Xəlil Mirzə
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Xəlil Mirzə | |
---|---|
Xəlil Mirzəmməd oğlu Xəlilov | |
Doğum tarixi | |
Doğum yeri | Kovlar, Sabirabad rayonu, Azərbaycan SSR, SSRİ |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Fəaliyyəti | şair-publisist |
Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-publisist
Həyatı
[redaktə | mənbəni redaktə et]Xəlil Mirzəmməd oğlu Xəlilov 1958-ci il noyabr ayının 12-də Sabirabad rayonunun Kovlar kəndində anadan olub. 1965—1973-cü illərdə kənd səkkizillik məktəbində, 1973—1975-ci illərdə M.Ə.Sabir adına 1 saylı orta məktəbdə orta təhsil alıb. Ədəbiyyata marağı uşaq yaşlarından başlayıb. Kənd məktəbində oxuyarkən divar qəzetlərinin, radio qovşağının redaktoru olub, həmin illər rayonda çıxan “Muğan” (indiki “Suqovuşan”) qəzeti ilə əməkdaşlıq edib. Qəzet janrının demək olar ki, bütün növlərində qələmini sınayıb və hələ gənc yaşlarında oxucuların rəğbətini qazanıb.
1976-cı ildə Ç.İldırım adına Az.Pİ-nin avtonəqliyyat fakultəsinə daxil olub. 1977—1979-cu illərdə hərbi xidmətdə olub. Hərbi xidmət illərində belə “Muğan” qəzeti ilə əməkdaşlığını davam etdirib. 1979-cu ildə Bakı Şin Zavodunda işə düzəlib və axşam şöbəsində ali təhsilini davam etdirib. 1985-ci ildə təhsilini başa vurmaqla mühəndis-mexanik ixtisasına yiyələnib. Həmin illərdə zavodda çıxan çoxtirajlı “Şinçi” qəzeti ilə əməkdaşlıq edib. Müxtəlif səpgili yazıları ilə yanaşı, həm də şeirləri dövri mətbutda dərc olunub, radio və televiziya verilişlərinə dəvət alıb. Həmin illərdə “Azərbaycan-Azərbaycan” adlı ədəbi birliyin fəal üzvü olub, AYB-nin nəzdində fəaliyyət göstərən “Natavan” klubunun məclislərində iştirak edib. Bakı şəhər 39 saylı orta məktəbdə özü də ədəbiyyat dərnəyi yaradıb, istedalı məktəblilərə poeziyanın sirlərinin aşılanmasında yardımçı olub, 80-ci illərdə populyar olab ədiblərlə görüşlər təşkil edib.
1994—2008-ci illərdə Qaçqınların və Məcburi Köçkünləin İşləri üzrə Dövlət Komitəsində müxtəlif vəzifələrdə çalışıb. Həmin illərdə çoxtirajlı “Vətən səsi” qəzeti ilə əməkdaşlıq edib. Qaçqın və məcburi köçkünlərin acı xatirələrini, həyat şəraitlərini, problemlərini əks etdirən çoxlu sayda məqalələr dərc etdirib. Publisistik-sənədli yazılarla çıxış edib. Dövrümüzün ən dəhşətli faciəsi olan Xocalı faciəsi zamanı erməni qəsbkarlarının törətdiyi vəhşilikləri, Xocalının müdafiəsi zamanı həlak olmuş xalqımızın mərd oğullarının qəhrəmanlıq salnamələrini əks etdirən “Dünya hara baxır görən?!..” adlı sənədli poema yazıb.
Xəlil Mirzə həm də həmin illərdə elindən, obasından ayrı düşmüş yaradıcı insanlarla sırf təmasda olmuş, onların əsərlərinin bir qismini redaktə edərək “Vətən səsi” qəzetində dərc etdirmişdir.
Şairin “Payız qatarı” adlı ilk şerlər kitabı 1996-cı ildə “Gənclik” nəşriyyatında, “Dünya hara baxır görən?!..” adlı ikinci toplu-kitabı 1998-ci ildə “Ağrıdağ” nəşriyyatında, “Zamanın sınağında” adlı üçüncü toplu-kitabı və uşaqlar üçün yazdığı “Almaların nağılı” adlı dördüncü toplu-kitabı 2000-ci ildə “Diplomat” nəşriyyatında, “Yuxumu itirmişəm” adlı beşinci toplu-kitabı isə 2009-cu ildə “Mütərcim” nəşriyyatında nəşr olunub.
Xəlil Mirzə eyni zamanda “Dünya hara baxır görən?!..”, “Danışan məzarlar”, “Qatil Kür”, “Salam kəndim” adlı poemaların, uşaqla üçün yazdığı “Ədalətin qələbəsi” adlı birpərdəli mənzum dram əsərinin, “Zamanın sınağında” adlı povestin və “Qəzet köşkü” adlı tragikomediyanın məllifidir.
Evlidir, iki övladı və iki nəvəsi var.
Kitabları
[redaktə | mənbəni redaktə et]- “Payız qatarı” - “Gənclik” nəşriyyatı 1996-cı il
- “Dünya hara baxır görən?!..” - “Ağrıdağ” nəşriyyatı 1998-ci il
- “Zamanın sınağında” - “Diplomat” nəşriyyatı 2000-ci il
- “Almaların nağılı” - “Diplomat” nəşriyyatı 2000-ci il
- “Yuxumu itirmişəm” - “Mütərcim” nəşriyyatı 2009-cu il
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]Azərbaycan şair və yazıçılarının siyahısı