Vikipediya:Həftənin seçilmiş məqaləsi/noyabr 2012

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 3 dekabr 2024, Çərşənbə axşamı (İlin 49. həftəsi); bu an saat 22:44 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax



44. Həftə
Skeletinsanın bədənində olan sümüklərin məcmusu. Bu sümüklər məcmusu skeleti (yun. skeleton – "qurumuş") təşkil edir. Skelet hərəkət aparatının passiv hissəsinə aid olub hərəkət, istinad və qoruyucu funksiya daşıyır.

Bişofa görə hərəkət aparatı bədənin kütləsinin 72,45%-ni, skelet isə 1/3 və ya 1/7 hissəsini təşkil edir. Yerdə qalanı bağ aparatıəzələlərin üzərinə düşür. Yetkin şəxsin skeletini təşkil edən sümüklərin ümumi sayı 200-dən artıqdır.

Skeleti təşkil edən hər bir sümük – os tam mənada bir orqandır. O müəyyən formaya, quruluşa və funksiyaya malikdir. Sümük başlıca olaraq sümük toxumasından təşkil olunmuşdur. Bundan əlavə sümükdə başqa toxumalardan təşkil olunmuş törəmələr: sümüküstlüyü, sümük iliyi, damarlarsinirlər də vardır. Sümüküstlüyü sümüyü xaricdən örtür, sümük iliyi isə onun daxilində yerləşir. Sümüyün oynaq səthləri qığırdaqla örtülü olur. Sümüklər bir-biri ilə birləşdirici toxuma ilə birləşib skeleti əmələ gətirirlər.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


45. Həftə
Bakı döyüşü (ing. Battle of Baku, rus. Битва за Баку) — 1918-ci ildə Nuru paşanın rəhbərlik etdiyi Osmanlı və Azərbaycan Xalq Cümhuriyyəti qüvvələrindən ibarət Qafqaz İslam Ordusu ilə Bolşevik-Daşnak-Bakı Soveti qüvvələri arasında olmuş döyüş.

Sonradan döyüşə Böyük Britaniya-Ermənistan-Rusiya qüvvələri də qoşulmuş və bu döyüş Qafqaz kompaniyasının son döyüşü olmuşdur. Lakin Bakı döyüşü ilə gərginlik bitməmiş və hadisələr Azərbaycan-Ermənistan müharibəsi ilə davam etmişdir.

Qafqaz İslam Ordusunu Şamaxını ələ keçirməsindən sonra Bakıdakı Xalq Komissarları Soveti və Şaumyan bütün ümidini Rusiyadan köməyə gələcək hərbi qüvvələrə bağlamışdı. Lenin iyulun ortalarından etibarən silah və ləvazimat yardımını artırdı. Ukrayna cəbhəsində xidmət edən Petrovun sərəncamında olan son dərəcə yaxşı hazırlıq keçmiş və üstün silahlarla silahlanmış 780 nəfərlik bir ordu birləşməsi də Bakının köməyinə göndərildi. Petrov və tabeliyindəki qoşun birləşməsi iyul ayının 19-da Bakıya çatdı. Şaumyan tərəfindən Bakı Hərbi Komissarlığına gətirildi. Bakı və ətrafında yaşayan rus əsilli fəhlə və kəndlilərə xitabən bir bildiriş yayan Petrov, Sovet Rusiyasının müstəqilliyi üçün hər kəsin silaha sarılaraq onlara kömək etmələrini istəmişdi.

Bakının şimalındakı ŞamaxıMərəzə ilə cənubundakı Salyan, Neftçala bölgəsini düşməndən təmizlədikdən sonra, Qafqaz İslam Ordusu Bakının 60-70 kilometrliyinə qədər yaxınlaşmışdı. Hərbi birləşmələr son dərəcə ağır bir vəziyyətdə irəliləməkdə davam edirdilər. Ordu silah-sursat, rabitə, nəqliyyat, su və ərzaq çatışmazlığı kimi bir çox çətinliklər içindəydi. Əsgərlərin ehtiyacını ödəmək üçün qurulan mərkəzlər ilə ordu arasındakı məsafə də artmışdı. Qafqaz İslam Ordusunun Cənub qrupu 22 iyul 1918-ci il tarixində Sığır məntəqəsində, Şimal qrupu isə Mərəzə-Qalaçandağı xəttində yerləşmişdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


46. Həftə
Bəbir və ya qaplanpişiklər fəsiləsinin panter cinsinə aid heyvan növü.

Bədəninin uzunluğu 120-170 sm-dək, quyruğu 95 sm-ə qədər, iri fərdlərinin kütləsi 32-60 kq, erkəklərin kütləsi 75 kq-dək, dişilərinki bir qədər az olur. Erkək fərdlər adətən dişilərdən iri olur. Bədəni əzələli, ayaqları nisbətən qısa, xəzi sıx, yumşaq, sarı, yaxud kürən rəngli və qara xallıdır. Ayaqları uzun olmadığından o, alçaqboylu görünür. Uzun sıçrayışlarla şikarını qovarkən quyruğu bədənin tarazlığını tənzim edir. Pəncələri güclü və əzələlidir. Bəbir yüngüllük, çeviklik və zəriflik təcəssümüdür. O, çox zərifcəsinə hündür daşların, qayaların üzərinə sıçrayır. Bəbir sıçrayışının uzunluğuna (5-8 m) görə bir çox iri məməliləri geridə qoyur. Bəbirin xəzi qısa və sıxdır. Sarı və ya sarı kürən xəzində qara və qonur xallar səpələnmişdir. Bel, boyun və başının üstü rəngli, qarın və ayaqlarının iç tərəfi demək olar ki, ağdır. Quyruğu az tüklü olduğundan nazik görünür. Bəbirin xallı rəngi onu otların, kolların və ağacların yarpaqları arasında görünməz edir.

Bəzən qara piqmentli melanist bəbir də olur (Hindistanda). Afrikada (Böyük Səhradan başqa), Ön və Cənubi Asiyada, Azərbaycanda nadir hallarda (LənkərandaNaxçıvanda), Cənub-Qərbi və Cənubi Türkmənistan dağlarında, Tacikistanın cənub hissəsində və Ussuri ölkəsində sıx meşələrdə və dağlarda yaşayır.Ömrü vəhşi təbiətdə 10-11, qapalı yaşam şəraitində (zooparkda) 21 ilədək ola bilir. Əsasən, cütdırnaqlı heyvanları, quşları və gəmiriciləri ovlayır.

Qədimdə belə hesab edirdilər ki, bəbir şir və panterin hibrididir. Onun yunan mənşəli yun. λέων leōn (şir) və πάρδος pardos (erkək panter) sözlərinin birləşməsindən əmələ gəlmiş λέωπάρδος leōpardos (leopard) adında bu öz əksini tapmışdır.

Bəbirin müasir adı Panthera pardus latınlaşdırılmış yun. πάνθηρ pánthēr sözündən əmələ gəlmişdir. Belə ki, παν "pan" (tam, bütün) və θηρ (heyvan) deməkdir. Belə bir fikir vardır ki, onun ilkin adı hind-iran mənşəli olmuş "ağımtıl-sarı və ya avazı" mənasını daşımış, sonralar yunanlaşdırılmışdır. Bəbirin öyrənilməsində Felis pardus adlı "Systema naturæ" ilk elmi tədqiqat işi Karl Linneyə məxsusdur. 1929-cu ildən etibarən bəbir Panthera cinsinə aid edilmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


47. Həftə
جیلولوق — ؛ 1918-جی ایلین مارت آییندا، مین‌لرجه آزربایجان تورک لری‌، اوزل‌لیک‌له اورمیه، خوی و سالماس شهرلرینده یاشایان‌لارین ائرمنی‌لر و جیلولار (آسوری‌لار) طرفیندن سوی‌قیریما معروض قالدیق‌لاری حادیثه.

بو سوی‌قیریم ‌دا 200 مین الی 500 مینه یاخین آزربایجان‌لی شیعه موسلمان اولدورولموش‌دور. قتله یئتیشنلر او زامان‌لار گونئی آزربایجان‌دا یاشایان‌لارین یوزده 15 ین شامیل اولور.

آزربایجان تورکجه‌سینده و عثمانی تورکجه‌سینده جیلو آدلانان ائرمنی‌لر و تورکییه آسوری‌لاری، بیرینجی دونیا موحاریبه‌سینده عوثمانی حوکومتینه ضربه وورماق قصدی‌له روس‌لارلا ال بیر اولوب عوثمانی حکومتینه قارشی چیخدیلار. عوثمانی حکومتی بو توطئه‌دن خبربیلیب فیتنه‌نی سوندروب و قالان آسوری‌لر و ائرمنی‌لر باتی آزربایجان ایالتی‌نده اولان اورمیه و سالماس شهرلرینده یئرلشیب‌لر. اونلار مسیحی بیر حوکومت یاراتماق نییت‌ایله بو منطقه‌ده ساکین اولان زمان نیظامی قووه‌لر تشکیل ائدیب موسللح اولوب، ایلک اونجه روسییا و سونرالار (روسییا آزربایجان تورپاق‌لارین ترک ائدن‌دن سونرا) بریتانییا کومک‌لیک‌‌لری‌نن 10 مین نفری ارتئش ساهمان ائدیب و ایران حوکومتین ضعیف‌لیگیندن ایستفاده ائدیب و 1396 جی شمسی ایلینده اورمیه شهری‌نی ایشقال ائدیرلر.

اورمو شهری‌نین مسیحی‌لری روس‌لارین بو شهره گیریشیندن اوزلرینی اونلار ساری یاخینلادیب و کوردلرین ائتدیگی اذییت جوروندان موسلمان‌لاری شهرده و کندلرده اذییت وئریب و بو مساله موسلمان لار آراسیندا بیر بویوک کودورت باعیث اولدو. موسلمان‌لار روس‌لارین قورخوسونان بو مساله‌نی دیله گتیره بیلمه‌میش‌لر

بازیل نیکتین روسون کونسول اورمو شهرینده ارامنه و جیلولارین عثمانی دن گئلمه لرین من تانیدیغیم ایران کیتابیندا بئله یازیب : آسوری لرین روحانی رئیس لری مارشیمون آدیلا بیر ادام دی بو موقع ده روس ژنرال نی گورمئق اوچون گئلمیشدی اونان همدست اولوب و تورکلر علیه ده اولان جنگلر ده شرکت ائلیه . نستوری قبایلین روحانی ریاستی مارشیمونونان دیر بونار سانجاق و گیاور و وان ویلایتینده ساکینی دیلر نستوری لرین اجتماعی باخیمینان ائله بیر فرقی لری اوزو قونشولارینان (کوردلر) یوخلاری دیر.سانکی بو تفاوت فقط بون دا گورونور کی هر طایفانین باشیندا بیر کشیش وار و اولارین حکومتی تشکیلالاری تقریبا روحانی دی و عشیره صورتینده یاشییلار هر قبیله نین اوزونه عایید بیر رئیسی وار ملیک آدلانیر بو قبیله لر هئچ بیر زامان ساییلمییب و هئمئشه تورکیه نین اقتیدارلی مامورلارینان اوزاق گئزیب و داغلارین چئتین لیک ده اولان دسترسی یئرلرده ساکین دیلر بولارین سایی شایید 30 الی 50 مین نفر اولا . مارشیمون نئچه مین نفری بو قبایل دن یغیب و ایستیردی تورکلرینن ووروشا تورکلرین وئردیگی جهاد بونا عایید کی :مسیحی استعمارگرلرین علیه نه دعوت ائتمیش دیلر کوردلر آزادلیقینان مسیحی لرین اولودور میئک لرینه و غارت ائدمئک لرینه باشوئرسینلر سانکی بولارا باخمیاراق تورکلر مارشیمونی استانبولا دعوت ائدیب اونا اطمینان وئرلر سانکی مارشیمون بو اطمینانا توجه ائتمییب و عوثمانلی دولتینین علیه نه عایید استقلال اعلام ائتدی و فقط بیر یول تاپیب اودا روسلاریلا سازش ائتمکی دیر. عوثمانلی امپراطورلوقوندا ائرمنی لرین درجه لری و حکومت ایشلرینده گیریشلری: آذربایجان دا و آنادولی دا ائرمنی لر تامین ائدیکلری مالی و جانی دان سونرا سئربازلیقا گئتمک دن معافیدیلار.


(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


48. Həftə
Numerologiya (latın dilində numerus – rəqəm) — rəqəmlərin təkcə riyazi deyil, həm də magik xassələrə malik olduğunu sübut etməyə çalışan elm sahəsi.

Bütün qədim mədəniyyətlərdə "elm""magiya" bir-birindən ayrı tutulmayıb. Buna görə də riyaziyyat – numerologiyadan, astronomiyaastrologiyadan, tibbxalq təbabətindən ayrılmayıb, birlikdə fəaliyyət göstərmişlər. Numerologiya qərb mədəniyyətlərində olduğu kimi, şərq mədəniyyətlərində də tətbiq edilir. Reformasiya, yeni sistemlərin tətbiqi, kapitalizm və s. "elm" və "magiya"nı bir-birindən ayırdı. Hazırda "numerologiya" sahəsinə mistik sahə kimi baxılır.

Qədim Avropanın məşhur filosoflarından Pifaqor numerologiya elminin banisi hesab olunur. Bu adı filosofa Delf orakulu vermişdir. Uşaqlıqda Pifaqor kahinlərin himayəsinə verilir. Pifaqor onların yanında – mənəviyyatı bol olan məkanda boya başa çatır, orada meditasiyanı öyrənir və ulduzları sevməyə başlayır. O, qeyri-adi ideyaları, fikirləri ilə hamını heyran edir. Pifaqorun elmi 2 hissədən ibarət idi: Rəqəmlər haqqında elm və Miqdar nəzəriyyəsi. Birinci hissə özündə cəbrmusiqini, ikinci hissə isə həndəsəastronomiyanı birləşdirirdi. O, rəqəmləri adi hesablama elementləri deyil, həyatın real ünsürləri kimi qəbul edirdi. Pifaqor deyirdi: "Rəqəmlər hər bir insanın yaradılış səbəbini, onun həyatda missiyasını, taleyini ifadə edir". Bu şifrələrin çözülməsi, aydınlaşdırılması üçün "Numerologiya" elmi yaradıldı.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə