Vikipediya:Tarixdə bu gün/fevral 20
Naviqasiyaya keç
Axtarışa keç
1798 — Lui Aleksandr Bertye (şəkildə) Roma papası VI Piyi taxtdan saldı.
1835 — Çilinin Konsepsion şəhəri zəlzələ nəticəsində dağıldı.
1872 — Nyu-Yorkda Metropoliten muzeyi açıldı.
1933 — Adolf Hitler nasist partiyasına növbəti seçkilərdə maliyyə dəstəyi almaq üçün alman sənayeçiləri ilə görüş keçirdi.
1978 — Leonid Brejnev SSRİ-nin ən yüksək hərbi mükafatı olan "Qələbə" ordeni ilə təltif edildi.
1986 — SSRİ "Mir" orbital stansiyasının əsas blokunu Yerətrafı orbitə çıxardı.
1988 — Dağlıq Qarabağ Muxtar Vilayəti Xalq Deputatları Sovetinin növbədənkənar sessiyasında "Dağlıq Qarabağın Azərbaycan SSR-in tərkibindən çıxarılıb Ermənistan SSR-ə verilməsi haqqında" SSRİ Ali Sovetinə müraciət qəbul olundu.