Vyaçeslav Lıçkin

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vyaçeslav Lıçkin
Ümumi məlumatlar
Tam adı Vyaçeslav Stepanoviç Lıçkin
Doğum tarixi (51 yaş)
Doğum yeri Bakı, Azərbaycan SSR, SSRİ
Vətəndaşlığı Azərbaycan Azərbaycan
Boyu 182 sm
Çəkisi 76 kq
Mövqeyi yarımmüdafiəçi
Klub haqqında məlumat
Klub karyerasını bitirib
Karyerası
Klub karyerası[* 1]
1989—1990 SSRİ MSOP-Termist 18 (0)
1991 SSRİ Neftçi Bakı 3 (0)
1991 SSRİ MSOP-Dinamo Bakı 25 (3)
1992 Rusiya Dinamo Stavropol 3 (0)
1992 Rusiya Nart Çerkessk 17 (5)
1993—1994 Rusiya Anji Mahaçqala 55 (10)
1995—1996 Azərbaycan Neftçi Bakı 30 (4)
1996 Türkiyə Trabzonspor 1 (0)
1996—1997 Azərbaycan U-18 Bakı 2 (1)
1997 Finlandiya Turun Palloseura 19 (6)
1997 Azərbaycan Kəpəz 11 (2)
1998 Rusiya Tümen 11 (4)
1999 Rusiya Torpedo-ZİL 9 (0)
1999 Rusiya Kristall Smolensk 11 (4)
2000 Rusiya Lokomotiv Sankt-Peterburq 11 (3)
2000—2001 Rusiya Dinamo Sankt-Peterburq 15 (5)
2002 Rusiya Kondopoqa LFL
2002 Rusiya Spartak Luxovitsı 19 (10)
2003 Rusiya Qazovik-Qazprom 37 (1)
2004 Rusiya Vidnoe 17 (8)
2005—2006 Azərbaycan Xəzər-Lənkəran 29 (4)
2006—2007 Azərbaycan İnter Bakı 21 (4)
2007—2008 Azərbaycan Simurq 21 (0)
Milli yığma[* 2]
1995—2001 Azərbaycan Azərbaycan 45 (4)

  1. Milli çempionatların müxtəlif liqalarında peşəkar klubların heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı, 1 yanvar 2009 tarixində redaktə olunub.
  2. Rəsmi oyunlarda milli yığmanın heyətində keçirdiyi oyunların və vurduğu qolların sayı.

Vyaçeslav Stepan oğlu Lıçkin (30 sentyabr 1973, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı futbolçu. Futbol üzrə Azərbaycan milli yığmasının üzvü olmuşdur.

Azərbaycan futbolunun yetirməsi. 1989—1991-ci illərdə ikinci liqa klubu Termist klubunda oynuyurdu. 1991-ci ildə Neftçinin heyətində SSRİ birinci liqasında 3 oyun keçirtmişdir.

1992—1994-cü illərdə Dinamo Stavropol, Nart ÇerkesskAnji Mahaçqala kimi rus komandalarında çıxış edirdi.

1995—1996-cı il mövsümünü Neftçi də keçirtdi və öz etirafına görə, bu onun karyerasında ən yaxşı mövsümü idi[1].

1996/97 mövsümün əvvəlində Türkiyənin Trabzonspor komandasında oynuyurdu. Lakin legioner karyerası uğurlu alınmadı və o, tezliklə evə qayıtdı[2]. 1997-ci ildə meneceri Ayvar Poxlakın köməyi ilə Finlandiyanın TPS klubuna keçdi və orada həmən əsas heyətin üzvü ola bildi[3].

1998-ci ilin ikinci yarısında Rusiyanın birinci liqasında çıxış edən Tümendə oynayıb, bu transferdə milli yığmanın üzvü və Tümenin sabiq-oyunçusu Arif Əsədovun rolu böyük idi. Yeni komandada 11 oyuna 4 top vurmuşdur, amma bu klubun aşağı liqaya düşməkdən xilas etmədi.

1999-cu əvvəlində Spartak Moskvanın 2 məşq toplanışında iştirak etdi, lakin sonda komandaya uyğun görsənmədi[4]. Bundan az sonra Torpedo-ZİL ilə müqavilə bağladl. 1999-un yayında Kristall Smolensk FK keçdi.

2000-ci ildə Sankt-Peterburqun "Lokomotiv"i ilə bir illik müqavilə bağladı. Lakin komandada çox qalmadı və mövsümün ortasında tərk etdi. 2001-ci ildə eyni şəhərin Dinamo klubunun oyunçusu oldu.

2002-ci ilin əvvəlində həvəskarlar liqasının üzvü Kondopoqa FK-nın oyunçusu hesab edilirdi.

2002—2004-cü illər arasında Spartak Luxovitsı, Qazovik-QazpromVidnoe FK klublarında oynamışdır.

2006—2007-ci illərdə Bakının İnter klubunda, 2007/08 mövsümündə isə Zaqatalanın Simurq klubunun heyətində çıxış edirdi.

2008-ci ildə 2010-cu ilə qədər həvəskarlar liqasında çıxış edən Neva klubunda oynuyurdu.

Azərbaycan milli yığmasının heyətində 45 oyuna 4 qol vurmuşdur.

Ailəlidir, iki qızı var.

Nailiyyətləri

[redaktə | mənbəni redaktə et]
  1. Торпедо-ЗИЛ — Шинник 0:0
  2. "Вячеслав Лычкин: Отказа не боюсь, «Спартак» стоит любого риска". 2021-04-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
  3. "Vladislav Lıçkın". 2021-07-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.
  4. "Подписаны последние контракты". 2015-09-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-03.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]