Viki Abidələri Sevir hər ilin sentyabr ayında keçirilən beynəlxalq fotoşəkil müsabiqəsidir. Müsabiqə insanları öz ölkəsində yerləşən abidələrin şəkillərini çəkib Wikimedia Commons layihəsinə yükləməyə həvəsləndirir. Müsabiqə, Vikipediyanı illüstrativ materiallarla təmin etmək və Azərbaycanda mədəni irsin mühafizəsi məsələsinə diqqət çəkmək məqsədi daşıyır.
Bu il keçirilən müsabiqə barədə daha ətraflı məlumat almaq üçün "Wikimedia Commons"da yerləşən Wiki Loves Monuments 2019 səhifəsinə baxmaq olar.
Əgər siz yüklədiyiniz fotoşəkillərin müsabiqədə iştirakını istəyirsinizsə, o zaman wikilovesmonuments.org saytına və ya birbaşa Kommonsdakı yükləmə səhifəsinə keçə bilərsiniz. Həmin keçid vasitəsilə açılan səhifədə ölkəni seçib "Upload Wizard" proqram təminatından istifadə edərək fotoşəklinizi yükləyirsiniz. Bu zaman şəklin səhifəsinə avtomatik olaraq {{Wiki Loves Monuments 2019|az}} şablonu yerləşdirilir və o müsabiqədə iştirak edir.
Azərbaycanda yerləşən və müsabiqədə iştirak edə bilən abidələrin siyahısı:
Rayonun adına vurmaqala həmin rayonda yerləşən abidələrin siyahısına baxmaq olar.
Diqqət! Siyahıda olan bəzi abidələr bu günümüzə qədər gəlib çatmamışdır (məsələn Bakıda yerləşən “Tibb işçilərinin evi” adlı bina, keçmiş Sovetskidə vaxtı ilə yerləşən abidələr, Yusif Məmmədəliyev küçəsi, 16 ünvanında yerləşən “Atlantlı ev”, Füzuli, M.A.Əliyev, Ş.Bədəlbəyli və s. küçələrində yerləşən evlər və s.). Lakin bu o demək deyil ki, bu abidələrin fotoşəkilləri müsabiqədə iştirak edə bilməz. Əgər sizdə həmin abidələrin də şəkilləri varsa, onları Vikianbara yükləməklə müsabiqədə iştirak edə bilərsiniz!
Fotoşəkillərə tələblər. Müsabiqədə iştirak etmək üçün fotoşəkil aşağıdakı tələblərə cavab verməlidir:
Şəxsən sizin özünüz tərəfindən çəkilməlidir;
Vikimedia Commonsa 1 sentyabr, Bakı vaxtı ilə saat 00:00-dan tez və 30 sentyabr, saat 23:59-dan gec olmamaq şərtilə yüklənməlidir. Fotoşəkil özü müsabiqədən qabaq da çəkilə bilər;
CC-BY-SA 4.0 lisenziyası və ya digər azad lisenziya altında yüklənməlidir;
Həqiqəti əks etdirməlidir. Şəklin etibarlılığına təsir göstərməyən qrafik redaktorlarda onun üzərində işlənməyə icazə verilir (məsələn, kəsmə və ya rəng korreksiyası), lakin retuş etmək və ya əhəmiyyətli elementlər əlavə etmək olmaz.