Vulkan bombası
Naviqasiyaya keç
Axtarışa keç
Vulkan bombası (rus. бомбы вулканические, ing. volcanic bomb) — vulkan kraterindən plastik halda atılan, havada soyuyub bərkiyərək müəyyən forma alan lava parçası. Daxili hissəsi adətən məsaməli, xarici qabığı isə şüşəli olur. Lavanın qatılığından asılı olaraq vulkan bombaları müxtəlif formada olur: qatı lavanın bombası açıqçatlı olub, çörək qabığını xatırladır, duru bazalt lavası iyvari, kürəvi, armudvari və ucları dartılmış, quyruqlu bombalar əmələ gətirir. Uzun müddət plastik halda qalan çox duru lavalar qoğalvari bomba əmələ gətirir. Vulkan bombası nüvəsi bəzən kənar süxurdan və ya bərkimiş lavadan ibarət olur. Sonuncular "bürünmüş" vulkan bombası adlandırılır.[1]
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vulkan bombası // Geomorfoloji terminlərin izahlı lüğəti. Bakı: "Elm". 2012. səh. 177. ISBN 978-9952-453-14-0.
Mənbə
[redaktə | mənbəni redaktə et]- Geologiya terminlərinin izahlı lüğəti. Bakı: Nafta-Press. 2006. 679.