Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2018

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 12 dekabr 2024, Cümə axşamı (İlin 50. həftəsi); bu an saat 01:37 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

45. Həftə
Leyli və MəcnunNizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan üçüncü poemadır. Əsər 1188-ci ildə fars dilində yazılmışdır. Nizami bu əsəri Şirvanşah I Axsitana (1160-1197) ithaf etmişdir. Əsərin süjetinin əsasında sonradan "Məcnun" (dəli) adlandırılan gənc Qeys və gözəl Leylinin nakam eşqindən bəhs edən qədim "Leyli və Məcnun" dastanı dayanır.

4600 beytdən ibarət olan poema "Leyli və Məcnun" haqqında dastanın fars dilində yazılmış ən məşhur variantıdır. Nizami "Leyli və Məcnun" haqqında xalq dastanını yazılı ədəbiyyata gətirən ilk şairdir.

Nizami “Leyli və Məcnun” poemasında insanın mənəvi əsarətinə və məhəbbətin faciəsinə səbəb olan ictimai-dini ziddiyyətləti tənqid etmişdir. “Leyli və Məcnun”da ideya və məzmun iki əsas ədəbi priyom üzərində qurulmuşdur. Birinci halda Nizami iki gəncin faciəli məhəbbətini ictimai-dini şəraitlə əlaqələndirir. Əsərin bu hissəsində orta əsr həyat həqiqətlərinin güclü ifadəsi müşahidə edilir. İkinci halda isə, mövcud ictimai mühitdə insan səadətinin qeyri-mümkünlüyü fonunda yalnız maddi aləmi seyr edib ruhani aləmdəki əbədi gözələ qovuşmaq yolu ilə xoşbəxtliyə çatmağın mümkünlüyü göstərilir.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
PalmiraSuriyanın Hims mühafazası ərazisində yerləşən qədim semit şəhəridir. İlkin yaşayış izlərinin hələ Neolit dövrünə aid edildiyi Palmira şəhəri tarixi mənbələrdə ilk dəfə bizim eranın II minilliyində Suriya səhrasından keçən karvanların dayanacağı kimi qeyd edilir. Şəhərin adı Assur hökmdarlarının annallarında və ehtimal ki, Yəhudi Bibliyasında xatırlanır. Selevkilər imperiyasının tərkibində olmuş şəhər, sonradan Roma imperiyasının tərkibində inkişaf etmişdir. Palmiranın zənginliyi şəhərin qısa zamanda böyüməsinə imkan vermiş, burada bir çox dəyərli tarixi-memarlıq abidələri ucaldılmışdır. III əsrdə artıq çiçəklənən bir şəhər olan Palmira həm də güclü orduya malik idi. Belə ki, b.e. 260-cı ilində Palmira kralı Odenatın rəhbərliyi ilə Palmira ordusu Sasani ordusunu məğlub etmişdi.

267-ci ildə isə Odenat taxtdan salınmış, onun yerinə kiçik oğlu kraliça Zenobiyanın regentliyi altında hakimiyyətə gəlmişdi. 270-ci ildən Zenobiya Roma İmperiyasının şərq əyalətləri hesabına Palmira ərazilərini genişləndirməyə başlayır. 271-ci ildə Palmira kralları imperator titulu qəbul edirlər; 272-ci ildə Roma İmperatoru Avreli Palmiranı məğlub etdi. 273-cü ildə baş vermiş üsyandan sonra isə şəhər tamamilə dağıdılmışdır. Bundan sonra Palmira Bizans, Rəşidi, Əməvi, Abbasi xilafətləri, Məmlük dövlətinin tərkibində kiçik vassal şəhər olmuşdur.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
Liza del Cakondo — (qızlıq soyadı Gerardini; 15 iyun 1479 – 15 iyul 1542), həmçinin Liza Gerardini, Liza di Antonio Mariya (və ya Antonmariya) Gerardini və ya Mona Lizaİtaliyanın FlorensiyaToskana ərazilərində yaşayan Gerardini ailəsinin üzvü. Onun adı həyat yoldaşının sifarişi ilə İtalyan İntibahı rəssamı Leonardo da Vinçi tərəfindən çəkilmiş Mona Liza portretinə verilmişdir.

Lizanın həyatı haqqında çox az məlumat vardır. O, Florensiyada doğulmuş, erkən yaşlarında geyim və ipək taciri ilə evlənmiş, bir müddət sonra Lizanın həyat yoldaşı dövlət qulluğuna başlamış, xanım özü isə orta təbəqə insanlarına məxsus rahat və adi həyat sürmüşdür.

Lizanın ölümündən əsrlər sonra onun portreti olan “Mona Liza” dünyanın ən məşhur rəsm əsərinə çevrilmiş və sahibəsi olan Lizadan ayrıca həyatını yaşamağa başlamışdır. Tədqiqatçılar və həvəskarların əsər ətrafındakı müzakirələri onu bütün dünyada qəbul edilmiş sənət ikonasına çevrilməsinə səbəb olmuşdur. 2005-ci ildə Lizanın “Mona Liza” üçün model olması dəqiqləşdirilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
Plateya döyüşüE.ə. 479-cu ildə baş verən Yunan-İran müharibələrinin ən böyük quru döyüşlərindən biri. Döyüş Beotiya ərazisindəki Plateya adlı kiçik şəhərdə, Kiteron dağının ətəklərində baş vermişdir.

Plateya döyüşündə fars ordusu sarsıdıcı məğlubiyyətə uğradı. Spartalı Pavsaninin rəhbərlik etdiyi Yunan ittifaqının ordusu düşmən qüvvələrinin demək olar ki, hamısını praktik olaraq məhv etdi. Plateya döyüşü Ellada ərazisində işğalçıların - Kserksın rəhbərlik etdiyi Əhəməni imperiyasının quru qüvvələrinin tam məğlubiyyətinə gətirib çıxardı.

Müxtəlif antik mənbələrə görə yunanların itkiləri nisbətən az idi, onların itkisi bir neçə yüzdən on min əsgərə qədər təxmin edilir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə