Vikipediya:Həftənin seçilmiş məqaləsi/fevral 2019

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Həftənin seçilmiş məqaləsi arxivi
2011: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2012: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2013: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2014: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2015: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2016: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2017: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2018: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2019: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2020: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2021: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2022: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2023: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2024: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


2025: YanvarFevralMartAprelMayİyunİyulAvqustSentyabrOktyabrNoyabrDekabr


Bu gün 12 dekabr 2024, Cümə axşamı (İlin 50. həftəsi); bu an saat 01:35 (UTC)
(yenilə)


Keşi təmizlə

Fəal məzmun:

Seçilmiş məqalə alətləri:

Həmçinin bax

6. Həftə
Yaponiya bayrağıYaponiya dövlətinin milli simvollarından biri. Ağ rəngli düzbucaqlı sahənin mərkəzində yerləşən tünd qırmızı günəş diski şəklində təsvir olunmuşdur. Bayraq rəsmi şəkildə Nişşoki (日章旗?, "günəş işarəli bayraq") adlansa da, Yaponiyada daha çox Hinomaru (日の丸?, "günəş diski") adı ilə tanınır. Bayraq ölkənin adını simvolizə edir: Gündoğan ölkə.

Nişşoki bayrağı 13 avqust 1999-cu ildə qüvvəyə minən "Milli bayraq və milli himn haqqında qanun"dan sonra milli bayraq kimi qəbul edilmişdir. 1999-cu ildə kimi rəsmi şəkildə milli bayraq kimi qəbul edilməsə də, həmin vaxta kimi de fakto olaraq milli bayraq idi. Meyci dövrünün əvvəlində mövcud olmuş hökumət orqanı Dayco-kan bayrağın dizaynı haqqında iki müraciətnamə yaymışdır. Günəş diski bayrağı 27 fevral 1870-ci ildə Meyci 3-ün 57 saylı müraciətnaməsi ilə ticarət gəmiləri üçün milli bayraq, 27 oktyabr 1870-ci ildə isə Meyci 3-ün 651 saylı müraciətnaməsi ilə hərbi donanma üçün milli bayraq kimi qəbul edilmişdir. İkinci dünya müharibəsindən sonra Müttəfiqlərin Yaponiyanı işğal etdikləri ilk bir neçə il ərzində bayrağın istifadəsi məhdudlaşdırılsa da, daha sonra bu məhdudiyyətlər aradan qalxmışdır.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


7. Həftə
Hörümçək-adamMarvel Comics tərəfindən nəşr edilən ABŞ komikslərində görünən uydurma superqəhrəman. Personaj yazıçı-redaktor Sten Li və yazıçı-rəssam Stiv Ditko tərəfindən yaradılmış və ilk dəfə komikslərin Gümüş dövründə "Amazing Fantasy" komiksinin 15-ci sayında (avqust 1962) peyda olmuşdur. Marvel Kainatında valideynləri Riçard və Meri Parker təyyarə qəzasında öldüyü üçün Nyu-York şəhərində Mey xala və Ben əmi tərəfindən böyüdülən və əsl adı Piter Parker olan personaj kimi düşünülmüşdür.

Li və Ditko onu yeniyetməlik dövrünün normal çətinlikləri və maddi problemləri ilə üzləşməli olan personaj kimi təsvir etmişdirlər və onun üçün bir çox köməkçi personajdan istifadə etmişdirlər: "Daily Bugle" qəzetinin baş redaktoru Cey Cona Ceymson, sinif yoldaşları Fleş Tompson və Harri Ozborn, romantik münasibətdə olduğu Qven Steysi və Meri Cey Uotson. Personajın mənşə hekayəsinə görə radiokativ hörümçək tərəfindən sancılan Piter Parker hörümçəklərə xas güc və bacarıqlar əldə edir: divarlara dırmaşmaq, biləklərinə taxdığı "toratan" adlı xüsusi alətlərlə hörümçək toru atmaq və "hörümçək hissi" sayəsində təhlükəyə cəld reaksiya vermək. Əldə etdiyi bu güclər ona Doktor Osminoq, Yaşıl qoblin və Venom kimi güclü düşmənlərə qarşı mübarizə aparmaq imkanı yaradır. Hekayəyə görə o, əvvəlcə güclərindən saymazyana istifadə edir, lakin əmisini öldürən oğrunun qaçmasına şərait yaratdığını öyrəndikdən sonra gücünün məsuliyyətini dərk edir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


8. Həftə
Quba xanlığı — 1680–1810-cu illərdə Azərbaycanın şimal-şərqində mövcud olmuş ən güclü tarixi feodal dövlətlərdən biri. Xanlığın əsasını 1726-cı ildə Hüseynəli xan qoydu. O, əvvəlcə xanlığı hakim kimi, Nadir şah Əfşarın ölümündən sonra isə müstəqil idarə etməyə başladı. Xanlığın iqamətgahı əvvəlcə Xudat qalası, 1735-ci ildən isə Quba şəhəri oldu. Quba şərq üsulu ilə divar və qalalarla möhkəmləndirilmiş bir şəhər idi. Xanlıq şərqdə Xəzər dənizi, şimalda Dərbənd xanlığı və Tabasaran əraziləri, qərbdə Şəki xanlığı, cənubi-qərbdə Şamaxı xanlığı, cənubda Bakı xanlığı ilə həmsərhəd idi. Tərkibində Quba, Rustov, Buduq, Müşkür, Bərmək və digər mahallar vardı.

XVIII əsrin ortalarında Quba xanlığının taxtına Hüseynəli xan keçdi. XVIII əsrin 40-cı illərində Hüseynəli xan Quba əyalətini müstəqil xanlıq etmişdi. 1747-ci ildə Nadir şahın ölümündən sonra İranda feodal çəkişmələrin başlandığı dövrdə o, Rusiya ilə dostluq münasibətini saxlayaraq, hakimiyyətini daha da möhkəmləndirdi. 1756-cı ildə Səlyan xanlığını Quba xanlığına birləşdirdi. Onun dövründə Axtıpara, Altıpara, Doqquzpara Quba xanlığına birləşdirildi. 1770-cı ildə Azərbaycanda olmuş S. Qmelinin məlumatına görə, Qulqan, Şabran, Rüdbar da Quba xanlığına birləşdirildi. 1758-ci ildə Hüseynəli xan vəfat etdi. Hakimiyyətə onun 22 yaşlı oğlu Fətəli xan keçdi.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə


9. Həftə
Xocalı soyqırımı1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır. Xocalı Ermənistan dəstələri tərəfindən zəbt olunduqdan sonra orada qalan mülki əhali deportasiya olundu. Bu əməllər mütəşəkkil formada həyata keçirildi. Deportasiya olunan əhalinin əksəriyyəti Xankəndidə saxlanıldı və bu barədə qondarma Dağlıq Qarabağ Respublikası (DQR) hakimiyyətinin müvafiq əmri olduğunun aşkar göstəricisidir. Xocalıda dinc əhalinin, o cümlədən qadınların girov kimi tutulması və saxlanılması "DQR" hakimiyyətinin Xocalının bütün dinc insanlarını əvəzsiz olaraq Azərbaycan tərəfinə qaytarmağa hazır olması ilə bağlı bəyanatları ilə aşkarca ziddiyyət təşkil edir. Girovların saxlanma şəraiti kəskin dərəcədə qeyri-qənaətbəxş olmuş, Xocalının saxlanılan sakinlərinə qarşı zorakılıq tətbiq edilmişdir. Xocalı sakinləri qanunsuz olaraq mülkiyyətlərindən məhrum edildi, onların əmlakı Xankəndidə və ətraf məntəqələrdə məskunlaşan şəxslər tərəfindən mənimsənildi. “DQR” hakimiyyəti həmçinin şəhərdən çıxan və ya deportasiya olunan Xocalı sakinlərinə məxsus evləri zəbt etmək üzrə orderlər verməklə başqa şəxslərə məxsus bu cür əmlakın mənimsənilməsini leqallaşdırdılar. Xocalıya hücumda Müstəqil Dövlətlər Birliyinin ordusuna məxsus olan 366-cı motoatıcı alayın hərbçiləri iştirak etmişdir.

(Davamı...)


baxmüzakirə etredaktə ettarixçə