Vill Çalker
Vill Çalker | |
---|---|
ing. Will Chalker | |
Doğum tarixi | |
Doğum yeri | Şərqi Sasseks, İngiltərə |
Vətəndaşlığı | İngiltərə |
Milliyyəti | ingilis |
Fəaliyyəti | model[d], boksçu |
Vill Çalker (doğ. 7 mart 1980, Şərqi Sasseks, İngiltərə) — tanınmış ingilis Top-Model və peşəkar boksçu. Models.com's saytının "Money Guys" siyahısında 15-ci yeri tutur.[1]
Karyera
[redaktə | mənbəni redaktə et]Vill model karyerasına 20 yaşında (2000-ci ildən) başlamışdı.[2] Çalker 2003-cü ildə Paco Rabanne kompaniyasının Black XS parfümünün reklamının çəkilişlərindən sonra çox populyarlaşmışdı.[3] O vaxtdan bəri o J.Crew,[4] YSL, Perry Ellis, Wormland, Valentino, Mark O'Polo, Zara, Bottega Veneta, Louis Vuitton, Shiatzy Chen, Dsquared2, Gap, Ermenegildo Zegna və Paul Smith kimi bir çox reklam kampaniyaların çəkilişlərində iştirak etmiş, GQ, l'Uomo Vogue, i-D, Wallpaper, Esquire və Upstreet jurnalların üz qabığını bəzəmişdi. O, British Fashion Awards'un "Ən yaxşı Kişi-Model" nominasiyası üzrə namizədliyi irəli sürülmüş ilk insandır.[5]
Maraqlı faktlar
[redaktə | mənbəni redaktə et]Vill Çalkerin anketi:
- Boyu : 185 sm
- Çəkisi : 75 kq
- Sinə ətrafı : 102 cm
- Beli : 83 cm
- Omba genişliyi : 98 cm.[6]
- Saçlarının rəngi : Sarışın
- Gözlərinin rəngi : Yaşıl
- Ayaqqabı ölçüsü : 45
- Paltar ölçüsü :
Fiziki xarakteristikalar
[redaktə | mənbəni redaktə et]Vill öz qüsursuz bədəninə, dar ombasına, kişi kimi üz cizgilərinə görə model biznesində çox populyardı.
Şəxsi həyatı
[redaktə | mənbəni redaktə et]Villın şəxsi həyatı haqda məlumatlar o qədər də çox deyil. Uzun müddət gəzən şayiələrə əsasən, Vill İspaniyada fotosessiya zamanı bir vizajistlə tanış olub və onunla görüşməyə başlayıb. Həmin gənc ispaniyalı (adı qeyd olunmur) Vill ilə sosial şəbəkələrdə bir neçə şəkildə görünür.
Agentliklər
[redaktə | mənbəni redaktə et]- ABŞ, New York Model Management
- Danimarka, Unique Models - Kopenhagen
- İngiltərə, Models 1 Agency - London
- ABŞ, LA Models - Los-Anceles
- Almaniya, Mega Models Agency - Hamburq
- İtaliya, Fashion - Milan
- İspaniya, Traffic Models - Barselona
- Fransa, MGM - Paris
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "MODELS.com's Money Guys - 15-11". Models.com. 2013-05-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
- ↑ The Fashion eZine. "The Fashion eZine - Supermodels: Will Chalker". 2008-09-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-08-11.
- ↑ "Will Chalker - Fashion Model - Profile on New York Magazine". Nymag.com. 2020-10-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
- ↑ "J.Crew browse catalog - DECEMBER 2011 - Pages 108-109". Jcrew.com. 1997-12-28. 2012-05-07 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
- ↑ Vogue. "Will Chalker is the first man to be nominated for Best Model (Vogue.com UK)". Vogue.co.uk. 2004-10-06. 2011-06-11 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
- ↑ "Models 1". Models.com. 2011-04-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2012-07-06.
Web links
[redaktə | mənbəni redaktə et]- Will Chalker Photos Arxivləşdirilib 2013-04-29 at the Wayback Machine
- nymag.com profili