Vilyam Adams (şturman)
Vilyam Adams | |
---|---|
ing. William Adams | |
| |
Doğum tarixi | 24 sentyabr 1564 |
Doğum yeri |
|
Vəfat tarixi | 16 may 1620[1][2][…] (55 yaşında) |
Vəfat yeri |
|
Fəaliyyəti | tədqiqatçı-səyyah[d], dənizçi[d], naviqator |
Vikianbarda əlaqəli mediafayllar |
Vilyam Adams (ing. William Adams; 24 sentyabr 1564, Cillinhem[d], Kent qraflığı – 16 may 1620[1][2][…], Hirado[d], Naqasaki prefekturası) – XVII əsrdə Yaponiyada yaşamış ingilis dənizçi və tacir. Tokuqava İeyasu tərəfindən ona Miura yarımadasında torpaq verildiyi üçün Yaponiyada Miura Ancin (三浦按針?, azərb. "Miura şturmanı") adı ilə tanınmışdır.[3] O, Yaponiyaya çata bilən ilk ingilis şəxs hesab olunur.[3]
Həyatı
[redaktə | mənbəni redaktə et]Vilyam Adams 1564-cü ildə İngiltərənin Kent qraflığının Cillinhem şəhərində doğulmuş, gəmiqayırma sahəsində işləməyə başlamışdır.[3] 1598-ci ildə bir holland flotuna şturman kimi qatılmış, bir neçə bədbəxt hadisədən sonra qəzalı vəziyyətdə olan gəmisi "Liefde" ilə 1600-cü ilin aprelində Yaponiyanın Kyuşu adasına çatmışdır.[3]
Tokuqava İeyasu onunla dostluq əlaqələri qurmuş, onu maliyyə nümayəndəsi, xəbərverən, şturman, gəmiqayıran və tərcüməçi kimi vəzifələrə təyin etmişdir.[3] Bunun sayəsində Adams Yaponiyada varlı şəxsə çevrilmiş, 80-ə yaxın xidmətçiyə və öz mülkünə sahib olmuşdur.[3] Rəsmi iş çərçivəsində bütün Yaponiyanı gəzmişdir.[3] İeyasunun dəstəyi ilə ingislərə və hollandlara məktublar yazmış, onları Yaponiya ilə ticarət etməyə dəvət etmişdir.[3] Hollandlar 1611-ci ildə Yaponiyaya gələndə Adams tərcüməçi və nümayəndə qismində onlarla görüşmüşdür.[3] O, ingilis tacirlərə də kömək etmiş, lakin onun Yaponiyadakı fəaliyyəti həmvətənlərinin xoşuna gəlməmiş, onu "milliləşdirilmiş yaponiyalı" hesab etmişdirlər.[3] Adams Koxinxina, Siam və Okinavada da ticarətlə məşğul olmuşdur.[3]
İeyasunun ölümündən sonra Adamsın Yaponiyadakı təsiri azalmışdır.[3] O, 16 may 1620-ci ildə ingilis və holland ticarət postlarının yerləşdiyi Hiradoda ölmüşdür.[3] Adams yapon qadınla evlənmiş və ondan iki uşağı olmuşdu.[3]
İrsi
[redaktə | mənbəni redaktə et]Adamsın Miura yarımadasındakı mülkü olan Hemi ərazisində hər il onun şərəfinə festival keçirilir.[3] Burada onun həyat yoldaşının və uşaqlarının qəbirləri yerləşir.[3] Onun həyatı bir neçə əsərin mövzusu olmuşdur.[3] İngilisdilli yazıçı Ceyms Klavell 1975-ci ildə onun həyatı əsasında "Şoqun" romanını yazmışdır.[3]
İstinadlar
[redaktə | mənbəni redaktə et]Ədəbiyyat
[redaktə | mənbəni redaktə et]- Kodansha Encyclopedia of Japan (ingiliscə). I cild (A–Conso). Tokio: Kodansha. 1983. səh. 11. ISBN 0-87011-621-5. İstifadə tarixi: 13 avqust 2022.