Vikipediya:Kənd meydanı/Arxiv/Aprel/2015

Vikipediya, azad ensiklopediya
Ən son rəy:9 il öncə, Samral tərəfindən "İçərişəhər məqaləsi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç

VisualEditor now active here

Click this icon while in VisualEditor for a link to the User Guide. / İstifadə təlimatı keçidi üçün Vizual Redaktorda bu ikonanı klikləyin.

Hello again (and again, apologies for using English on this page. Please do translate my message, if you can!).

As some of you have noticed, this Wikipedia now has Vizual redaktor (VisualEditor or "VE") enabled for all users. There are now two tabs for editing: "Redaktə" and "Mənbəni redaktə et". Click "Redaktə" to use VisualEditor. Click "Mənbəni redaktə et" to edit using wikitext markup.

All edits using VisualEditor will be tagged with "Tag:Vizual redaktor" in recent changes, watchlists, and page histories. To access the User Guide for VisualEditor, click on the "(?)" icon in VisualEditor's toolbar. If you wish to disable VisualEditor, this can be done under "Editing" in your preferences.

Please report any software "bugs" or errors you find at MediaWiki’s VisualEditor Feedback page. Translations for the user interface and its help guide are still needed: you can learn how to support your community with this and other tasks at this instructions page. Please contact me if you need further help though. Happy editing, User:Elitre (WMF) (talk) 15:09, 30 mart 2015 (UTC)

Tərcüməsi

Yenə salam (və yenə, bu səhifədə ingilis dilindən istifadə etdiyimdən üzr istəyirəm. Xahiş edirəm, əgər bacarırsızsa mənim ismarıcımı tərcümə edin!

Sizin çoxunuz müşahidə etmisiniz ki, bu Vikipediyada indi Vizual redaktor (Vizual Redaktor və ya VR) bütün istifadəçilər üçün aktiv edilmişdir. Redaktə üçün iki tab var: "Redaktə" və "Mənbəni redaktə et". Vizual Redaktordan istifadə etmək üçün "Redaktə"i çıqqıldadın. Vikikodu dəyişdirmək üçün "Mənbəni redaktə et"-i klikləyin. Vizual Redaktordan istifadə edən bütün istifadəçilər "Tag:Vizual redaktor" ilə son dəyişikliklərdə, izləmə səhifələrində və səhifə tarixçələrində işarə olunacaq. Vizual Redaktor istifadə təlimatı səhifəsinə keçmək üçün Vizual Redaktorun alətlər panelindəki "(?)" işarəsinin üzərinə klikləyin. Əgər siz Vizual Redaktoru diaktiv etmək istəyirsinizsə bunu "Redaktə" nizamlamalarında edə bilərsiz.

Xahiş edirik ki, hər hansı buq və ya səhv tapdıqda bu haqda MediaVikinin Əlaqə səhifəsinə bildirəsiz. İstifadəçi interfeysinin və onun köməkçi təlimatçısının tərcümə edilməsinə hələ də ehtiyacı var: siz bu təlimat səhifəsində öz cəmiyyətinizi bununla və digər vəzifələrlə dəstəkləməyi öyrənə bilərsiz. Xahiş edirəm əgər sizin daha köməyə ehtiyacınız varsa mənlə əlaqə qurun. Xoş redaktələr.


Tərcümə etdi: --Serk@nl@nd 10:36, 2 aprel 2015 (UTC)

Xahiş

Bu linkə baxın. Həqiqət odur. Televiziya

Şablonlar azdır

Salam. Burada yeniyəm və fərqli mövzuları əlavə etmək istəyirəm amma şablonlar kifayət deyil. Necə edək? Aabdullayev851 (müzakirə) 20:23, 5 aprel 2015 (UTC)

Hansı şablon lazımdırsa deyin. Çalışacayıq ki, düzəldək --Serk@nl@nd 09:34, 6 aprel 2015 (UTC)

Mərkəzi və Şərqi Avropa Baharı

Bütün Vikipediya istifadəçilərini salamlayıram! Mən Mərkəzi və Şərqi Avropa ayında iştirakımı təsdiqləmişəm və bu ay üçün artıq bir məqaləni demək olar ki, tamamlamışam. Sual: iştirakçılar öz tövhələrini nə yolla orada qeyd edə bilərlər? Mümkünsə bunu daha aydın izah edərdiniz. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 15:22, 21 mart 2015 (UTC)

Açığı mən də bilmirəm. Amma hər ehtimala qarşı Qeydlər bölməsinə belə keçid yaradıb qoymuşam: Vikipediya:CEE Spring 2015/Serkanland --Serk@nl@nd 16:04, 21 mart 2015 (UTC)
Bundan əlavə isə öz adınızı bu siyahıya əlavə edə bilərsiniz. --Мурад 97 (müzakirə) 09:14, 9 aprel 2015 (UTC)

Bir daha "Dairəvi məbəd" məqaləsi haqqında

Hörmətli həmkarlar. Bu Dairəvi məbəd məqaləsini məndən başqa heç kim inkişaf etdirmir. Mənə də inkan vermirlər ki, onu inkişaf etdirim. Bildiyiniz kimi, məqalə yalnız vandalizmdan, qərəzli redaktələrdən qorunmaq üçün mühafizə edilməlidir. Burada isə hər şey tərsinədir, məqalə vandallığı, qərəzli redaktələrin qorunması üçün mühafizə edilir, özü də 99-cu dəfə! Neçə gündür oturmuşam, gözləyirəm, mühafizə nə vaxt götürüləcək, mən də redaktəyə başlayım. İdarəçilərə müraciət səhifəsində hər şeyi də ətraflı izah etdim. Buna baxmayaraq, nəinki mühafizə götürülmür, hətta İdarəçilərə müraciət səhifəsindəki Nəticəyə zidd redaktələr də edirlər. Hörmətlə: --Aydın Məmməov (müzakirə) 16:13, 8 aprel 2015 (UTC)

Cənab Aydın Məmmədov, burada yüksək tonla yazaraq, heç kəsi şantaj etməyin. Siz onsuzda heç bir məqaləni inkişaf etdirmirsiz, elə burada yazmaqla öz "aktivliyinizi" göstərirsiniz. Sizin blokunuz açılanda hər kəs sizin sakit, məqalə yaradan bir istifadəçi olacağınıza inanırdılar. Nəticədə isə, bunun əksini gördülər... --Keete 37 (Farid Aliev) (müzakirə) 17:24, 8 aprel 2015 (UTC)
Sən özünü nə hesab edirsən! bunu sən yazdın, ağanın göstərişi ilə məni vandal və saxtakar adlandırdın. Sonda isə sənin bir iftitaçı olmağı bəlli oldu. İndi nə istəyirsən? Mənim işim-gücüm sənin iftiraçı olmağını göstərmək deyil axı?! Burada konket məqalə barədə müzakirə gedir. Mənim hərəkətlərimdən şikayətçisənsə, yenə də işverənlik etmək istəyirsəsnsə başqa bölmə yarat, orada həmişəki kimi ağlına gələni sayaqlamaqda davam et. --Aydın Məmməov (müzakirə) 16:35, 8 aprel 2015 (UTC)
Mənimlə "sən" ilə danışmağı mən sizə icazə verdiyim yadımda deyil cənab Aydın Məmmədov. Sizin insanları təhqir etməyiniz isə yeni bir xəbər deyil - mənə "iftiraçı", "işverən", "sayaqlamaq" kimi ifadələr, təhqir etdiyinizə görə isə, bütün yazdıqlarınızı idarəçilərə göstərəcəm. Siz mehriban şəkildə çalışmağa öyrənməyibsiz. Sizə bir məqam lazımdır ki, hər kəsi təhqir edəsiniz. Artıq mənə nəyə görə təhqirli sözlər yazdığınızı idarəçilərə anladarsınız. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (müzakirə) 18:07, 8 aprel 2015 (UTC)
Cənab Fərid Əliyev. Axı təhqirə təhqirə başlayan elə özünüz olmusunuz?! İstifadəçini "vandal", "saxtakar" adlandırmaq sizcə təhqir deyilmi? Bu həm təhqirdir, həm də böhtan! Bu istifadəçi nə qədər sizin yazdığınıza dözməlidir? Sizin ondan bir üstünlüyünüz varmı? Əgər sizə elə gəlir ki, ondan ağıllısınız, ondan qabiliyyətlisiniz, bunu yaxşı əməllərinizlə sübut etməyə çalışın, onu təhqir etmək, ona böhtan atmaqla bir şey əldə edə bilməzsiniz. Siz hər məqam düşən kimi ona ilişirsiniz. İndi istifadəçi Dairəvi məbəd məqaləsi ilə bağlı qarşılaşdığı problemləri müzəkirəyə çıxarıbdır. Sizin haqqınızda bir kəlmə yazmışdımı? Bir adama güldən ağır söz demişdimi? O dəqiqə müzakirəyə qoşulub mözzudan yayınaraq təhqirə keçdiniz. Bundan sonra sizə hörmət edilməsini necə tələb edə bilərsiniz? Bax, bu redaktəni də siz geri qaytardınız? Mən yazmışam, sildilər. O bərpa etdi siz sildiniz, guya vandallıq imiş, sonra axırda mətni kopyə edib öz adıyla yazdı. Bəs vandallıq hara uçub buxarlandı? Axı deyirdiniz bu vandallıqdır? Əgər hörmətli olmaq istəyirsinizsə, əvvəlcə başqalarına hörmət etməyə çalışmalısınız. Başqalarına hörmət edə bilmirsinizsə, heç kimdən də hörmət gözləməyin. — Bu imzasız yazı 188.226.220.27 (m) tərəfindən əlavə edilib; 19:57, 8 aprel 2015 (UTC)
Bu səhifəyə baxaraq, burada anonim İP ünvanla əslində kimin yazdığı aydın olur - [1]. Öz istifadəçi adınızla yazsaz, daha səmimi görünərdi. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (müzakirə) 21:14, 8 aprel 2015 (UTC)
  • Başqasının şərhinin üstüendən xət çəkmək mədəniyyətsizlik olmaqla yanaşı, bu həm də saxtakarlıq hesab olunur, qaydaya görə başqasının şərhini qəsdən öz marağına uyğun dəyişdirən istifadəçi dərhal bloklanmalıdır! Anonim istifadəçi də vikipediya istifadəçisidir, onun da şərh yazmaq hüququ var. Fəaliyyət linkini isə özü göstərir, 2-ci linkə ehtiyac yoxdur. Mən öz istifadəçi adımla yazıram, öz mövqeyimi müdafiə edirəm. İstifadəçi adım varsa, nəyə görə anonim yazmalıyam ki? Sən isə başqasının diqtəsi ilə yazırsan, başqasının yazdıqlarını köpyə edib bura qoyursan, amma axırda özünü biabır edirsən. İdarəçilərə müraciət səhifəsində mənim ermənilərə işlədiyimi iddia dən sən deyildinmi? Mənə alban xaçı ilə erməni xaçının fərqini "başa salan" sən deyildinmi? Nə oldu axırı? Nə vaxta qədər birlikdə məni təhqir etməkdə davam edəcəksiniz, nə vaxta qədər mənə böhtan atacaqsınız, nə vaxta qədər mənimlə məzələnəcəksiniz?! Məqsədiniz məni münaqişəyə təhrik etməkdir, buna isə işverənlik deyilir. Mənim niyə heç kimlə işim yoxdur? Bir Şəki abidələri ilə bağlı təhrifləri aradan qaldırmaq üçün mübahisəyə girişirəm, çünki bu həm mənim ixtisasımdır, bu sahədə mütəxəssisəm, həm də bunlar yaşadığım şəhərdədir. Sizə nə lazımdı bəs? Niyə imkan vermirsiniz ki, Dairəvi məbədlə bğlı propblemləri müzakirə edək və lazımı nəticəyə nail olaq? Niyə müzakirəni başqa istiqamətə yönəldirsiniz? Həmkarlardan xahiş edirəm, birinci şərhdən sonraçı bütün şərhləri "İstifadəçi müzakirəsi:Keete 37" səhifəəsinə köçürsünlər, çünki onun yazdıqlarının "Dairəvi məbəd" məqaləsinə əsla aidiyyəti yoxdur. Mən özüm də köçürərdim, amma bilirəm ki, geri qaytaracaqdır, çünki o məni mübahisəyə təhrik etmək üçün əlinə düşən hər fürsətdən yararlanmaq istəyir. Hörmətlə: --Aydın Məmməov (müzakirə) 8:01, 9 aprel 2015 (UTC)
Cənab Aydın Məmmədov, sizin məni təhqir etməyiniz, mənə "iftiraçı", "işverən", "sayaqlamaq" kimi sözlər yazmaqla yanaşı, mənimlə "sən" ilə danımağınızı və "mədəniyyətsiz" sözünü də əlavə etdiniz öz təhqir siyahınıza. İnan ki, mən bu təhqirləri bu cür cəzasız qalmasına yol verməyəcəm. Sizin ədalətli bloklanmanızı təmin edəcəm. Mən çox mədəni, aristokratik ailədən olan bir insanam. Sizdən fərqli olaraq, Vikipediyanı ən gözəl məqalələrlə zənginləşdirmişəm. Sizdən fərqli olaraq, Vikipediyada idarəçiyə nalayiq ifadələrin yazılmasının yolverilməz bir hal olduğunu anlayan istifadəçiyəm. Və mən sonuna kimi öz hüquqlarını qorumağı bacaran bir istifadəçiyəm. Siz vandalsınız, vandal - yəni vandalizmlə, vikipediyanı korlayan, onun hörmətli istifadəçi və idarəçilərini heç bir səbəb olmadan təhqir edən, məqalələri saxta məlumatlarla dolduran bir istifadəçisiniz. Mən artıq hər bir idarəçiyə siz tərəfdən mənim şəxsiyyətimə toxunan ifadələrinizdən yazıram. Bu özbaşnalığın birdəfəlik sona qoyulmasına çalışacam. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (müzakirə) 09:42, 9 aprel 2015 (UTC)
Məsələ barədə digər idarəçi və yaxud aktiv istifadəçilərin mövzuya münasibət bildirməmələri məsələnin bizim üçün nə qədər sıxıcı olduğunu bir daha göstərir. Keete 37 (Farid Aliev) yadınıza gəlirsə Çexiya mövzusunda başqa istifadəçilərin məqalə yaratması bir zamanlar sizin əsəbinizə toxunurdu. Siz bəyan edirdiniz ki, mən daha zəngin məqalələr yaradaram, ancaq gərək bunu məndən başqası yaratmasın. Çexiyada yaşamağınız, həmin yerlərin tarixinə və mədəniyyətinə bələd olmanız siz də belə bir təbii reaksiyaya səbəb olmuşdu. Şəxsən mən də buna bənzər bir reaksiya göstərə bilərdim. Yəni burada qeyri-adi nəsə görmürəm. Aydın Məmmədovda öz bölgəsinin tarixi barədə məqalələr əlavə etməyə çalışır. Bunu yaxşımı edir, yoxsa pismi bu barədə təkcə siz qərar verə bilmərsiniz. Mənim şəxsi düşüncəm ondan ibarətdir ki, siz bir məqaləyə görə Aydın Məmmədovun üzərinə düşmüsüz və onun bloklanması üçün idarəçilərin müzakirə səhifələrinə mesajlar qoyursuz. Burada bir sual yaranır. Təhqir olunan tərəf ki, göstərilən idarəçinin özü niyə sözü gedən şəxsi bloka atmır ? Yəgin bunu üçnücü bir idarəçinin etməsi daha təsirli görünər deyə. Sizin iddialarınızı düzgün hesab etmirəm. Aydın Məmmədovdan da yazarkən etik normaları qorumasını rica edirəm. Bu şəxsə mübahisələrdən kənar dayanması barədə ümumi razılıq əldə etsəkdə heç bir nəticəsi olmadı. Vallahi hamı bezib burada gic-gic müzakirələri oxumaqdan. Bu son sözüm bir az qəribə səslənsədə inanın Allaha ki, tam bir reallıqdır. Yekun fikrim isə bundan ibarətdir: Aydın Məmmədov öz fikirlərində təhqirdən və təhdiddən istifadə etmir və tarix mövzusunda fəaliyyət göstərməyə davam edir. Əvəzində Keete 37 (Farid Aliev) qarşı tərəfin etdiyi redaktələr müdaxilə etmir və məsələ bu şəkildə həll olunur. Bloklanmaqdan söhbət gedirsə bir tərəfi yox hər iki tərəfli bloklamaq daha ədalətli olar. Bu mənim məsələ barədə sonuncu bildirişim idi. Cevir tatı, vur tatı söhbətlərdən təmiz təngə gəlmişəm zatən. Hörmətlə:--Baskervill müzakirə 10:47, 9 aprel 2015 (UTC)
Üçmüqəddəs kilsəsi adlı məqalənin yaradılmasında faciəvi nəsə görmürəm. Aydın Məmmədov sadəcə bizim vikidə daha əvvəl mövcud olan bir məqalənin başqa bir formasını yaradıb. Yaradıb yaradıbda, indi buna görə səhifələrlə müzakirələr aparmaq və məsələnin belə çıxılmaz vəziyyətə gətirmək qətiyyən lazım deyil. Keete 37 (Farid Aliev) sözü gedən mövzuda yazılan məqalələrə müdaxilə etməməsini rica edirəm. Hörmətlə:--Baskervill müzakirə 10:54, 9 aprel 2015 (UTC)
Cənab Baskervill, deməli sizin demək istədiyiniz odur ki, o istifadəçi məni təhqir edəcək və buna heç kəs, heç bir reaksiya verməyəcək? "iftiraçı", "işverən", "sayaqlamaq", mədəniyyətsiz - bu nə ifadələrdir? Bura özbaşnalıq məkanıdır? Sizə bu sözləri yazsalar xoşunuza gələr? Mən Çexiya məqalələrində o vaxtlar əgər mübahisələr etmişəmsə də, heç bir insanı təhqir etməmişəm. Bilirsiz niyə? Mən aristokratik bir ailədənəm, düşüncəm və dünya görüşüm kifayət gədərdir. O istifadəçini haqqlı çaxararaq, onun tərəfində durmaqda davam edin. Yəgin bu cür istifadəçilər sizin üçün daha önəmlidir. Bir istifadəçinin xahişini yerinə yetirmək istəyində olmayan idarəçidən heç bir şey istəyə bilmərəm artıq. Sizə uğurlar.--Keete 37 (Farid Aliev) (müzakirə) 11:10, 9 aprel 2015 (UTC)
Bir istifadəçi məndən digər bir istifadəçini bloklamağı istəyir. Həmin şəxs tərəfindən səsləndirilən ifadələri düzgün hesab etmirəm və buna görə həmin şəxsə bir necə günlük bloklamaq cəzası vermək mümkündür. Di gəl ki, Aydın Məmmədov ömürlük bloklanması üçün heç bir səbəb yoxdur. İndi siz istəyəni etmirəm deyə mənə pis idarəçi deyə bilmərsiniz. Adamın yaratdığını məqalərə müdaxilə edib sonra niyə "mənə gözüm üstündə qaşım var" - şikayətlənirsinizsə səhv etirsiniz məncə. Hörmətlə:--Baskervill müzakirə 11:18, 9 aprel 2015 (UTC)
Söhbət bu dəqiqə məqələdən getmir cənab Baskervill, məqalə mövzusu artıq bitmiş sayılır. O istifadəçi o məqaləni necə arzulayır o cür də redaktə etsin, onun özünə də bunu bildirmişəm. Lakin söhbət bu dəqiqə mənim təhqir olunmağımdan gedir. Azərbaycan Vikipediyasında heç kəs, heç kimi təhqir edə bilməz. O mənə "ağanın advokatı" deməyə hüququ yoxdur, onun məni söyməyə heç bir haqqı çatmır. Bura onun üçün söyüş məkanı deyil. Vəssalam. O mənə ünvanladığı bütün təhqirlərə görə şəxsən üzr istəməlidir burada və İdarəçilərin müraciət səhifələrində. --Keete 37 (Farid Aliev) (müzakirə) 11:31, 9 aprel 2015 (UTC)

12.849 işarəli yuxaradakı yazıya qarşı bu sözləri deyirəm: Gəlin sakitləşək. --Serk@nl@nd 11:35, 9 aprel 2015 (UTC)

Cənab Keete 37 (Farid Aliev)! Təhqir olunduğunu başa düşürsənsə, bunun başqa istifadəçini təhqir etməyinin qarşılığında baş verdiyini də bilməli idin. Məsələn, birinci dəfə mənimlə burada kontakta girdin, heç sənə aidiyyəti də yox idi, və bunları yazdın:
Cənab Aydın Məmmədov, siz yenə başladınız? Sizin axı blokunuz yaxınlarda açılanda sizə deyildi ki, yalnız məqalələr ilə işləyin. Cənab Cekli fevral ayının 24-də sizin blokunuzu açdı o niyyətlə ki, siz yenə normal fəaliyyət göstərə biləsiniz. Ancaq bu belə olmur. Çünki skandalistsiniz. Məqalə yaratmırsınız, hamı ilə dava edirsiz. Hər kəsi təhqir edirsiz. Bura sizin üçün bazar deyil. Dava yeri axtarırsızsa, onu deməliyəm ki, Vikipediya sizlik deyil. Hər kəsə burada vəkillik etməyin. Bu sizə aid olmayan bir mövzudur. Siz Vikipediyada məqalə yaratmaq, onları zənginləşdirməkdən başqa bütün lazımsız redaktələrlə məşğulsuz. Bu nə qədər davam edəcək axı? İstifadəçilərin tam olaraq bloklanması, onların idarəçilər qarşısında etibarının 100% itirilməsi deməkdir. Sizə isə burada bir daha şans verildi və bu şansı yenə də qiymətləndirmədiniz. --Keete 37 (Farid Aliev) (talk) 15:05, 15 mart 2015 (UTC)

Bu təhqir və böhtanlarınıza bir cavab verdimmi? Məni təhqir etmişdilər, mən də şikayət yazmışdım. Nə pis iş görmüşdüm ki mənə qarşı belə şeylər yazırdın? Cavab verməməyimdən ruhlanaraq 2-ci kontakta girdiniz və bunu yazdınız:

Cənab Aydinsalis artıq ifadələrə ehtiyac yoxdur - sizin "fəaliyyətiniz" göz qabağındadır - yaratdığınız məqalələr (maksimum iki üç dənə məqaləniz vardır sizin vikipediyada) tam şəkildə bizim tariximizin saxtalaşdırılmasına yönəlib. Və bunun təsdiqini də idarəçilərə müraciətdə lazımi istinadlarla göstərdim. Siz normal şəkildə fəaliyyət göstərmək istəsə idiniz, elə başınızı sallayıb məqalə yaradardınız. Daha Kənd Meydanlarında oturub saatlarla epopeyalar yazmazdınız. Şəxsən əsas olan odur ki, siz öz keçmiş fəaliyyətiniz ilə (vandalizmə yönəlmiş) idarəçilər tərəfindən müddətsiz bloklanmışdınız. Bu da onu göstərir ki, siz öz etimadınızı itiribsiniz. Cənab Sefer azeri mükəmməl idarəçi və vikipediya istifadəçisidir. Onun kimi aktiv fəaliyyəti siz heç bir formada burada təkrarlaya bilməzsiniz. Bütün idarəçilərə bildirmək istəyirəm - sizin üçün kim daha vacibdir - gözəl məqalələr yaradan, öz işinin peşəkarı olan bir idarəçi və ya artıq bir neçə dəfə bloklanmış və tariximizin sadəcə olaraq saxtalaşdırılması ilə məşğul olan istifadəçi? --Keete 37 (Farid Aliev) (müzakirə) 07:08, 2 aprel 2015 (UTC)

Buna da reaksiya vermədim, sonra bu şikayəti yazdın, məni yenə vandal sxtakar adlandırdın, müddətsiz bloklanmağımı tələb etdin, hətta ermənilərə işləməkdə suçladın və s. Nə qədər bu yazdıqlarına dözməliyəm ki? Sən heç bir sübut göstərmədən mənə böhtan atmaqda davam edəcəksən, məni daima təhqir edəcəksən, mən isə sənə heç nə deməli deyiləm? Sən özünü nə hesab edirsən? Sənin qarşındakı balqabaq-zaddır bəgəm? Mənə böhtan atmasan, məni təhqir etməsən, mən də heç nə yazmazdım. Əvvəl-axır başa düşməlisən ki, mən burada könüllülük əsasında fəaliyyət göstərirəm, mənə böhtan atırlarsa, dözümlülük göstərməyə borclu deyiləm, düzdür, 1-2 dəfə dözümlülük göstərib cavab vermədəm, amma bu o demək deyildir ki, səndən qorxuram. Sənə müzakirəni başqa səmtə yönəltmək və qalmaqal yaratmaq lazım idi, bunu bacardın, təbriklər! Yəqin ki yenə də yazmaqda davam edəcəksən. Amma hələlik bir qədər də dözümlülük nümayiş etdirə bilərəm və sənə cavab verməməyə çalışacağam. Sənə "sən"lə müraciət edilməsini istəmirsənsə, mənimlə ümumiyyətlə kontakta girmə. Sən yalnız məni təhqir etmək üçün mənimlə kontakta girirsən. Səninlə mənim başqa nə söhbətim ola bilər ki? İmkan ver, bir az da mövzunu müzakirə edək. --Aydın Məmmədov (müzakirə) 15:38, 9 aprel 2015 (UTC)

Aydın Məmmədov tərəfindən yuxarıda göstərilən və müəllifi Keete 37 (Farid Aliev) olan yazılar düşünürəm ki, qarşı tərəfin heç də süddən çıxmış ağ qaşıq olmadığını göstərir. Keete 37 (Farid Aliev) sizə heç kim haqq verməyib ki, başqasına deyəsiz ki, sən əsla filankəs kimi fəaliyyət göstərə bilməzsən və yaxud müddətsiz bloklanıb öz etibarını itirmisən. Bu söhbətlər vikipediya yox bazar söhbətlərdiri. Ataların bir el məsəli var ki, 40 gün İmam Hüseynə ağlayanda gərək 1 dəfə də yezidə ağlayasan. Zəngin, geniş məqalələr yazırsız Allah razı olsun. Di gəl ki, bu sizə və yaxud bir başqasına haqq vermir ki, siz kimləsə belə tonda danışasız. Adam öz işində gücündə olduğu halda onun tərəfindən yaradılan məqaləni müzakirəyə çıxarır və daha sonra onun bloklanmasını tələb edirsniz. Əlbəttə də deyə bilərsiz ki, mən bu gündən burada fəaliyyət göstərməyi dayandıraram falan. Unutmayın burada heç kim heç kimə görə fəaliyyət göstərmir və kiminsə buranı tərk etməsi ilə itirən vikipediya yox biz olarıq. Tələbiniz qətiyyən düzgün deyil. Hörmətlə:--Baskervill müzakirə 18:42, 9 aprel 2015 (UTC)
Cənab Baskervill, sizdən xahiş edirəm burada "süddən çıxmış ağ qaşıq" kimi ritorik və ironiya ilə dolu ifadələrdən uzaq olun bir az. Düz deyirsiz, mən pis insanam, məni bloklamaq lazımdır. Mən səhv etmişəm - burada bu diskussiyanı başlatmışam, qoymamışam cənab Aydın Məmmədovu burada fəaliyyət göstərməyə. Bilirsiz nədən başlatdım? Çünki Vikipediyada məqaləni sil bölməsi mövcuddur. Və bir kilsə barədə iki ayrıca, hətta deyərdim ki, bir-birinə zidd olan məqalənin yaradılması anormal bir haldır. O cənab bizim tarixi alban kilsəmizi gürcülərə, ruslara, ermənilərə aid olduğunu bildirir. Nəyə görə? İrəvanda bizim tarixi məscidimiz var, ermənilər onu fars məscidi adlandırır, nə var-nə var, onun bərpasını farslar edib və bu gün onu ziyarət edən onlardır. Ancaq bu onu fars məscidi etmir, çünki memarı azərbaycanlıdır. Kilsə də eləcə. Bilirsiz cənab Baskervill, bu diskussiyada mən bir şeyi istəyirdim - məni təhqir edən, o nalayiq ifadələri yazan Aydın bəyi ya bloklayın, ya da qoy o məndən üzr istəsin yazdıqlarına görə. Heç bloklamayın, ehtiyac yoxdur, ancaq niyə o üzr istəmədi? Cəsarəti çatmır da, ona görə. Söyməyi hər kəs bacarır, ancaq dediklərinə üzr istəmək hər kişinin işi deyil. Mən bu diskussiyanın tamamlanmasını istəyirəm. O özü bilər, istəməsin üzr, onun üzrünə qalmamışam. Ancaq ayıbdır, o sizin idarəçinizə nalayiq ifadələr yazır, siz isə buna normal yanaşırsız, Siz idarəçi qrupusuz, siz bir-birinizi həmişə dəstəkləməlisiz. İstifadəçinin heç bir haqqı yoxdur, idarəçiyə o cür sözlər yazsın. Bu onun preroqativindən kənardır. O, yuxarıda gördüm, əziyyət çəkib, tər töküb mənim yazdıqlarımı bir-bir axtarıb, kopyalayıb və buraya yerləşdirib. Əhsən ona, lakin orada vandal sözündən başqa ayıb söz görmərsiniz. Vandal - Vikipediya terminologiyasına aiddir və destruktiv fəaliyyətlə məşğul olan, məlumatları saxtalaşdıran istifadəçilərə deyirlər. Bunu o bilməli idi. Hər halda o Şəkildir, öz abidələri haqqda o daha yaxşı bilir, deyirlər Şəkidə çoxsayda erməni yaşayıbdır. Hər şey ola bilər. Mən şəxsən əsli-köklü Bakılıyam, məndən kənardır bütün bunlar. Və Aydın Məmmədovdan fərqli olaraq öz səhvimi etiraf etməyi bacarıram, çünki komplekslərdən kənaram. Cənab Aydın Məmmədov, sizin aktiv fəaliyyətinizə daxil olaraq, sizin mükəmməl məqalələr yaratmağınıza maneə olduğuma görə sizdən üzr istəyirəm. Bu gündən sizi bir daha narahat etməyəcəyimə əmin ola bilərsiniz, baxmayaraq ki, siz məni təhqir etdiyinizə görə özünüzdə cəsarət tapa bilmədiniz. Cənab Baskervill Sizə isə mən uğurlar arzu edirəm. Narahat olmayın, küsüb buranı tərk edəsi deyiləm. Yaradılası hələ çox məqaləm var. Sağ olun. --Keete 37 (Farid Aliev) (müzakirə) 20:28, 9 aprel 2015 (UTC)
Keete 37 (Farid Aliev) tərəfindən göstərilən yüksək anlayış və dəyərə görə ona təşəkkür edirəm. Azvikinin daxilində olan cəmiyyətin mülayimləşməsi üçün dəyərli addım idi. Aydın Məmmədovda öz xoş niyyətini ifadə etmək naminə bənzər bir necə söz yazsa şad olardım. Məsələnin sülh ilə tamamlanması istənilən halda sevindirici haldır. Hörmətlə:--Baskervill müzakirə 07:52, 10 aprel 2015 (UTC)
Təşəkkür edirəm. Bildiyiniz kimi vikipediyada mənim heç kimlə qəsdi-qərəzliliyim yoxdur və bundan sonra da ola da bilməz. Qalmaqalın yaranma səbəbi isə bu idi ki, Dairəvi məbəd məqaləsi mövzusunu müzakirəyə çıxartmağım bəzi istifadəçilərin zəif yerinə toxundu. Çünki 2 idarəçi həmin məqalədə G.Məmmədovadan başqa bütün etibarlı mənbələri pozmuşlar bu isə vikipediya qaydalarına tamamilə ziddir. Bundan başqa, 19-cu əsr erməni xaçının bənzərini, alban xaçı kimi təqdim edirlər həm də məbəddə ümumiyyətlə heç bir xaçın olmaması məlumdur. Etibarlı mənbələrin əksəriyyəti Dairəvi məbədin 19-cu əsrdə tikildiyini göstərsə də, məqalədə həl-hazırda Dairəvi məbədin "alban memarlığı" üslubunda 5-6-cı əsrlərdə tikilməsi göstərilir. Bütün bunları 2 idarəçi etmişdir. Məsələni müzakirəyə çıxaranda isə özləri heç bir izahat verə bilmədilər, əvəzində isə Fərid Əliyevi müzakirəyə təhrik etdilər ki, müzakirəni pozsun, mən belə başa düşürəm. Hörmətli Baskervill. Bunlar oldu keçdi. Türklər demişkən keçmiş olsun. İndi imkan versinlər, məqaləni vikipediya qaydalarına uyğunlaşdırım, doğru olmayan şeyləri silim, silinmiş etibarlı mənbələri bətpa edim. Əgər hansısa səbəbdən bunu istəmirlərsə, onda həmin məqaləni silinməyə namizəd göstərim. Əl boyda məqalədir, onun üstündə bu qədər mübahisə etməkdənsə, silinməsi daha məqsədəuyğun ola bilər. Bir daha təşəkkürlər. --Hörmətlə, Aydın Məmmədov (müzakirə) 8:33, 10 aprel 2015 (UTC)
Cənab Baskervill, mən axı sizə dedim ki, cənab Aydın Məmmədovda üzr istəməyə cəsarət olmayacaqdır. Aydın Məmmədov, o əl boyda məqalə ilə çalışa bilərsiniz. Yəni buna icazə almağı əldə etsəz idarəçilərdən. Bir də ki, heç kəs məni, heç nəyə təhrik edə bilməz. Mən cənab Sefer azerini həmişə dəstəkləyəcəm, çünki o professional idarəçi və istifadəçidir. Sizə uğurlar. Müzakirəni artıq yekunlayın və məqalələrlə çalışın zəhmət olmazsa. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (müzakirə) 09:02, 10 aprel 2015 (UTC)
  • Hörmətli, Baskervill. Sizin təklif etdiyiniz razılaşmanın heç mürəkkəbi qurumamış, qarşı tərəf yenidən mənim mövzularıma müdaxilə edir. Bu dəfə Şəki dövləti məqaləsinə yönləndirdiyim Şəki knyazlığı məqaləsini yenidən bərpa edirlər və nəticədə azvikidə eyni mövzuda 2 məqalə olmuş olur. Bu başıbələlı məqaləyə onlar bir nöqtə belə qoymayıblar, yalnız adını dəyişməyə cəhd edirlər. Gah Ereti edirlər, gah knyazlıq, nəticədə məqalənin inkişafına mane olurlar. Misal üçün məqalənin ru vikidəki analoqu, az vikidən dəfələrlə yaxşı və tamamlanmış vəziyyətdədir: ru:Шекинское царство. Məqalənin adı məncə yalnız Şəki dövləti ola bilər. "Şəki knyazlığı" adlanması üçün heç bir şans görmürəm və bu barədə məqalənin müzakirə dəhifəsində izahat vermişəm: Müzakirə:Şəki dövləti. Etibarlı mənbələrdə ən popuyar adlanma isə "Şəki knyazlığı" yox, "Şəki çarlığı"dır, amma knyazlıq kimi, bu da yalnız rusca etibarlı mənbələrdədir. Mümkünsə bu problemin də çözülməsinə yardımçı olun. --Hörmətlə, Aydın Məmmədov (müzakirə) 7:58, 19 aprel 2015 (UTC)
Cənab Aydın Məmmədov ümumiyyətlə, mən xristian hökmdarların öz dövlətini necə dövlət adlandıra bilməsinə şübhə edirəm. Məsələ mübahisəli bir məsələdir və məqalənin adının indiki formada saxlanılmasının tərəfdarıyam. Sizdən bir daha rica edirəm ki, tarixi mənbəsi mübahisəli ola biləcək sahələrədə bir müddətlik işləməyin. Axı siz söz vermişdiniz ki, SSRİ futbol çempionatı barədə məqalələr yazacaqsınız.. --Baskervill müzakirə 10:11, 19 aprel 2015 (UTC)
Məqalənin knyazlıq yoxsa dövlət olaraq adlandırılması elə də mühüm bir məsələ olmamalıdır. Əsas xarici mənbələr məqalənin knyazlıq olaraq adlandırır və cəmi bir necə yerli mənbə məsələyə dövlət prizmasından yanaşır. Bir daha demək istəyirəm ki, burada adlandırmalar arasında uçurum yoxdur. Əgər siz məqalənin adını dəyişdirməyə cəht etməyəcəkinsizə və sadəcə zənginləşdirmə prosesi aparacaqsınızsa məqalə üzərinidə olan mühafizəni ləğv edə bilərəm. Hörmətlə:--Baskervill müzakirə 10:14, 19 aprel 2015 (UTC)
Təşəkkür edirəm. Azvikidə ilk olaraq bu məqaləni mən yaratmışdım və "Şəki knyazlığı" adlandırmışdım. Lakin həmin məqalə əvvəlcə heç bir əsas olmadan "Ereti" adlandırıldı, sonra isə silindi. Bunu isə istifadəçi "Şəki dövləti" adıyla yaradıbdır. Eyni istifadəçi bu məqaləni rus vikipediyasında "Şəki çarlığı" adlandırıbdır. Rus vikipediyasında onun nə yazdığına silən olubdur, nə də ki, məqaləsinin adına dəyişən olub. Çünki, yoxlayıblar, görüblər ki düz yazıbdır. Yəni məqaləni yaradan istifadəçi mövzunu hamıdan çox öyrənibdir, biz məqalənin adını dəyişməklə, məqalənin inkişafına mane oluruq, əlavə heç bir yaxşı nəticə əldə etmirik, üstəlik, boş-boş müzakirələrdə vaxtımızı itiririk. Elə bilirsiniz məqalənin "Şəki dövləti" adı mənim xoşuma gəlir? Yox, təbii ki. Amma bundan münasibi də yoxdur. Vikipediya qaydalarına görə bu olmalıdır. Çünki rusca olduğu kimi "Şəki çarlığı" yazmaq olmaz, o cümlədən "Şəki knyazlığı" da. Əgər çarlıq, yaxud, knyazlıq yazsaq, gərək çarları, knyazları da göstərək. Azərbaycan dilində "Şəki çarı" - "Şəki knyazı", "Şəki çarlığı" - "Şəki knyazlığı" ifadələri işlənmir. Googleyə bir axtarışa qoyun baxın, "Şəki dövləti" üçün çox nəticə var, ya onlar üçün?
  • Xülasə, məqalənin mühafizəsinin götürülməsinə ehtiyac yoxdur, çünki azvikidə Şəki dövləti məqaləsi var, sadəcə Şəki knyazlığı məqaləsi Şəki dövləti məqaləsinə yönləndirilməlidir. Məqalənin adı ilə bağlı müzakirələr bizim vaxtımızı alacaqdır, sonda yenə "Şəki dövləti"nin üzərində dayanacağıq. Boş yerə niyə mübahisə edirlər, başa düşə bilmirəm? Axı o adamlar, məqaləyə bir nöqtə belə qoymayıblar? Məqalənin adını vikipediya qaydalarına zidd olaraq dəyişməklə məqalənin inkişafına niyə mane olmaq istəyirlər? Eyni adamlar, vaxtilə eyni mövqe nümayiş etdirərək, "Şəki knyazlığı" məqaləsinin adını "Ereti" etmişdilər, indi isə "Şəki dövləti"nin adını "Şəki knyazlığı" etmək istəyirlər?! "Şəki knyazlığı" doğru variandırsa, o vaxt onu niyə dəyişirdilər?! Heç bir əsas göstərə bilmirlər, amma adı dəyişirlər? Nəyə lazımdır bu? Məqaləni təbii ki inkişaf etdirəcəyəm, SSRİ futbol çempionatları barədə də söz verdiyim məqalələri yaradacağam, amma hər kompütüeri açanda, redaktələrimə əsassız müdaxilələri görürəm və vaxtımı bunları aradan qaldırmağa sərf etməyə məcbur oluram, səmərəli fəaliyyət göstərə bilmirəm. --Hörmətlə, Aydın Məmmədov (müzakirə) 10:42, 19 aprel 2015 (UTC)

Möhkəmlik məqaləsinin keçidi

Möhkəmlik məqaləsinin keçidi yanlışdır, onu necə redaktə emək olar..Mövcud keçidin pozulamsı və yenidən əlavə edilməsi mümkündürmü? İstifadəçi:Rezo

✅YHəll edildi. --Araz Yaquboglu (müzakirə) 09:16, 10 aprel 2015 (UTC)
Təşəkkürlər!--İstifadəçi:Rezo

Stewards confirmation rules

Hello, I made a proposal on Meta to change the rules for the steward confirmations. Currently consensus to remove is required for a steward to lose his status, however I think it's fairer to the community if every steward needed the consensus to keep. As this is an issue that affects all WMF wikis, I'm sending this notification to let people know & be able to participate. Best regards, --MF-W 16:12, 10 aprel 2015 (UTC)

Tərcüməsi

Salam, mən stüard təsdiqlənmə qaydalarını dəyişmək barədə Metada təklif vermişəm. Hal-hazırkı konsensusu aradan qaldırmaq üçün bur stüardın öz statusunu itirməsi tələb olunur, lakin mən düşünürəm ki, əgər hər stüard öz statusunu qorumaq barədə konsensusa ehtiyac olsa bu cəmiyyət üçün ədalətli olar. Bu kimi mübahisəli məsələ bütün WMF vikilərinə təsir göstərəcək. Mən bu bildirişi insanların bunu bilməsi və iştirak edə bilməsi üçün gönsərirəm. Hörmətlə.

Tərcümə etdi:--Serk@nl@nd 12:51, 12 aprel 2015 (UTC)

VisualEditor News #2—2015

19:48, 10 aprel 2015 (UTC)

Vandal İP-lər

Bütün istifadəçiləri salamalayıram. İdarəçilərdən bir ricam olacaq: Gəncə şəhəri haqqında olan məqalədə tez-tez müxtəlif İP-lərdən şəhərin əhalisi haqqında məlumatlara vandallıq sayılacaq mənbənin təkzib edilməsi ilə əhali sayının təhrifi edilir. Mən artıq hər dəfə bu tip dəyişikliyi qaytarmaqdan bezdim. Misal üçün bu həmin İP-lərdən biridir. Münkündürsə redaktəçi üçün inzibati tədbir görülsün. Hörmətlə !--Asparux Xan Bulqar (müzakirə) 14:27, 12 aprel 2015 (UTC)

Görüş

15 aprel tarixində, saat 19:00-da "Azərbaycan vikimediaçıları" istifadəçi qrupunun üzvlərinin görüşü keçiriləcəkdir. Görüşdə mövzulu ayların qalibləri mükafatlandırılacaq, həmçinin Vikipediyanın inkişafı məsələləri və istifadəçi qrupunun bu işdə oynaya biləcəyi rol müzakirə ediləcək. Görüşdə iştirak etmək istəyən hər kəsi, o cümlədən mövzulu ayların qaliblərini Nizami və Fikrət Əmirov küçələrinin kəsişməsində yerləşən "İntellekt evi"nə dəvət edirik. İştirak etmək istəyənlərdən xahiş olunur ki, bu linkdə iştiraklarını təsdiq etsinlər. Mövzulu aylarda yer tutan istifadəçilər bunlardır: Kriptex, Kim Yushin, Serkanland, Rorschach92, RafiqAli, Zaur Turan(1994), Sefer azeriAraz Yaquboglu.--Wertuose (müzakirə) 07:46, 14 aprel 2015 (UTC)

✅Y Noutbuk və ya netbuk gətirmək mümkündür? --Serk@nl@nd 09:29, 14 aprel 2015 (UTC)
Məsələ barədə daha əvvəlcədən məlumatlı olsaydım mütləq mən də iştirak edərdim. Niyyətim nəsə hədiyyə əldə etmək yox Azvikinin mövcud vəziyyətini müzakirə etməkdir. Çayxanalarda müzakirələr aparmaqdan bezmişəm belə elmi bir məkan arzu edirdim.. Qalsın əsgərlikdən qalandan sonraya. --Baskervill müzakirə 19:57, 14 aprel 2015 (UTC)
Serkan, gətirə bilərsiniz. Orda wi-fi da var. Baskervill, yəqin mayın sonu yenə görüşümüz olacaq. Ora da qatıla bilərsiniz.--Wertuose (müzakirə) 04:23, 15 aprel 2015 (UTC)

14 min ərəb əlifbalı məqalə silindi

Oğuz elinin gözü aydın olsun ! Azvikini ən böyük problemlərindən biri az əvvəl kökündən həll edildi. Uzun müddət idi ki, Vikipediyanın Azərbaycan dili üzrə bölməsində məqalələr 2 əlifbada (latın və ərəb) mövcud idi və bu hal hər bir vikipediyaçı üçün ciddi problem idi. Güzgü sisteminin tətbiqinin mümkünsüzlüyü, ərəb əlifbalı məqalələrin bizim üçün prespektivsiz olmasının müəyyənləşməsi və ən əsası cənublu soydaşlarımızın Azvikini tərk edib inkubatorda Azb adlı bir lahiyə başlatmaları sözü gedən 14 min məqalə qısa zamanda üzərimizdə bir yükə çevirdi. Doğurdan çox çətin bir proses oldu. 1 il ərzində məqalələr hissə-hissə silindi və demək olar ki, biz 1 il ərzində məqalə sayı baxımdan heç bir inkişaf əldə edə bilmədik. Bütün baş verən məhrumiyyətlərə baxmayaraq sonluq uğurlu oldu. Daha axtarış zamanı qarşınıza ərəb əlifbalı məqalələr, kateqoriyalar və yaxud şablonlar çıxmayacaq. Buradan bir idarəçi olaraq cənublu soydaşlarımıza da səslənmək istərdim. Bizim niyyətimiz sizi bizdən ayırmaq yox, tam əksinə birləşdirməkdir. Hər biriniz çox gözəl latın əlifbası ilə yaza bilirsiniz və gəlin birlikdə fəaliyyət göstərək. Bu gündən etibarən kim ərəb əlifbalı məqalə yaratsa məqalə dərhal silinəcək. Tək əlifbalı Azvikiyə xoş gəldiniz.. :))))))) YES !!! --Baskervill müzakirə 20:02, 14 aprel 2015 (UTC)

Baskervill müzakirə mən axtarışa ərəb hərfi yazdım. Nə qədər məqalə gəldi: [2] Bu nə ilə bağlıdır ?--Yuşin (münazirə) 20:22, 14 aprel 2015 (UTC)
490 məqalə qalıb. Prosesin tam olaraq tamamlanması üçün bir necə saat vaxt lazımdır. --Baskervill müzakirə 20:24, 14 aprel 2015 (UTC)
Məncə bu düzgün qərardır cənab Baskervill, mən özüm çoxdan deyirdim ki, ikiəlifbalı sistemin heç bir perspektivi yoxdur. İranlı azərbaycanllar inciməsin, lakin onların hamısı latın əlifbasını çox gözəl bilə-bilə yalandan simulyantlıq edərək bunun onlar üçün çox çətin olduğunu deyirdilər. Məncə əqər onlar həqiqətən də bizə kömək etmək istəsə idilər, onlar ən azından həmin ərəbəlifbalı məqalələri zənginləşdirərdilər. Öz əlifbalarıdı da, nədən çalışmırdılar. Çünki tənbəldirlər, inciməsinlər. Fakt budur ki, bu məqalələrdən azad olmamız bizə nəhayət azadlıq verdi. Hər kəsi təbrik edirəm. Hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 21:01, 14 aprel 2015 (UTC)
Təbriklər. İnşəAllah azbviki də təsdiqlənər.--samral müzakirə 08:19, 15 aprel 2015 (UTC)
Axır ki! Təbriklər! Neçə vaxtdır ki, Vikipediyada bu məqalələr üzündən geriləmişik, məqalə sayı artmırdı. --Serk@nl@nd 09:40, 15 aprel 2015 (UTC)
Yuşin zəhmət olmasa sözü gedən keçidi yenidən yoxlayın. Görün indi qarşınıza ərəb əlifbalı məqalələr çıxırmı.--Baskervill müzakirə 12:00, 15 aprel 2015 (UTC)
Zəhmətiniz hədər getməsin. Ümüdvaram ki, tezliklə silinən 14 min məqalənin yeri dərin, sanballı məqalələr ilə doldurulacaq.--Namikilisu 14:15, 15 aprel 2015 (UTC)
Təşəkkürlər Baskervill! Azb vikiyə uğurlar!--Yuşin (münazirə) 17:17, 15 aprel 2015 (UTC)
Bu bizim son illər və bəlkə də elə azviki yaranandan ən böyük uğurumuzdur. Bəzi məqalələrdən 2 dənə vardı - həm ərəblə, həm latınla - ona görə də azvikidə dəqiq nə qədər məqalə olduğu bilinmirdi. İndi artıq məqalə sayımız real məqalə sayımızdır. Bir də "14 MİN ƏRƏF ƏLİFBASI İLƏ MƏQALƏ" deyəndə bir az məncə gur səslənir. O məqalələrdən təxminən 1 000-i normal, içində ən azı 5-6 cümlə olan, ensiklopedik məqalə idi. 10 min məqalə bot vasitəsilə yaradılmışdı və 1 şablon cümlədən ibarət idi. Onu da 2-3 il bundan qabaq 2 cənublu soydaşımız ərəblə yazılan məqalələrin sayını süni şəkildə artırmaq üçün eləmişdilər. O məqalələri inkubatorda ərəblə olan azvikini hazırlayan cənublu soydaşlarımız heç ora köçürməyə ehtiyac da duymadılar. Burdakı 14 min məqalədən təxminən 5 mini ora köçürüldü. Bu işdəki böyük zəhmətinə görə mən də Baskervill-ə öz təşəkkürümü bildirirəm. Bu silinən məqalələrin də yerini necə gəldi latınla olan məqalələrlə doldurmağa tələsmək lazım deyil. İndi bizim ən böyük problemimiz ensiklopedik, amma qaralama halında olan latınla məqalələri zənginləşdirmək olmalıdır. Hörmətlə:--Sortilegus (müzakirə) 18:16, 15 aprel 2015 (UTC)
3-4 il əvvəl Metada ərəb əlifbası ilə bağlı səsvermədə ərəb əlifbalı yeni vikinin yaradılmasına yalnız mən səs vermişdim. O vaxt buna görə məni qınayırdınız, hətta Azərbaycanın parçalanmasına səs verdiyimi iddia edirdiniz?! İndi nə oldu? Hamınız bir-birinizi təbrik edirsiniz?! Məncə burada seviniləsi bir iş yoxdur. Siz ərəb əlifbası problemini həll etmək istəmirdiniz, ona görə mən ərəb qrafikalı yeni azərbaycan vikisinin yaranmasına səs vermişdim. Əslində isə siz burada azərbaycan ərəb qrafikasında inşanın inkişafına çalışmalıydınız... Hörmətlə:--Aydın Məmmədov (müzakirə) 9:41, 16 aprel 2015 (UTC)
Aydın Məmmədov ərəb əlifbalı məqalələrin Azvikidə yaradılması yol verilməz bir hal idi. Belə də bizim aramızda olan məsafənin daha da dərinləşəcəkdi. Burada latınla yazan yoldaşların mütləq əksəriyyəti ərəb əlifbasını başa düşmür və demək olar ki, biz orada nəyin necə yazılmasından xəbərsiz idik. Belə bir anormal duruma səbr etmək niyyətimizdə yox idi. Cənublu soydaşlarımız özlərinə sərf edəndə bizlərdən qat-qat yaxşı ingilis dilində (latınla) müzakirələr aparır məsələ bura gələndə isə biz latınla yaza bilmirik deyirdilər. Yekunda vəziyyəti özləridə başa düşüb fəaliyyətini dayandırdılar. 14 min məqalə isə üzərimizdə yük kimi qaldı. Bir-birimizi təbrik etmək ən təbii haqqımızdır. Hörmətlə:--Baskervill müzakirə 11:05, 16 aprel 2015 (UTC)
3-4 il əvvəl mən ərəb əlifbalı məqalələrin aqibətini necə olacağını bilirdim. Ona görə ürək ağrısı ilə yeni vikinin yaradılmasına səs verdim. Və bu mövqeyim Azərbaycanın parçalanmasına səs vermək kimi qiymətləndirildi. İndi siz bir-birinizi təbrik edirsinizsə, bilməlisiniz ki, Azərbaycanın parçalanmasına görə bir birinizi təbrik edirsiniz, sevinmək üçün isə heç bir əsas yoxdur. Bu əlifba azviki üçün nə qədər problem yaratsa da, Azərbaycanın parçalanması daha böyük problemdir. Cənublu soydaşlarımızla bir vikidə işləmək, onların inşasını inkişaf etdirmək lazım idi, bu şansı əldən buraxdıq. Daha sonra isə vacib bir şansımızı da əldən buraxa bilərik. Yəni Krill qafikalı 3-cü azviki də yarana bilər: Çünki Dağıstanda 100 min azərbaycanlı varsa və əgər onların rəsmi əlifbası Kirildirsə. Onda nə deyəcəksiniz? Özü də bu yeni gözlənilən vikimiz yalnız botların köməyi ilə ildırım sürəti böyüyə, cəmi 1-2 günə azviki boyda ola bilər. Vaxtı çatanda bu da baş verəcəkdir. Hələlik isə nə ərəb, nə də kirill üzərində hər hansı müzakirəyə ehtiyac yoxdur. Ərəb ayrıldı, kirillə isə hələlik təlabat və tərəfdar yoxdur. -- Hörmətlə, Aydın Məmmədov (müzakirə) 17:18, 16 aprel 2015 (UTC)
Burda yenidən mübahisə mövzusu yaratmayaq. Atalarımızın belə bir misalı var: “Özünə umac ola bilməyən, başqalarına əriştə kəsir”...Bəli biz gərək latınca özümüzə umac olaq...sonra ərəbcə əriştə kəsək..--Namikilisu 19:38, 16 aprel 2015 (UTC)

Mənim artıq sözüm yoxdur. Qoy, əvəzimə Vahabzadə danışsın:

Öz sivri ucuyla bu lələk qələm

Dəldi sinəsini Azərbaycanın.

Başını qaldırdı, Ancaq dəmbədəm

Kəsdilər səsini Azərbaycanın.

Gülüstan poeması, Bəxtiyar Vahabzadə









Əllərimi yuyuram (ivr.Netilat Jadajim‏‎) --Мурад 97 (müzakirə) 21:19, 18 aprel 2015 (UTC)

Мурад 97 nə dəxlisi var ? İnkubatorda azb vikinin açılması üçün işlər görülür. Kürdlərin 3 dənə vikiləri bu o deməkdir ki, kürdləri bölüblər ? bu nə düşüncədir axı.. --Baskervill müzakirə 21:26, 18 aprel 2015 (UTC)
Hörmətli Baskervill. Siz kürdlərin bölünməsinə doğrudanmı şübhə edirsiniz? İraq kürdləri, İran kürdləri, Türkiyə kürdləri, Suriya kürdləri və yezidi kürdlər deyiləndə kürdlərin bölünməsi açıq-aşkar görünmürmü? Amma yuxarıda qeyd etdiyim kimi, biz bu məsələnin üstündə dayanmalı deyilik. Azvikidə ərəb əlifbasına yol verilməsi, bizimlə İran azərbaycanlılarını mədəni cəhətdən yaxınlaşması üçün gözəl şans idi. Bu şansı əldən buraxdıq. Buna başqa qiymət vermək mümkün deyil. Vəssalam. -- Hörmətlə, Aydın Məmmədov (müzakirə) 7:28, 19 aprel 2015 (UTC)
Neçə min saat zəhməti məhv etdin tək başına Baskervill bəy! kim sənə bu izni veribdir 14 min məqaləni siləsən? nəzərimə bu işiniz vikipediaya xəyanət kimi baxılmalıdır. bu üstündə minlər saat iş aparılan və zəhmət çəkilən məqalələri niə yeni qurulacaq Ərəb əlifbalı vikipediaya daşımadın və intiqal vermədin? bir neçə ay bundan əvvəl [3] bunun üstündə çox bəhslər apardıq və belə bir qərar alındıki indiki vəziyət yanı buranın iki əlifbalı olması qorunsun. indi gəlirsən birdən birə Azərbaycan tarixində Ərəb əlifbasında yazılan ən böyük ensiklopedianı kökdən silirsən və ona fəxr edirsən? vikpediyanın qurucuları həmişə deyirlər ki bu azviki iki əlifbalıdır. Heyf olsun o belə zəhmətlərdən. heyf olsun. bunları siləndə heç fikr etmədin ki bu məqalələri insanlar yazmışlar və üzərində zəhmətlər çəkmişlər? Azərbaycan, başın sağ olsun.[[User:Matreeks|Matreeks]]</span><sup><span style="color:#ff0000;">(</span><span style="font-family:Tahoma;color:#00ff00;">[[User_talk:Matreeks|دانیشیق]]</span><span style="color:#ff0000;">)</span></sup> (müzakirə) 02:24, 21 aprel 2015 (UTC)

Əvvəl Vikipediyada Böyük, Tam, Bölünməz Virtual Azərbaycan var idi. Dünyada Azərbaycanı düşmənlərimiz iki yerə parcaladı. Virtual dünyada isə biz özümün Azərbaycanı parça-parça etdik. Başımız sağ olsun!--İrada (müzakirə) 06:09, 21 aprel 2015 (UTC)

Cənab Matreex Sizin üçün azb viki yaradılıb, o ərəb məqalələri yalnız orada yazın zəhmət olmazsa. Bura latın əlifbalı məkandır, Özünüzdə latınla yazmağı çox gözəl bacarırsınız, sadəcə olaraq özünüzə əziyyət vermək istəmirsiniz, elə ona görə də həmin ərəb əlifbalı məqalələr ikicümləlik idi. Heç kəsi burada dağdan dünən düşmüş hesab etməyin. Mən o İrandan olan istifadəçilərimizin necə tənbəl olduqlarını (heç kəs inciməsin, lakin bu reallıqdır) çox yaxşı bilirəm. Məqalə yaratmaq istəyirsiniz edin, etmək istəmirsizsə, özünüzə başqa vikipediya tapın. Fars vikipediyasında çalışa bilərsiniz, onsuzda İran vətəndaşlarısınız. Sizə uğurlar. --Keete 37 (Farid Aliev) (müzakirə) 09:29, 21 aprel 2015 (UTC)
danışanın dilini kəsirsiz burda sonra deyirsiz ki niyə fəaliyyət etmirsiniz? siz qoymayırsız biz ərəb əlifbasında yazaq sonra deyirsiz niyə vikidə çalışmırsız! indi buna gülək ya ağlayaq? yirmi otuz milyonluq bir xalqa tənbəl deyirsiz! ərəb əlifbasında heç bir viki yoxdur indi. bəlli də deyil açılacaq ya yox. səkgiz ildir Azb var təkcə test üçün bir yer və lakin vikipedyia müdirləri qoymurlar ora işə başlasın. Azərbaycan dilində təkcə bir viki var və ora da buradır həm latın həm ərəb. Ərəb əlifbasında vikinin açılmasından öncə niyə 14000 məqaləni sildin? Ərəb əlifbasında vikinin açılmasından öncə niyə 14000 məqaləni sildin? Ərəb əlifbasında vikinin açılmasından öncə niyə 14000 məqaləni sildin? sən tənbəl deyirsən əgər buranı tamam ərəb əlifbalı et və get başqa bir viki aç latın əlifbasında. bu bəhsləri də burdan [4] oxu lütfən. Azərbaycana təsliyətlər bu işə görə. Azərbaycanı məhv edənlər sevinsinlər. 14000 məqaləni məhv edin sonra ona fəxr edin! ağlamalı bir hal dır həqiqətən. siz niyə ərəb əlifbasında yazmaqa bu belə tənbəl siz? siz niyə ərəb əlifasında yazmayırsınız? sizin öz məntiqiz ilə gərək siz ilə danışılsın. Az vikini diktatorluğa aparırsız. Stalinin işini burda görürsünüz. danışanın dilini kəsirsiz. Stalinin ruhu indi sevinir. başın sağ Azərbaycan [[User:Matreeks|Matreeks]]</span><sup><span style="color:#ff0000;">(</span><span style="font-family:Tahoma;color:#00ff00;">[[User_talk:Matreeks|دانیشیق]]</span><span style="color:#ff0000;">)</span></sup> (müzakirə) 10:48, 21 aprel 2015 (UTC)
Özünüz də görürüsünüz ki, mənasız yazılar yazırsınız cənab Matreex. Azərbaycanın bir dili vardır, o da azərbaycan dilidir, azərbaycan dilinin bir əlifbası vardır - o da latın əlifbası. Siz ərəb əlifbası ilə ona görə yazırsınız ki, İranda azərbaycan dili qadağandır Siz sadəcə olaraq azərbaycan dilini ərəb əlifbasının fars variantı ilə yazırsınız, bu harada görünüb? Biz fars filan deyilik sizə. Bu vikipediya bütün azərbaycanlılar üçün açıqdır, lakin bir şərtlə ki, hər kəs latın əlifbası ilə yazsın. Tənbəlsiz, çünki bu cür asan əlifbada yazmaq istəmirsiz, çünki siz bizim əlifbamızı sevmirsiniz, mənim dilimi bilməyən şəxsən bu vikipediyamda çalışa bilməz. Bu qanundur, bu gündən heç kəs ərəb əlifbasında yazı yazmayacaq, hər kəs latınla yazacaq. Ərəb əlifbası ilə məqalə yaradan isə bloklanacaq. Seçim sizindir - ya əlifbamızı öyrənin, ya da başqa bir vikipediyanı kəşv edin. Sizə uğurlar: --Keete 37 (Farid Aliev) (müzakirə) 11:04, 21 aprel 2015 (UTC)
Başdan ayağa yalan və böhtan danışırsız cənab Matreex. Sizin niyyətiniz Azvikinin inkişaf etdirmək yox geri salmaqdır. 14 min məqaləni necə sildin? - sualın mənasızlığına bir bax. Həmin məqalələrin 7 mini botla yaradılmış kənd məqalələri idi. Kompüter proqramı ilə oturub məqalə yaradacaq sonra gəlib burada çığır bağır salacaq ki, bizim saatlarla olan əziyyətimiz boşa çıxdı. Botla yaradılan məqalələrə nə əziyyət çəkirsiz siz Allah ? Məndən daha gözəl latınla yazırsınız. Gəlin və yoldaşlarınızda deyin ki, məqalələri latınla yazaq. Belədə bizim bir-birimizi daha gözəl anlamaq şansımız olar. Digər bir tərəfdən isə üzərində əziyyət olan heç bir məqalə silinməyib. Sadəcə və sadəcə olaraq Ərəb əlifbalı inkubator lahiyəsinə köçürülüb. Mən burada bir şeyi 100 dəfə yazmayacam və bu sonuncu yazımdır. Məqalələrin silinməsini öz başıma etməmişəm. Viki cəmiyyətin yekdil razılığı əsasında məqalələr silinib. 1 ildir ki, bu proses gedir və siz indi gəlib çıxmısız. Harda idin ay Matreex bu 1 ildə ? İdarəçimiz İrada xanım bizə virtual baş sağlığı verməklə düzgün etmədi məncə. Niyyətimiz Azvikni qabağa aparmaqdı. Lütfən hisslərlə yaşamayın. Hörmətlə:--Baskervill müzakirə 12:24, 21 aprel 2015 (UTC)
cənab Keete 37. sənin dilin Azərbaycan dili deyil və özün öz səhifəndə yazdığın kimi ana dilin Rusca dır. sən gəlib heçvaqt bizim dilə ürəgin yanmayacaq. bu dilə sənin xeyrdən daha çox şərrin yetişir cənab Keete 37. Və cənab Baskervill. sən də özün dedigin kimi bu dili yanı Azərbaycan dilini sonralar öyrənmisən və Rus dili ilə dil açıb və boy baş atmisan və indi də Rusya vətəndaşı olaraq dedigin kimi yuxularını belə Rus dilində görürsən. təbii dir ki sənin də bizim dilimizə rəhmin gəlməyəcəkdir və bilərək və ya bəlkə də bilməyərək onun məhvinə sarı hərəkət edirsən. 69 il bundan öncə İranın pəhləvi rejimi Azərbaycan dilini qadağan edərək bu rejimin cəlladları Təbrizdə minlərcə Azərbaycan dilində yazılmış kitablarımızı elə həmən sizin məntiqinizə çox bənzəyən məntiq əsasında oda çəkib yandırdılar və qalaq qalaq kül olmuş kitabları millətə göstərərək fəxr edirdilər bu gördükləri işlərinə. o gün tarixdə səbt olunmuş bir gündür, siz əmin olun ki bu gün də yadlarda qalacaq. Ruslar 200 il bundan öncə vətənimizi ikiyə bölərək mədəniyyətimizi də dağıtmağa başladılar va indi də virtual dünyada həmən işləri müstəqim vəya qeyri müstəqim görürlər. Başın sağ olsun qocaman Azərbaycanım.[[User:Matreeks|Matreeks]]</span><sup><span style="color:#ff0000;">(</span><span style="font-family:Tahoma;color:#00ff00;">[[User_talk:Matreeks|دانیشیق]]</span><span style="color:#ff0000;">)</span></sup> (müzakirə) 22:57, 21 aprel 2015 (UTC)

salamlar! ərəbcə məqalələri azbvikiyə daşımağa fürsət vermədiz. ən azı lütfən metadakı qarşı səslərdən vazgeçib onları silin. təşəkkürler

--Koroğlu (müzakirə) 07:54, 22 aprel 2015 (UTC)

Koroğlu mən və mənim kimi 58 nəfər lehinə səs verib. Siz elə zənn edirsiz ki, meta yeni bir vik lahiyəni səs vermə üsulu ilə açır ? Axı bura sms yarışması deyil. Bunun üçün açılması istənilən vikidə müntəzəm olaraq fəaliyyət göstərmək lazımdır. Mənimlə burada mübahisə edənə kimi digər cənublu yoldaşları səfərbər edin ki, azb vikidə məqalələr yaratsınlar. Hal-hazırda orada 5.441 məqalə var ki, bu göstərici bizim üçün əla hesab oluna bilər. Hörmətlə:--Baskervill müzakirə 08:07, 22 aprel 2015 (UTC)

Перевод на русский / Translation to Russian

Уважаемые коллеги! Заранее прошу прощения за возможное нарушение правил, но, плохо ориентируясь в чужом языке, я не смог найти в вашей википедии более правильного места, чтобы задать свой вопрос. Не поможете ли перевести на русский следующие названия книг отсюда?

  • "Muğanda qütb parıltısı"
  • "Dəmir necə ayaq açdı"
  • "Qüdrətli pillə"

And, just in case: could you, please, help me to translate these titles of books to Russian or English? --Vladimir Ivanov (müzakirə) 11:46, 15 aprel 2015 (UTC)

  • Muğanda qütb parıltısı - Полярное сияние в Мугане
  • Dəmir necə ayaq açdı - Как Демир начал ходить/Как железо начало ходить (в зависимости от контекста Dəmir может означать железо или мужское имя)
  • "Qüdrətli pillə" - Сильный шаг

Переводил --Мурад 97 (müzakirə) 21:05, 18 aprel 2015 (UTC)

Большое спасибо!

--Vladimir Ivanov (müzakirə) 14:20, 19 aprel 2015 (UTC)

"Yaxşı məqalə", yaxud "seçilmiş məqalə" səsvermələri ilə bağlı

Bizdə Laboratoriyada səsvermə yolu ilə əvvəl məqalənin yaxşı, yaxud seçilmiş məqaləyə namizəd göstərilməsinə səs verilir, sonra isə statusuna görə səs verilir. Məsələn, 5 nəfər məqaləni seçilmiş məqaləyə namizəd göstərir, sonra isə onu seçilmiş məqalə seçir. Eyni istiqamətdə 2 səsvermə nəyə lazımdır? Niyə biz həmişə özümüzdən Amerika kəşf edirik? Niyə başqa vikilərin təcrübəsinə əsla diqqət yetirmək istəmirik? Məsələn, ru vikidə qayda belədir ki, məqalə əvvəl "yaxşı məqalə" statusu almalıdır, sonra isə "seçilmiş məqalə"yə namizəd göstərilə bilər. Bizdəki laboratoriya səsverməsi məncə məqalənin yalnız "yaxşı məqalə" statusu alması üçün keçirilməlidir. Heç nə itirməyəcəyik. Qazanacağımız isə vaxt olacaq. Yəni məqalə elə labaratoriya səsverməsində yaxşı məqalə statusu əldə edə biləcək, bunun üçün ikinci səsverməyə ehtiyac olmayacaqdır. -- Hörmətlə, Aydın Məmmədov (müzakirə) 6:59, 17 aprel 2015 (UTC)

Bu məsələ sonuncu görüşdə müzakirə olundu. Ola bilər ki yaxın günlərdə mərhələ sayı 1-ə endirilə. Böyük ehtimalla yaxın günlərdə bu haqda müzakirə ilə bir qərar qəbul ediləcək inşəAllah.--samral müzakirə 19:42, 17 aprel 2015 (UTC)
Düzünü deyim bir məqalənin status alması üçün 2 ayrı mərhələdən keçməsini mən bürokratik əngəl olaraq qəbul edirəm. samralın dediklərini isə xoş bir xəbər olaraq qəbul etmək olar. Ümüd edirəm ki, yaxın gələcəkdə bu məsələ həll olunacaq və biz bir məqalənin seçilməsi üçün 1 ay vaxt sərf edəcəyik. Məqaləyə əvvəlcə yaxşı daha sonra isə seçilmiş statusunun verilməsidə bir digər əla seçimdir. Hörmətlə:--Baskervill müzakirə 21:18, 18 aprel 2015 (UTC)

Wikimania 2015 scholarships

Dear Wikimedians, Wikimedia Polska Association has made a decision to fund two more scholarships for this year’s Wikimania, to be hosted in Mexico City 15-19 July 2015. The procedure is identical to the one described here, so if you have not applied, but meet the criteria and would like to attend WIkimedia’s biggest international event, please submit your application until April 23, midnight. Kind regards, Wpedzich (müzakirə) 07:50, 19 aprel 2015 (UTC)

This is a message from the 2015 Wikimedia Foundation Elections Committee. Translations are available.

Greetings,

I am pleased to announce that nominations are now being accepted for the 2015 Wikimedia Foundation Elections. This year the Board and the FDC Staff are looking for a diverse set of candidates from regions and projects that are traditionally under-represented on the board and in the movement as well as candidates with experience in technology, product or finance. To this end they have published letters describing what they think is needed and, recognizing that those who know the community the best are the community themselves, the election committee is accepting nominations for community members you think should run and will reach out to those nominated to provide them with information about the job and the election process.

This year, elections are being held for the following roles:

Board of Trustees
The Board of Trustees is the decision-making body that is ultimately responsible for the long term sustainability of the Foundation, so we value wide input into its selection. There are three positions being filled. More information about this role can be found at the board elections page.

Funds Dissemination Committee (FDC)
The Funds Dissemination Committee (FDC) makes recommendations about how to allocate Wikimedia movement funds to eligible entities. There are five positions being filled. More information about this role can be found at the FDC elections page.

Funds Dissemination Committee (FDC) Ombud
The FDC Ombud receives complaints and feedback about the FDC process, investigates complaints at the request of the Board of Trustees, and summarizes the investigations and feedback for the Board of Trustees on an annual basis. One position is being filled. More information about this role can be found at the FDC Ombudsperson elections page.

The candidacy submission phase lasts from 00:00 UTC April 20 to 23:59 UTC May 5 for the Board and from 00:00 UTCApril 20 to 23:59 UTC April 30 for the FDC and FDC Ombudsperson. This year, we are accepting both self-nominations and nominations of others. More information on this election and the nomination process can be found on the 2015 Wikimedia elections page on Meta-Wiki.

Please feel free to post a note about the election on your project's village pump. Any questions related to the election can be posted on the talk page on Meta, or sent to the election committee's mailing list, board-elections -at- wikimedia.org

On behalf of the Elections Committee,
-Gregory Varnum (User:Varnent)
Coordinator, 2015 Wikimedia Foundation Elections Committee

Posted by the MediaWiki message delivery on behalf of the 2015 Wikimedia Foundation Elections Committee, 05:03, 21 April 2015 (UTC) • TranslateGet help

Turalhemidli

Bu istifadəçi Daniyal sultan məqaləsində yersiz dəyişiklik edir və sonuncu dəyişikliyin şərh yerində söyüş yazmış.burda Lütfən bu tip istifadəçilərə nəzərət edilsin.--Namikilisu 17:06, 21 aprel 2015 (UTC)

✅Y Bloklandı. Heç düz hərəkət etməyib. --►Cekli829 17:23, 21 aprel 2015 (UTC)

Bir hada ərəb əlifbalı məqalələr barəsində

Ərəb əlifbalı məqalələr barəsində son dövrdə gedən proseslərdən ürək ağrısı ilə xəbər tutdum. Prosesin gizli, vikipediya istifadəçilərinin əksəriyyətinin xəbəri olmadan getməsi və hamını fakt xəbəri qoymaları çox təccüblüdür. Sanki, bir neçə nəfər azərbaycanca vikipediyanın taleyini və strategiyasının müəyyənləşməsi hüququnu öz üzərinə götürüb.

Azərbaycan vikipediyası parçalanmamalı idi, cənublu qardaşlarımızı bu niyyətdən çəkindirməli idik. İnduyə qədər vikipediya iki əlifbalı fəaliyyət göstərirdi və bu vəziyyətdən hər hasnı problem yaranmırdı. Əgər hətta ərəb əlifbasıdan istifadə edənlər bunu etsələr də biz onlarla belə soyuq və xoşagəlməz şəkildə ayrılamamalıyqdıq.

Nəyə görə ərəb əlifbalı məqalələr silindi , bu qərarı kim verdi ? Nəyə görə cənubluların bu məqalələri zaman-zaman öz səhifələrinə köçürmələrinə imkan verilmədi ? Həmçinin kənd meydanında onlara qarşı kobudluq və etinasızlıq göstərilməsini mən qətiyyətlə psləyirəm. Azərbaycan xalqı müxətlif əlifbalardan istifadə edə bilər, onun bir hissəi azərbaycan dilini müəkəəmməl bilməyə bilər, ancaq bu xalq harda yaşanmasından asılı olmayaraq vahiddir, bir tarixin sahbi, bir mədəniyyətin daşıyıcıdır.

Mən ərəb əlifbalı istifadəçilərin bizim səhifəmizdən ayrılmasından çox pis oldum, onların hissiyatının toxunmasını qəbuledilməz hesab edirəm və bütün bunlara görə onlaran üzrxahlıq edirəm.

Bizimlə qalın, əziz qardaşlar, birlikdə çalışaq, hamıya birlik məsələsində nümunə olaq. Hamıya hörmətlə --Acategory (müzakirə) 05:38, 22 aprel 2015 (UTC)

Məsələ barədə yuxarıda ünvanlanan suallara cavab vermək istərdim. İlk öncə onu qeyd edim ki, proses gizli şəkildə aparılmayıb. 2014-cü ilin avqust ayında botla yaradılmış 400 kənd məqaləsi silindi. Proses təxminən 1 il bundan əvvəl başlanılıb və hər bir silinmə özünü son dəyişikliklər bölməsində göstərib. Yəni biz kimdənsə gizli bir iş tutmamşıq və demək olar ki, bütün aktiv istifadəçilər və idarəçilər proses barədə məlumatlı olublar. Ərəb əlifbalı məqalələrin bizim viki üçün problem yaratmadığı fikiri ilə isə razı deyiləm. Normal vikidə 1 məqalədən əsla 2 dənə olmamalıdır. Belə də biz hansı haqqla deyə bilərdik ki, Azvikidə 100 min məqalə var ? Əsil göstərici 86 min məqalə idi. 86 min latın əlifbalı və 14 min ərəb əlifbalı məqalə. Düşünürəm ki, keçmiş mövcud vəziyyətin bir az anormal səsləndiyini siz də hiss edirsiniz. Məqalələrin köçürülməsinə imkan verilməməsi məsələsi ilə də razılaşmaq mümkün deyil. Biz 1 il bundan əvvəl yaranmış vəziyyət barədə cənublu yoldaşları məlumatlandırdıq. Onlarda sağolsun lazım olan məqalələri Cənubi Azərbaycanca vikipediyaya köçürdülər. Köçürülmədən silinən məqalələrin mütləq əksəriyyəti isə kompüter proqramları olan botla yaradılan məqalələrdir. Düşünürəm ki, yuxarıda olan izahlar sizin tərəfinizdən ünvanlanmış sualları tam əhatə edə bildi. Əgər qaranlıq qalan məsələ varsa məmuniyyətlə cavablandırmağa hazıram. Yekun olaraq isə bir məsələni qeyd etmək istərdim. Ərəb əlifbalı məqalələrin silinməsi İranda yaşayan etnik azərbaycanlıları qətiyyən bizdən uzaqlaşdırmamalıdır və inanıram ki, uzaqlaşdırmayacaqda. Cənublu soydaşımız və eyni zamanda Azvikinin idarəçilərindən olan Orartu xanım latın əflifbası ilə möhtəşəm yaza bildiyi kimi digər cənublularında bunu bacardığına inanıram. Ortada nümunələr var ki, adamlar master səviyyədə latın əlifbası ilə yazır və bizimlə sosial şəbəkə üzərindən təmaslar yaradırlar. Olmazmı ki, bütün dünya azərbaycanlıları vahid əlifbada yazıb-pozsunlar və belə də biz bir-birimizi daha gözəl anlayaq ? Təsəvvür edin ki, Rusiyada yaşayan soydaşlarımızda tələb edir ki, biz də kiril əlifbası ilə yazmaq istəyirik. O zaman Azvikinin halı necə olar.. Hörmətlə:--Baskervill müzakirə 08:22, 22 aprel 2015 (UTC)
Cənab Baskervill, heç kimə heç nəyi anlatmayın, fakt odur ki, mən şəxsən Sizi dəstəkləyir və bunun düz qərar olduğunu bildirirəm. Sizin ola bilər ki, etdiyiniz əziyyəti digər idarəçilər qiymətləndirməsin, ancaq mən qiymətləndirirəm, çox sadə bir istifadəçi kimi. Onsuzda idarəçilərimiz əksəriyyəti burada ümumiyyətlə çalışmır (Sizi mən buraya daxil etmirəm, çünki siz başqalarından fərqli olaraq çox aktiv idarəçisiniz). Sizə hörmətlə: --Keete 37 (Farid Aliev) (müzakirə) 09:11, 22 aprel 2015 (UTC)
Cənab Baskervill, sən özünü tək başına Az vikinin rəyisi və lideri bilirsən və başqalarını başa düşməz və anlamaz adamlar kimi qiymətləndirisən. buna diktatorluq deyər cənab Baskervill. bir neçə söz:
1. niyə özbaşına və gizli olaraq 14 min məqaləni sildin Cənab Baskervill?
2. niyə qoymadın bu ərəb əlifbalı məqalələr ən azı ən azı Azb vikinin test səhifəsinə köçürülsün Cənab Baskervill?
3. Aprel 2014 də çoxlu mübahisələr oldu buna görə. orda səndən başqa heç kim ərəb əlifbalı məqalələri silmək istəmirdi Cənab Baskervill .
4. Cənab Baskervill. səndən bir rica edirəm. dedin ərəb əlifbalı məqalələr Azb nin inkobatoruna köçürülüb. yalan danışma xahiş edirəm Cənab Baskervill. Az vikidə olan ərəb əlifbalı məqalələri heç kim Azb vikinin inkubatoruna köçürməmiş. ordda indi 5000 məqalə var və hamısı paralel və müstəqil şəkildə yaranmış və Az vikidən oraya məqalə köçürülməmiş.
5. Azb viki adında heç bir vikipedia mövcud deyil. ora təkcə test bir səhifə dir və hər ləhzə imkani var ki ora bütünlüklə silinsin cənab Baskervill. 8 ildir ki ora var. bilinmir ora yola düşəcək ya yox. oranın adı rəsmi olaraq cənubi azərbaycan dilinin test səhifəsi olduğuna görə farslar və onların labbisi qoymur ora işə başlasın. 8 ildir ana vikipediyanın qurucusuna məktub göndərirlər və deyirlər Azb vikini separatistlər yola salıb və Azb nin siyasi bir hədəfi var və beləliklə də qoymurlar ora işə başlasın. mən zənn edirəm orani ən qəribən kökdən silələr.
6. başqa vikipediya idarəçilərindən rica edirəm bu silinmiş məqalələri yerinə qaytarsınlar.
[[User:Matreeks|Matreeks]]</span><sup><span style="color:#ff0000;">(</span><span style="font-family:Tahoma;color:#00ff00;">[[User_talk:Matreeks|دانیشیق]]</span><span style="color:#ff0000;">)</span></sup> (müzakirə) 10:47, 22 aprel 2015 (UTC)
Matreeks məncə siz mənimlə zarafat edirsiniz. Yuxarı şərhdə məqalələrin gizlin silinməməsi və əllə yazılan məqalələrin inkubatora köçürülməsi barədə ətraflı şərh yazmışam siz isə gəlib burada mənə ürəyiniz istəyəni deyirsiniz. Sual ünvanladınız və məndə cavabı verdim. Bir daha qeyd etdim ki, məsələ ilə bağlı sizə qaranlıq qalan istənilən sualı imkanım daxilində cavablandırmağa hazıram. Lütfən burada kənar söhbətlər etməyin və bir sualı bir necə dəfə ünvanlamayın. Hörmətlə:--Baskervill müzakirə 10:52, 22 aprel 2015 (UTC)
İnciməyin, amma çox utopik danışırsız. Bu günə qədər inkubatorda olan bir lahiyəni kiminsə sifarişi ilə silindiyini görmüsünüzmü ? --Baskervill müzakirə 10:55, 22 aprel 2015 (UTC)
Bu Baskervill-in verdiyi qərar deyil. Burda hər şeyə görə onu ittiham etmək lazım deyil. İdarəçilərin böyük əksəriyyətinin dəstəklədiyi qərardır. Və indi əgər 1-2 idarəçi ayılıb gəliblərsə ki, "sən demə burda 1 ildir ərəb əlifbalı məqalələr silinib inkubatordakı azbvikiyə köçürülür, bizim isə xəbərimiz olmayıb" günahkar özləridir. Deməli, idarəçi kimi azvikidə baş verən prosesləri izləmirlər və öz idarəçi vəzifələrini yerinə yetirmirlər. Məsələn, daha iki-üç belə idarəçimiz var ki, artıq aylarladır azvikiyə girmirlər (Orartu, Vüsal, Proger kimi) - indi onlar da belə patriotik şərhlər yazsalar ki, "Vay başıbəlalı Vətənim, ay bəxti qara Azərbaycanım - səni böldülər" heç təəccüb etmərəm. Amma saxta patriotluğu kənara qoysaq görərik ki, 2 vikipediyalı azviki özünü doğrultmadı. Burda 14 min məqalənin adı hallanır, onların 9 mini 1 ayın içində 2 bot vasitəsi ilə yaradılmışdı. Yəni heç qaralama halında olan məqalə də deyildi. Faktiki 5 min məqalədən söhbət gedir ki, bunlar da 10 ilə yaradılmışdı, onların da yarısı qaralama halında idi. İndi bu ələ gələn məqalələr köçürülüb azbvikiyə (inkubatordakı). Əgər o viki açılacaqsa - narahat olmağa dəyməz. Biz bunu əslində dəstəkləməliyik. Qoy İran bundan narahat olsun, fars rejimi narahat olsun. Mən bir vaxtlar (illər əvvəl) metada ərəb əlifbalı Azərbaycan dilində vikipediyanın açılmasının əleyhinə səs vermişdim - çünki düşünürdüm ki, burda texniki baxımdan 2 əlifbalı azviki qura bilərik. Amma illər göstərdi ki, bu mümkün deyil və yalnız özümüzü aldadırıq. İndən sonra burda durub ah-nalə qoparmaqdansa, hansısa məqalələrin bərpa olunmasını istəməkdənsə gəlin məntiqlə bu məsələyə yanaşaq və düzgün strategiya müəyyənləşdirib ərəb əlifbalı azbvikinin inkubatordan çıxıb fəaliyyətə başlaması istiqamətində səylərimizi birləşdirək. Bunun üçün məndə olan məlumata görə vikipediyaçıların son görüşündə qərar qəbul edilib. İşçi qrupu yaradılıb və bu istiqamətdə artıq yazışmalar hər halda başlanmalı idi (təəssüf ki, mən Azərbaycandan kənarda olduğuma görə bu prosesin içində olmamışam). İnşallah , gələcəkdə Güneyli Qüzeyli Azərbaycan birləşər - onda vikipediyaları da birləşər. Bəlkə birləşəndə elə BÜTÖV AZƏRBAYCANın başkəndi Təbriz (inşallah), əlifbası isə ərəb əlifbası olacaq? O zaman bəlkə latın əlifbalı azvikini ləğv edəcəyik? Ya da əksinə. Amma indilik yalançı patriotluğu bir kənara qoyub özümüzü aldatmayaq - bir doğru istiqamətdə fəaliyyət göstərək, çəkici bir yerə vuraq və ərəb əlifbalı azbvikini inkubatordan çıxaraq. Bunun üçün güneyli soydaşlarımıza töfsiyə edirəm ki, azərbaycanlı vikipediyaçılar qrupunun bu məsələ ilə məşğul olan üzvləri ilə, konkret idarəçimiz Wertuose ilə əlaqə saxlasınlar, koordinə olunmuş bir şəkildə fəaliyyət göstərsinlər. Hörmətlə:--Sortilegus (müzakirə) 17:21, 22 aprel 2015 (UTC)
Bu möhtəşəm cavabdan sonra lütfən heç kim məndən heç nə soruşmasın. --Baskervill müzakirə 17:26, 22 aprel 2015 (UTC)

Hörmətli istifadəçilər. yuxarıda soruşduğum suallara və həqiqətlərə toxunmaqdan qaçıdırsız və heçbirisinə cavab vermirsiz. cənab Sortilegus da bilir ki həqiqətdə cənab Baskervill təkbaşına və özbaşına 14000 ərəb əlifbalı məqalələri silib. idarəçilər arasında da heç bir qərar buna görə kəsilməmişdir, belə bir qərara rəsmi səs vermək istərdi. Və indi mənim son sözüm Azvikidə: 1946 da iranın şah rejimi Təbrizdə minlərcə Azərbaycan dilində olan kitabları yandırandan sonra böyük və əbədi şairimiz Səməd Vurğun belə yazmış:


Cəllad! Sənin qalaq-qalaq yandırdığın kitablar

Min kamalın şöhrətidir, min ürəyin arzusu...

Biz köçürük bu dünyadan, onlar qalır yadigar,

Min kamalın şöhrətidir, min ürəyin arzusu...


Yandırdığın o kitablar alovlanır... Yaxşı bax!

O alovlar şölə çəkib şəfəq salır zülmətə...

Şairlərin nəcib ruhu məzarından qalxaraq,

Alqış deyir eşqi böyük, bir qəhrəman millətə,

O alovlar şölə çəkib şəfəq salır zülmətə...


Cəllad! Mənim dilimdədir bayatılar, qoşmalar,

De! onları heç duydumu sənin o daş ürəyin?

Hər gəraylı pərdəsində min ananın qəlbi var...

Hər şikəstən ovladıdır bir müqəddəs diləyin,

De! onları heç duydumu sənin o daş ürəyin?


Söylə! sənmi xor baxırsan mənim şer dilimə?

Qoca şərqin şöhrətidir Füzulinin qəzəli.

Sənmi “Türk-e xər” deyirsən ulusuma, elimə?

Dahilərə süd vermişdir Azərbaycan gözəli...

Qoca şərqin şöhrətidir Füzulinin qəzəli.


Cəllad! Yanıb od olsa da, külə dönməz arzular,

Təbiətin ana qəlbi qul doğmamış insanı.

Hər ürəyin öz dünyası hər səadət arzular,

Qanlar ilə yazılmışdır hər azadlıq dastanı...

Təbiətin ana qəlbi qul doğmamış insanı.


Əzəl başdan düşmənimdir üzü murdar qaranlıq...

Hər torpağın öz eşqi var, hər millətin öz adı.

Kainata dəyişmərəm şöhrətimi bir anlıq,

Mənəm odlar ölkəsinin günəş donlu övladı.

Hər torpağın öz eşqi var, hər millətin öz adı.


Nədir o dar ağacları, de kimlərdir asılan?

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?

Dayan!.. Dayan! Oyaq gəzir hər ürəkdə bir aslan

Boğazından yapışacaq onun qadir pəncəsi,

Oyuncaqmı gəlir sənə vətənimin haqq səsi?


Cəllad! Sənmi, de! qırırsan Fədailər nəslini?

Millətimin saf qanıdır qurd kimi içdiyin qan.

Zaman gəlir... Mən duyuram onun ayaq səsini,

Şəhidlərin qiyam ruhu yapışacaq yaxandan.

Millətimin saf qanıdır qurd kimi içdiyin qan.


Bir varaqla tarixləri, utan mənim qarşımda,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?

Koroğlunun, Səttarxanın çələngi var başımda.

Nəsillərim qoymayacaq daş üstündə daşını,

Anam Tomris kəsmədimi Keyxosrovun başını?


Sür atını, dördnala çap! Meydan sənindir... Ancaq;

Mən görürəm al geyinib gələn bahar fəslini...

Qoca Şərqin günəşidir yarandığım bu torpaq,

Mən yetirdim al bayraqlı inqilablar nəslini,

Mən görürəm al geyinib gələn bahar fəslini...


Səməd Vurğun, 20 yanvar, 1947

[[User:Matreeks|Matreeks]]</span><sup><span style="color:#ff0000;">(</span><span style="font-family:Tahoma;color:#00ff00;">[[User_talk:Matreeks|دانیشیق]]</span><span style="color:#ff0000;">)</span></sup> (müzakirə) 23:07, 22 aprel 2015 (UTC)

Matreeks zəhmət olmasa səbəb olmadan idarəçi Baskervilli günahlandırmağı dayandırın. Ərəb əlifbalı məqalələrin silinməsi qərarı vikipediya idarəçilərinin görüşlərdə müzakirələri nəticəsində verilib və həyata keçirilib. Əgər bu haqqda məlumatlı deyilsinizsə bu sizin günahınızdır. Vikipediyanın həyatında və qərarların verilməsində iştirak etmək istəyənlər zəhmət çəkib görüşlərə gəlsinlər, müzakirələrə qoşulsunlar və qərarların verilməsində iştirak etsinlər. Şeirlə, romantika ilə, emosianallıqla vikipediyanı inkişaf etdirmək olmaz. Sizin özünüz bu vaxta kimi azvikinin inkişafı üçün hansı addımı atmısız ki, indi gəlib burda narazılıq edirsiz? Sizin əsaslandırılmamış iddialarınız VP:NVP:TYV qaydalarına ziddir və bu cür ifadələri işlətməyə davam etsəniz fəaliyyətinizi məhdudlaşdırmağa məcbur olacıyıq. --sefer azeri 05:41, 23 aprel 2015 (UTC)
İki əlifba ilə birlikdə fəaliyyət göstərmək praktikada (əməldə) alınmır: həm də bizdən 3 dəfə say olaraq çox olan hissəmizin 99%-nin yaza bilmədiyi latın əlifbalı vikipediya cəlbedici deyil. Yaxşı olar ki, səylərimizi birləşdirib azbviki-nin yaranmasına nail olaq; düşünüldüyünün əksinə bu bizim daha da yaxınlaşmağımıza yardım edəcək.--Asparux Xan Bulqar (müzakirə) 07:46, 23 aprel 2015 (UTC)
İnkibatordakı azbvikinin idarəçiləri kimdir? Mən onların yeridə olsam, azbikini 3 əlifbalı edərdim, rus, latın və ərəb. Nəticədə həqiqətən Azərbaycan xalqını təmsil edən vikipediya yaranmış olardı, azviki isə idarəçiləri ilə birlikdə arxivə köçürülərdi. — Bu imzasız yazı 94.20.88.248 (m) tərəfindən əlavə edilib; 07, 05 23 aprel 2015 (UTC)
Matreeks özbaşına iş görənin atasına ləhnət və böhtan atanın isə atasına min ləhnət. Sənin dünyadan xəbərin yoxdursa buna görə mən məsuliyyət daşımalı deyiləm. Sənə hər şeyi yuxarıda bir-bir izah etdim. Sən isə məsələdən çıxış yolu tapmaqdansa gəlib burada 10 bəndlik şeir paylaşırsan. Çünki 1 qramda iş görmək niyyətin yoxdur. Hisslərlə yaşayırsan və elə zənn edirsən ki, burada hamı belədir. Mənə qarşı olan sözlərinə sərhəd qoymasan bloklanman realdır. Hörmətlə:--Baskervill müzakirə 11:12, 23 aprel 2015 (UTC)
Əgər bu təhqiredici şərhdən sonra Baskervillə qarşı VP:TYV qaydasının çərçivəsində təmin olunmuş bir sanksiya tətbiq olunmayacaq, bu AzVikidə idarəçilərin limitsiz ixtiyarları olduğunu sübutu olacaq. --Мурад 97 (müzakirə) 20:03, 23 aprel 2015 (UTC)
Çaşdım - elə bilirdim ki, bu "atasına ləhnət" və s. sözləri Matreeksa ünvanlamışdı. --Мурад 97 (müzakirə) 20:09, 23 aprel 2015 (UTC)
Məncə ərəb əlifbasında, ümumilikdə çoxsayl əlifbada vikipediya məqalələrin yaradılması düzgün deyil. Azərbaycan dilinin bir əlifbası var. İranda yaşayan azərilə böyük rəğbətim olması ilə bərabər, onların azərbaycan dilinə və əlifbasına hörmətlə yanaşmağa və bu dilədn istfadə etməyə çağırıram. Məsələ ondadır ki, hal -hazırda azərbaycan dilinin rəsmi daşıyıcıları Azərbaycan Respublikasında yaşayanlardır. Bu dilin bu günkü səviyyəyə çatması da şimalda yaşayan həmyerlilərin əməyi sayəsində olmuşdur. Ona görə də, əlifbaya görə qardaş davasına çıxmağın heç bir əhmiyyəti yoxdur. Özünü azəri hesab edən və bu dildə məlumat əldə etmək istəyən buyursun bu dilin əlifbasını öyrənsin..Ərəb əlifbasına üstünlük verənlər elə fars dilində də oxuya bilərlər..Cənubi azərilərin problemlərini vikiedyaya soxmağa çalışmağın da yeri deyil..Əgər İranda bu dil tədris olunmursa onda ərəb əlifbasında nə yazmaq olar?... Problemin kökü dərindədir və bu vikipediyalıq deyil..İstifadəçiləri öz səylərini vikipediyanı zənginləşdirməyə sərf etməyə çağırıram..Burada metrəlik şərhlər əvəzinə bir məqalə yaratmaq olardı..İstifadəçi:Rezo
Gözəl dediniz bəy. Ürəyinizə sağlıq ! Hələm şeir paylaşmaqdan vaxtları yoxdur məqalə yazmağa yoxsa inanın ki, günü sabahdab başlayacaqlar. --Baskervill müzakirə 14:09, 24 aprel 2015 (UTC)

Bu məsələylə bağlı yaxın günlərdə Vikimedia İnkubator layihəsinin Kənd meydanına və yeni dil layihələrini təsdiq edən Vikimedia Fondunun Dil Komitəsinə məlumat yazmağı düşünürəm. Ona görə məlumat ki, yeni layihənin yaranmasına dair qərar verilməsi üçün İnkubatordakı layihədə ən azı 3 aktiv istifadəçinin davamlı fəaliyyət göstərməsi tələb olunur və biz ilkin mərhələdə sadəcə yaranmış son vəziyyət barədə məlumat verə bilərik, layihənin dirçəldilməsi isə artıq azb-vikinin yaranmasında əməli iş görə biləcək istifadəçilərin öhdəsinə düşür. Məlumat üçün deyim ki, sonuncu dəfə azb-vikinin yaranmasının əleyhinə səs verənlərin böyük əksəriyyəti elə bizim hal-hazırda aktiv olan istifadəçilərimiz olub, amma vaxt göstərir ki, bizim indiyədək bu sahədə atdığımız addımlar əslində düzgün olmayıb. Çünki biz, yəni latın əlifbalı az-viki istifadəçiləri, faktiki olaraq Cənubi Azərbaycan türklərinin öz ana dillərində yeganə genişhəcmli təhsil layihəsi ola biləcək bir layihəyə veto qoymuşuq. Daha yaxşı olardı ki, vaxtında bu layihənin ayrılmasına səs verib, gücümüzü və təbliğatı onun inkişafına yönəldək. Əvəzində isə belə bir psevdopatriotik fikir ortaya atılmışdı ki, guya ayrılsaq, azb-viki kənar qüvvələrinin əlinə düşəcək, amma heç kim nəzərə almırdı ki, əvvəla biz, yəni az-viki istifadəçilərinin mütləq çoxluğu, hazırda az-vikidə ərəb əlifbasında olan məqalələrin məzmununa nəzarət edə bilmirik və orada nə yazıldığını yalnız güman edə bilərik, ikincisi isə hər nə yazılmasından asılı olmayaraq ensiklopedik viki-məqalələr cənubdakı soydaşlarımızın öz ana dillərində bilik əldə etmələrinə imkan yaradacaq, üstəlik mübahisəli məqalələr ümumi məqalə dənizində kiçik bir damladır. Ötənilki Vikimaniyada azb-vikinin müstəqil layihə kimi fəaliyyətə başlaması barədə söhbət etdiyim Vikimedia Fondunun Dil Komitəsinin üzvü Amir Aharoninin və onun sözlərinə görə bəzi digər Komitə üzvlərinin buna müsbət yanaşdığını öyrəndim. Odur ki, həm Dil Komitəsinə, həm də İnkubator layihəsinə müraciət etməklə ilk addımı atmış olacağıq, gerisi isə istifadəçilərin üzərinə düşür.--Wertuose (müzakirə) 15:12, 24 aprel 2015 (UTC)

Azb vikinin açılması üçün dəstək qrupunun yaradılması

Son bir həftə ərzində yuxarıda aparılan uzun və yorucu müzakirələrin bir nəticəsi olmadı. Qarşı tərəf romantik şəkildə bizi durmadan nələrdəsə ittiham etməkdədir və bu məsələnin əsla çıxış yolu ola bilməz. Wertuose tərəfindən səsləndirilən fikirləri yüksək qiymətləndirirəm və təklif edirəm ki, inkubator lahiyəsində olan Cənubi Azərbaycanca vikinin açılması üçün əməli işlər görək. Ana səhifənin aşağı tərəfində Bunlar aktivdirlər və öz saytını tez aça bilərlər: başlığı altında 10 lahiyə göstərilib və onlardan biridə bizim azb vikidir. Düşünürəm ki, sistemli iş görsək yaxın 1 il ərzində həmin vikinin açılması ehtimalı yüksəkdir. Proseslə bağlı konkret təkliflərim var:

  1. Azb vikinin açılması üçün dəstək qrupunun tərkibi təsdiq olunur.
  2. Ərəb əlifbasında yazmağı bacaran ən azı 3-4 nəfər azb vikiyə cəlb olunur.
  3. Vikinin açılması üçün hər birimiz inkubatorun müzakirə bölmələrində fikirlərimizi bildiririk.
  4. Dil komitəsinə ümumi bir müraciət ünvanlanır.
  5. Azb vikinin açılması üçün sistem məlumatları tərcümə olunur.
  6. Burada Oppose səs verən yoldaşlar səslərini dəyişdirirlər.
  7. Azviki kollektivi azb vikinin açılması üçün koordinasiyalı şəkildə cənublu soydaşlarımızla fəaliyyət göstərir.

Düşünürəm ki, yuxarıda olan bəndlərə tam şəkildə əməl etsək bu iş uzağı 1 il vaxt aparacaq. Hörmətlə:--Baskervill müzakirə 16:16, 24 aprel 2015 (UTC)

Ərəb əlifbasında yazmağı bacaran quzeyli qardaşlarimizi azbvikidə calışmağa cağırıb xoş gəldin deyirik. azbvikidə calışmaq istəyən ancaq Ərəb əlifbasını bacarmayan varsa özüm bir gün içində ona öyrədərəm.sayğılarla--Koroğlu (müzakirə) 08:00, 25 aprel 2015 (UTC)

Tutaq ki, elə biri mən. Ərəbcə oxuya bilməyim üçün mütləq kənardan kömək almalı oluram. Necə yardım edə bilərəm ? Hörmətli Baskervilin təklifi münasib görünür. Lazımdır ki, bir nəfər sırf bu işə məsul olsun və ayrı-ayrı digər könüllülərə konkret işləri bölüşdürsün. O könüllülərdən biri olardım: mən də sistemli işləmək tərəfdarıyam yəni qrup kimi. Hörmətli idarəçilərdən biri (məs: Wertuose) biri bu suflyorluq işini öz üzərinə götürə bilərmi ?--Asparux Xan Bulqar (müzakirə) 09:21, 25 aprel 2015 (UTC)

Cənubi Azərbaycanca adlı və azb kodlu bir viki açılsa, bu viki artıq az kodu və Azərbaycanca Vikipediya adını daşımağa ixtiyarını itirəcək. Azərbaycan dili beynəlxalq ISO sistemində bir neçə dildən ibarət olan makro dil kimi sayılır. Əgər buranı həm Cənubi həm də Şimalı Azərbaycancanın məkanı kimi artıq qurmuruq, onda bura ancaq Şimalı Azərbayancanın Vikipediyası sayıla bilər və kodu azj olmalıdır. Bilirəm ki bəziləri indi yazacaqlar ki, AR Konstitusiyada bu dil Azərbaycan dili adlanır və buna görə bu vikipediya bu adını daşımalıdır. Bu fikirin tərəfdarlarına qabağcadan yazıram: Bu cür məsələlərdə Vikipediyada həmişə məhz ISO koduna baxırlar, konstitusiyalara yox. Məsələn üçün ISO Moldova dilinin kodunu öz siyahıdan siləndə Moldovca Vikipediya da silindi və heç kimin vecinə deyildi ki, Moldova Konstitusiyasında moldovca tək rəsmi dili sayılır. --Мурад 97 (müzakirə) 10:10, 26 aprel 2015 (UTC)

Yeni layihənin yaradılmasını 3 aya da həll etmək olar. Yetər ki, aktiv istifadəçilər olsun. Mən ərəb əlifbasını "bacarmadığım" üçün yalnız səsvermələrdə iştirak edib sözümü deyə bilərəm. Baskervillin təklifləri ilə razıyam, amma cənublularla koordinasiya məsələsi bir qədər çətin olacaq məncə. Gərək onların əvvəlcə bir-birlərilə əlaqələri olsun, azərbaycanca yazışanda bir-birimizi anlamaqda da adətən çətinliklərimiz olub.--Wertuose (müzakirə) 05:31, 27 aprel 2015 (UTC)
Latın qrafikalı Azərbaycan əlifbasında :) --Asparux Xan Bulqar (müzakirə) 06:07, 27 aprel 2015 (UTC)
Bu məsələ ilə bağlı ayrıca bir Vikigörüş təşkil etmək və bütün təklifləri, iradları müzakirə etmək, hər bir istiqamət üzrə cavabdeh şəxsləri müəyyən etmək olar. Amma həmin cavabdeh şəxslər gərək mütləq Cənubi Azərbaycan türkcəsinin xüsusiyyətlərini ən azından baza səviyyəsində bilən, ərəb əlifbası ilə yazıb-oxuya bilən şəxslər olsun. Əks halda əhəmiyyət kəsb edən bir iş görmək və hər hansısa irtəliləyiş əldə etmək mümkün olmayacaq.--Wertuose (müzakirə) 09:22, 27 aprel 2015 (UTC)
Siz Vikigörüşün zamanını və məkanını təyin edin cənab Wertuose məsələnin həllində maraqlı olan şəxslər gəlib iştirak edəcək. Elə gələnlərdən biri də mən olacam. Birdə Мурад 97-nin dedikləri barədə nə deyə bilərsiniz? Düzünü deyim heç məsələnin bu tərəfi ağlıma gəlməmişdi. Bu qədər zəhmətin ardından az domeninin azj ilə əvəzlənmək təhlükəsi varmı ? --Baskervill müzakirə 11:01, 27 aprel 2015 (UTC)
Az domeninin azj ilə əvəzlənməsinə inanmıram. Çünki artıq bu domenlə uzun müddət bu viki fəaliyyət göstərib, da dəqiq, aşağı-yuxarı 11 il. --Serk@nl@nd 16:28, 27 aprel 2015 (UTC)
Başqa təklif yoxdursa, Vikigörüşü mayın 11-ə təyin edə bilərik. Dil domeninin dəyişilməsi isə inandırıcı görünmür. Çünki layihələr artıq bu şəkildə təsdiq olunub və uzun illərdir ki, fəaliyyət göstərir. Əgər kimsə araya düşüb bu fikri cidd-cəhdlə ortalığa atıb nəsə tələb etməsə, inanmıram ki, bu məsələ Dil komitəsinin gündəminə gəlsin.--Wertuose (müzakirə) 11:03, 28 aprel 2015 (UTC)

Şahdağ xalqları və sallaqxana şəkilləri

Hörmətli həmkarlar xayiş edirəm Müzakirə:Şahdağ xalqlarıdə öz münasibətinizi bildirəsiniz. Axı belə şeylər bizə başucalığı gətirmi. Heç olmasa özümüz özümüzü vəhşi kimi təqdim etməyək. Hörmətlə --Tubus (müzakirə) 09:45, 25 aprel 2015 (UTC)

Məsələ ilə bağlı öz fikirimi məqalənin müzakirə səhifəsində ifadə etmişəm. Tubus tərəfindən göstərilən səbəbləri doğru hesab edirəm. Di gəl ki, bizim idarəçimiz Cekli tam fərqli düşünür. Niyyətimiz Şahdağ xalqları ilə bağlı nəsə mənfi bir fikir formalaşdırmaq deyil. Sadəcə həmin şəkillərin ora üçün uyğun olmadığını düşünürük. İdarəçilərin və aktiv istifadəçilərin fikirlərini bilmək istərdim. Hörmətlə:--Baskervill müzakirə 10:16, 25 aprel 2015 (UTC)

Azərbaycanlılar

Bütün istifadəçiləri salamlayıram. Azərbaycanlılar adı ilə bağlı müzakirədə fikrinizi bölüşməniz üçün sizi bura yazmağa dəvət edirəm. Hörmətlə !--Asparux Xan Bulqar (müzakirə) 12:40, 25 aprel 2015 (UTC)

@Asparux Xan Bulqar, mümkünsə həmin müzakirənin başlığını dəyişin: nədir yox kimdir. --►Cekli829 12:46, 25 aprel 2015 (UTC)
Olar.--Asparux Xan Bulqar (müzakirə) 12:47, 25 aprel 2015 (UTC)

Adilə Məmmədova (alim)

Salam Həmkarlar, necə fikirləşirsiz. Bunlar eyni adamlardımı? Adilə Məmmədova (alim)Adelaida Məmmədova. Məlumatlar bir az uyğun gəlir. --Araz Yaquboglu (müzakirə) 06:38, 26 aprel 2015 (UTC)

Məmmədova Adelaida İrza qızı. --►Cekli829 07:48, 26 aprel 2015 (UTC)
Onda Adilə Məmmədova adlanması səhvdir. Mənbəsi də yoxdur. Məlumat oxşarlıqları əsas verir ki, Adelaida Məmmədova edək. --Araz Yaquboglu (müzakirə) 07:55, 26 aprel 2015 (UTC)
✅Y --►Cekli829 07:58, 26 aprel 2015 (UTC)

İçərişəhər məqaləsi

Salam. İçərişəhər məqaləsi seçilmiş statusu alsa da, məqalənin yaxşı formada işlənmədiyini düşünürəm. Bir neçə bölmədə ümumiyyətlə istinadlar göstərilməyib. Vizual görünüş baxımından da məqalə qənaətbəxş deyil fikrimcə. Buna görə də məqaləni yenidən işləyərək zənginləşdirmək və genişləndirmək istəyirəm. Status almış məqalə olduğuna görə istədim istifadçilər fikirlərini bildirsinlər ki, sonradan problem olmasın. əgər etirazınız yoxdursa yaxın zamanda işlə başlaya bilərəm. Hörmətlə --sefer azeri 09:04, 26 aprel 2015 (UTC)

Mən də baxdım: iradınız doğrudur. Mənim etirazım olmayacaq.--Asparux Xan Bulqar (müzakirə) 09:18, 26 aprel 2015 (UTC)

Mənim də--Serk@nl@nd 10:02, 26 aprel 2015 (UTC)

Özü də növbəti aylarda o məqalənin oxucuları daha da artacaq. Şəhərə çoxlu insan axını olacaq axı. Məncə məqalənin digər dilləri də genişlənsə yaxşı olardı. --Araz Yaquboglu (müzakirə) 10:17, 26 aprel 2015 (UTC)
Hələlik azvikidən başlayım, Araz müəllim, sonra başqa dillərə baxarıq, xüsusən envikidə məqalənin genişləndirilməsi yaxşı olardı. --sefer azeri 10:19, 26 aprel 2015 (UTC)
Heç bir problem yoxdur. Məqalənin üzərinə Əl vurma! şablonu qoyub işə başlamaq olar :)) Mənim nədənsə yaman çox xoşuma gəlir bu Əl vurma! şablonu. Ümumiyyətlə, Azvikidə seçilmiş statusuna layiq olmayan 10-15 bərbad məqalə var ki, mən yaxın zamanlarda onlardan statuslarının alınması üçün səsvermənin keçirləməsini təklif edirəm. Çox yox 20 günlük bir səsvermə edərik və həmin məqalələrin seçilmiş statusunu əllərindən alarıq. Bura daxil olan məqalələrdən biri elə mənim tərəfimdən yazılan və zənginləşdirilən məqalədir. Yəni dediyim odur ki, heç bir idarəçi və istifadəçiyə qarşı qərəz olmayacaq. Hörmətlə:--Baskervill müzakirə 11:23, 27 aprel 2015 (UTC)
Mən də hər dəfə o məqaləyə baxanda naqislik hiss edirdim. Yaxşı olar inşəAllah.--samral müzakirə 23:06, 7 may 2015 (UTC)

Keçidlərin əlavə olunması

Son vaxtlar yeni yaratdığım məqalələrə keçidlərin əlavə olunması zamanı problem yaranır. Nəticədə "Xəta: $1" göstərilir. Bunun səbəbini bilən varmı. Əvəllər keçidləri problemsiz əlavə edirim. Rezo (müzakirə) 11:23, 29 aprel 2015 (UTC)

Mən indi Yağlayıcı materiallar məqaləsinə keçid verdim. Heç bir problem yaranmadı. Sizin qeyd etdiyiniz halla qarşılaşmamışam. Hörmətlə:--Zaur Turan (1994) (Söhbət) 12:20, 29 aprel 2015 (UTC)

Koordinatlar şablonunda yaranan problemlə bağlı

Salam. Koordinatlar şablonunda yaranan problemlə bağlı hər kəsin fikrini bilmək istərdim. Mən belə düşünürəm ki, o şablonu (və onunla bağlı olan bütün şablonları) silib yenidən yaratmaq lazımdır. Tubus, ‎Sortilegus , Cekli829, ‎Wertuose və digər aktiv istifadəçilər zəhmət olmasa fikrinizi bildirərdiniz. Hörmətlə:--Zaur Turan (1994) (Söhbət) 14:40, 29 aprel 2015 (UTC)

Razıyam. Ya da gözləyək; fikrimcə koordinatları vikidataya əlavə edəcəklər. --►Cekli829 17:53, 29 aprel 2015 (UTC)
Bəli, hamısı yenidən yaradılmalıdır. Cekli deyən kimi olsa yaxşı olar. --Sortilegus (müzakirə) 18:25, 29 aprel 2015 (UTC)
Məqalələrin vizual görüntüsünə pis təsir edir. Çalışıb birlikdə bu işi yekunlaşdırmaq lazımdır. --Zaur Turan (1994) (Söhbət) 18:29, 29 aprel 2015 (UTC)