Vikipediya:Həftənin seçilmiş məqaləsi/sentyabr 2011
Həftənin seçilmiş məqaləsi arxivi
2011: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2012: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2013: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2014: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2015: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2016: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2017: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2018: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2019: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2020: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2021: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2022: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2023: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2024: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
2025: Yanvar – Fevral – Mart – Aprel – May – İyun – İyul – Avqust – Sentyabr – Oktyabr – Noyabr – Dekabr
(yenilə)
Fəal məzmun:
Seçilmiş məqalə alətləri:
- Həftənin seçilmiş məqaləsi
- Həftənin yaxşı məqaləsi
- Həftənin seçilmiş siyahısı
- Seçilmiş məqalə şərtləri
- Laboratoriya
- Seçilmiş siyahı namizədləri
- Seçilmiş məqalə namizədləri
- Həmçinin bax
- 36. Həftə
Kəllə sinirləri — (lat. nervi cranialis) — Kəllə (beyin) sinirləri beyin kötüyündən başlayırlar və miqdarı 12 cütdür. Rum rəqəmləri ilə nömrələnirlər və hər biri xüsusi ada malikdir. Kəllə sinirləri növbə ilə öndəl dala doğru sayılır. Vəzifə etibarilə kəllə sinirləri üç qrupa bölünür:
|
bax – müzakirə et – redaktə et – tarixçə
- 37. Həftə
Pol Sezann — (fr. Paul Cézanne) (tələffüz: pɔl sezan) (19 yanvar, 1839, Eks-an-Provans - 22 oktyabr, 1906, Eks-an-Provans) — fransız rəssamı, postimpressionizm cərəyanının yaradıcısı və görkəmli nümayəndəsi. Belə demək mümkündürsə, Pol Sezann impressionizm ilə kubizm arasında körpü rolu oynamışdır. O, öz əsərlərində dizayn, rəng, ton və kompozisiya ustalığı nümayiş etdirir. Sezannın əsərlərində rəng üslubu təkrarolunmazdır.
Pol Sezann 1839-cu il 19 yanvar Fransada yerləşən Eks-an-Provansda anadan olub. Onun soyadı Şimali İtaliyanın Pyemont əyalətində yerləşən Çezena şəhərindən götürülmüşdür. Bunun əsasında bir sıra mütəxəssislər onun italyan əsilli olduğu fikrini irəli sürmüşlər. Rəssamın atası Lui-Ogüst Sezann şlyapa taciri olmuş, daha sonra isə bankirliklə məşğul omuşdur. Eksdə Burbon Kollecində sonradan yaxın dostu olacaq Emil Zolya ilə birlikdə eyni kollecdə təhsil almışdır. Emil Zolya ilə aralarında olan bu dostluq uzun müddət davam etmişdir. Az yaşlarından etibarən sənətə maraq göstərmiş, lakin oğlunun rəssam olmasını istəməyən atasının təkidi ilə hüquqşümas peşəsinə yiyələnmişdir. 1858-ci ildə təhsilini bitirdikdən sonra bankir olan atasının kontorunda işləmiş və eyni vaxtda Bələdiyyə rəssamlıq məktəbinə getmişdir. 1861-ci ildə atası Pol Sezannı Parisə buraxmağa razılıq vermiş, Parisə qayıtmış və Süisa Akademiyasına baş çəkimşdir Bu dövrlərdə impressionizm cərəyanının banilərindən olan Kamil Pisarro ilə yaxın münasibətlər qurmuşdu. (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 38. Həftə
Üzeyir Hacıbəyov — (18 sentyabr 1885, Şuşa (Ağcabədi k.) – 23 noyabr 1948, Bakı) — dünya şöhrətli bəstəkar, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi, Azərbaycan Elmlər Akademiyasının akademiki (1945), professor (1940), Azərbaycan Bəstəkarlar İttifaqının sədri (1938-1948), Azərbaycan Dövlət Konservatoriyasının rektoru (1928-1929, 1939-1948), Azərbaycan EA İncəsənət İnstitutunun direktoru (1945-1948). (Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə
- 39. Həftə
Xınalıq — (xın. Хыналыкъ) və ya yerli dildə: Kətiş (xın. Каьтиш) — Azərbaycan Respublikasının Quba rayonunun eyni adlı inzibati ərazi vahidində kənd və həmin ərazi vahidinin mərkəzi. Qafqaz Albaniyasının qədim tayfalarından, Şahdağ xalqlarının nümayəndələrindən biri olan xınalıqlıların tarixi və mərkəzi məskəni. Quba xanlığı dövründə Xınalıq mahalının, SSRİ dövründə Xınalıq kənd sovetliyinin, hazırda Xınalıq bələdiyyəsinin mərkəzi (1999-cu ildən). Dünyanın ən yüksək yaşayış məntəqələrindən biri (dəniz səviyyəsindən 2350 metr yüksəklikdə). 5000 illik tarixə malik olan Xınalıq fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsidir. Böyük Qafqaz dağları silsiləsinin Şahdağının yaxınlığında dağlar ilə əhatə olunmuş bir ərazidə, Baş Qafqaz və Yan silsilələri arasındakı çökəklikdə olan Xınalıq kəndi, Quba şəhərindən 57 km cənub-qərbdə, Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərindən isə 225 km məsafədə, 41°10′41″ şimal enində və 48°07′36″ şərq uzunluğunda yerləşir.
8 avqust 1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 4 dekabr 1959-cu ildən Quba rayonunun ərazisinə keçirilmişdir. İnzibati-ərazi bölgüsünə görə SSRİ dövründə Qalayxudat kəndi ilə birlikdə Xınalıq kənd sovetliyinin tərkibində olan Xınalıq kəndi həmin kənd sovetliyinin mərkəzi olmuşdur. Hazırda kənd Xınalıq bələdiyyəsinin ərazisindədir. 1999-cu ildə yaradılmış Xınalıq bələdiyyəsinin tərkibinə Xınalıq kəndindən başqa Qalayxudat kəndi də daxildir. Azərbaycan Respublikası Seçki Məcəlləsinin 29-cu maddəsinə uyğun olaraq "Azərbaycan Respublikasının inzibati ərazi vahidində yaradılmış Seçki Dairələrinin Siyahısı"na əsasən Xınalıq bələdiyyəsi 52 saylı Quba seçki dairəsinin hüdudlarındadır. Xınalıq kəndində Quba rayon İcra Hakimiyyəti Başçısının Xınalıq inzibati ərazi vahidi üzrə nümayəndəliyi, Sərhəd Məntəqəsi, poçt şöbəsi, Xınalıq dövlət tarix-mədəniyyət və etnoqrafiya qoruğunun müdiriyyəti, Mədəniyyət evi, orta ümumtəhsil məktəbi, Şadlıq evi, Azercell və Bakcell mobil operatorlarının stansiyaları vardır. Kənddə həmçinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Quba rayon polis şöbəsinin 25 nömrəli polis sahə məntəqəsi yerləşir. Xınalıq kəndinin əhalisi 1837 nəfərdir. Əhalinin əsas məşğuliyyəti heyvandarlıqdır. Xalq sənətkarlığı inkişaf etmişdir. Son illərdə turizm inkişaf etməkdədir. Xınalığın köhnə məhəllələrində indiyə kimi 153 ev salamat qalmışdır və bu evlərdə 1360 nəfər yaşayır. Xınalıqda 82 qədimi ev tam və qismən dağılmışdır. Kənd küçələrinin ümumi uzunluğu təxminən 5 kilometrdir. Xınalığın inkişafı onun tarixi hissəsindən kənara çıxmış və hazırda Xınalıq çayının kənarında yeni yaşayış massivi salınmışdır. Xınalığın yeni yaşayış massivindəki 53 evdə 58 ailə yaşayır. 2011-ci ilin əvvəlinə Xınalıqda 370 təsərrüfat vardır.(Davamı...) |
bax – müzakirə et – redaktə et – tarixçə