Vikipediya:Tarixdə bu gün/oktyabr 23
Naviqasiyaya keç
Axtarışa keç
732 — Puatye döyüşündə ərəblər məğlub oldular.
1714 — Səfəvi hökmdarı Sultan Hüseynin nümayəndəsi Məhəmməd Rza bəy Marseldə Fransa kralı XIV Lüdovik tərəfindən qəbul edildi.
1954 — Qərbi Almaniya NATO-ya qəbul edildi.
1956 — Macarıstanda antisovet üsyanı başladı.
1958 — SSRİ "Hidroproyekt" institutu tərəfindən hazırlanmış layihə əsasında Asuan bəndinin tikintisinə maliyyə vəsaiti ayırdı.
2002 — Terrorçular Moskvadakı Teatr mərkəzində "Nord-Ost" müziklinə tamaşa etmək üçün yığışmış 900-ə yaxın adamı əsir götürdülər.
2011 — Türkiyənin Van bölgəsində baş vermiş zəlzələ nəticəsində 600-dən çox insan həyatını itirdi.
Digər günlər: 22 oktyabr – 23 oktyabr – 24 oktyabr