Volfqanq Ratke

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Volfqanq Ratke
alm. Wolfgang Ratke
Doğum tarixi 18 oktyabr 1571[1] və ya 18 oktyabr 1571(1571-10-18)[2]
Vəfat tarixi 27 aprel 1635(1635-04-27)[1][2] (63 yaşında) və ya 17 aprel 1635(1635-04-17)[3] (63 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti yazıçı, pedaqoq
Tanınır Didaktika termininin banisi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Volfqanq Ratke (tam adı: Volfqanq Ratke; alm. Wolfgang Ratke‎; 18 oktyabr 1571[1] və ya 18 oktyabr 1571[2]27 aprel 1635[1][2] və ya 17 aprel 1635[3], Erfurt[3]) — alman təhsil islahatçısı,[4] pedaqoq.

Volfqanq Ratke 1571-ci ildə Holşteyn əyalətinin Vilster qəsəbəsində[5] anadan olmuşdur. Atası Andreas Ratkeni çox erkən yaşında itirmiş, anası Marqaret Rost isə 19 may 1613-cü ildə 66 yaşında vəfat etmişdir. Volfqanq Ratke Yohan Akademik Məktəbində və Rostok Universitetində təhsil alıb.

Hollandiyada yaşayarkən (1603-11) dilləri tez bir zamanda öyrətmək üçün yeni bir üsul hazırladı. Onun təhsil sistemi Frensis Bekonun fəlsəfəsinə əsaslanırdı: prinsipi əşyalardan adlara, xüsusidən ümumiyə və ana dilindən xarici dillərə doğru irəliləmək idi. Ratkenin təməl ideyası belə idi ki, Bekonun induksiya nəzəriyyəsi də təbiəti izləyir, yəni beyin biliyi əldə edərkən xüsusidən ümumiyə doğru hərəkət etdiyindən təbii ardıcıllıq baş verir. O, hər şeydən əvvəl, bütün fənlərə yanaşmaq üçün müvafiq vasitə kimi yerli vasitələrdən istifadəni müdafiə edir və Latın məktəbi əsasında yerli məktəb yaradılmasını tələb edirdi.

1618-ci ildə Auqsburq və başqa yerlərdə məktəblər açdı. Kötendə Şahzadə Lüdviq von Anhalt onu Ratkenin ideyalarına uyğun idarə ediləcək bir məktəbin açılması üçün zəruri olan vasitələrlə təmin etsə də, ruhanilərlə yaşadığı gərginliklər islahatçının səkkiz ay həbsinə səbəb oldu. 1620-ci ildə Maqdeburqda başqa bir məktəbə başladı, həmin məktəbdəki fəaliyyəti uğursuzluqla nəticələndikdən sonra başqa şəhərlərə səfərə çıxır. Auqsburq və Kötenlə yanaşı, Amsterdam, Bazel, Strasburq, Frankfurt, Veymar və digər yerlərdə özünün təlim metodunu tətbiq edir.

Ratkenin fikirləri öz zamanına görə mütərəqqi idi, lakin icra edə bilmirdi. Müasirləri və gələcək nəsillər üzərindəki təsiri öz planlarını praktikada tətbiq etmək üçün etdiyi cəhdlərin uğursuzluğundan gözləniləndən daha böyük idi. Gördüyü işlər bu sahədə daha uğurlu olan Yan Komenskinin fəaliyyəti ilə kölgədə qaldı. Volfqanq Ratke 1635-ci ildə Erfurtda vəfat edib.

  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 3 4 Педагоги и психологи мира (rus.). 2012.
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118598481 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. J. B. Walmsley. Ratke, Wolfgang // Margie Berns (redaktor). Concise Encyclopedia of Applied Linguistics. Elsevier. 2010. səh. 550. ISBN 978-0-08-096503-1. 2021-04-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-11.
  5. Leichpredigt: Meyfart, Johann Matthäus: Programma Publicum In exequiis Clarissimi & Excellentissimi Viri Dn. Wolfgangi Ratichii, Didactici,... - 1635
  • Henry Barnard, German Teachers and Educators (Hartford, 1878)
  • Robert Hebert Quick, Educational Reformers (New York, 1890)
  • G. Vogt, Wolfgang Ratichius, der Vorgänger des Amos Comenius (Langensalza, 1894)