərinin biofizikasını və biokimyasını molekulyar səviyyədə tədqiq edən aparıcı alimlərdən biri idi.[2] Onun apardığı elmi-tədqiqat işləri hüceyrə membranlarında mövcud olan nəqliyyat sistemlərinin molekulyar təşkili, qeyri-üzvi və üzvi birləşmələrinin membranlardan seçici yolla nəql edilməsi, ion kanallarının yaradılması və membranlarda onların işləmə prinsiplərinin tədqiqi, membran texnologiyasının nəzəri əsaslarının yaradılması ilə əlaqədar idi. Alim sovetlər birliyində ilk dəfə olaraq membranaktiv polien antibiotiklər sinfini aşkar etmiş və onların membranlara təsiredici mexanizmini molekulyar səviyyədə tədqiq edib.[1][3]

Elmi əsərləri

[redaktə | mənbəni redaktə et]

1. Костенко Г.А., Касумов Х.М. Литинская Л.Л., Эйдус Л.Х. 1971. Использование метода измерения электропроводности клеточной суспензии для прижизненного исследования изменения среднего объема клеток во времени (на примере изучения клеток асцитной карциномы Эрлиха). – "Биофизика", т. 16, № 5, 1971, с. 865 – 871.

2.Касумов Х.М., Либерман Е.А. 1972. Ионная проницаемость бимолекулярных мембран в присутствии полиеновых антибиотиков. I. Нистатин и амфотерицин В. – "Биофизика", т.17, № 6, с. 1024 – 1031.

3.Касумов Х.М., Либерман Е.А. 1973. Ионная проницаемость бимолекулярных мембран в присутствии полиеновых антибиотиков. II. Леворин, трихомицин, кандицидин. – "Биофизика", т. 18, № 2, с. 264 – 271.

4.Касумов Х.М., Либерман Е.А., Этингов Е.Д. 1973. Взаимодействие производных полиенового антибиотика амфотерицина В с бимолекулярными мембранами. – "Биофизика", т. 18, № 6, с. 1020 – 1023.

5.Касумов Х.М., Либерман Е.А. 1974. Роль холестерина в увеличении проводимости бимолекулярных мембран полиеновыми антибиотиками.- "Биофизика", т. 19, № 1, с. 71 – 74.

Xəlil Qasımov 24 oktyabr 2021-ci ildə vəfat edib.

Təltif və mükafatları

[redaktə | mənbəni redaktə et]
  • AMEA Rəyasət Heyətinin Fəxri fərmanı — (2002;2012).[2]
  1. 1 2 3 4 5 6 7 8 "Qasımov Xəlil Məmmədəli oğlu" (az.). science.gov.az. 2017. 2021-04-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-11-20.
  2. 1 2 3 4 5 6 "Xəlil Məmmədəli oğlu Qasımov" (Azərbaycan). www.nkpi.az.
  3. "Tibbi-biologiya sahəsində tanınmış alim Xəlil Qasımov vəfat edib" (Azərbaycan). aztibb.az. 04.12.2023 tarixində arxivləşdirilib.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]