Vilyam Vayler

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vilyam Uayler
ing. William Wyler
Doğum adı Vilyam Uayler
Digər adı Villi Veyler[1] (Wilhelm Weiller)
Doğum tarixi
Doğum yeri Almaniya imperiyası
Vəfat tarixi (79 yaşında)
Vəfat yeri Los-Anceles, Kaliforniya, ABŞ
Vəfat səbəbi ürək tutması
Dəfn yeri
  • Forest-Laun xatirə parkı[d]
Vətəndaşlığı
Fəaliyyəti ssenarist, film prodüseri, kino aktyoru, kinorejissor, aktyor, rejissor
Fəaliyyət illəri 1925–1970
Təhsili
Mükafatları Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Ən yaxşı rejissor işinə görə "Oskar" mükafatı Golden Globe Award for Best Director "Qızıl qlobus" mükafatı
IMDb ID0943758
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vilyam Vayler (ing. William Wyler; 1 iyul 190227 iyul 1981) — ABŞ kino rejissoru, "Oskar" mükafatı (1942, 1946, 1959) laureatı.

Vilyam Vayler 1 iyul 1902-ci ildə isveçrəli yəhudi baqqalın ailəsində anadan olmuşdur. 1922-ci ildə o, skripka dərslərinə gedərkən, Parisdə təsadüfən "Universal Pictures" studiyasının əsasını qoymuş qohumu Karl Lemle ilə rastlaşır. Onun təklifi ilə 20 yaşlı Vayler ABŞ-yə yollanır.

1925-ci ildə ona qısametrajlı vestern filmə quruluş vermək tapşırılır. İkinci dünya müharibəsi zamanı ordu sıralarına mayor kimi daxil olur. Müharibə zamanı böyük bir risk edərək döyüşlərdə sənədli görüntülər çəkir. Müharibədən sonra isə Konstitusiyaya birinci düzəlişi müdafiə edən komitəyə rəhbərlik etmişdir.

Vilyam Vaylerin fikrincə, rejissor mizanları düzgün növbələməli və kadrların kompozisiyalarına xüsusi diqqət yetirməlidir. O, öz işinə çox aramla başlamışdı. Əvvəllər Vayler ən bəsit kadrları bir neçə dəfə lentə almaqdan belə çəkinmirdi. Getdikcə onun sorağı Hollivuda da çatdı.

"Oskar" mükafatının təqdimetməsi zamanı Vilyam Vayler rekord olaraq ən yaxşı rejissor işi nominasiyasında 12 dəfə namizəd olmuşdur. 1956-cı ildə onun ekranlaşdırdığı "Sülh yolları" filmi Beynəlxalq Kann kinofestivalında "Qızıl palma budağı"na layiq görülmüşdür. Rejissor filmlərinin quruluşuna görə üç dəfə ("Missis Miniver", "Həyatımızın ən gözəl illəri", "Ben-Hur") "Oskar" mükafatı qazanıb.

Vilyam Vayler 1981-ci ilin iyulun 27-də ABŞ-də vəfat etmişdir.

  1. Bu üçü (film, 1936) / These Three
  2. Dalan (film, 1937) / Dead End
  3. İldırımlı aşırım (film, 1939) / Wuthering Heights
  4. Missis Miniver (film, 1942) / Mrs. Miniver
  5. Həyatımızın ən gözəl illəri (film, 1946) / The Best Years of Our Lives
  6. Vərəsə (film, 1949) / The Heiress
  7. Roma tətilləri (film, 1953) / Roman Holiday
  8. Ümidsizlik saatları (film, 1955) / The Desperate Hours
  9. Sülh yolları (film, 1956) / Friendly Persuasion
  10. Böyük ölkə (film, 1958) / The Big Country
  11. Ben-Hur (film, 1959) / Ben-Hur
  12. Uşaqların vaxtı (film, 1961) / The Children’s Hour
  13. Kolleksiyaçı (film, 1965) / The Collector
  14. Milyonu necə oğurlamalı (film, 1966) / How to Steal a Million
  15. Məzəli qız (film, 1968) / Funny Girl
  16. L.B. Consun azad olunması (film, 1970) / The Liberation of L. B. Jones
  1. According to son, David Wyler