Vikipediya:Həftənin seçilmiş məqaləsi/10. Həftə 2015

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Göytürk xaqanlığı552744-cü illərdə fasilələrlə Mərkəzi AsiyaÇinin bir hissəsinə hökmranlıq etmiş türk dövləti. Adı müxtəlif mənbələrdə, Bilgə xaqan və Kül Tigin yazılarında Türük, Kök Türük və azlıq tərəfindən qəbul olunmuş yanaşmaya görə Ökük Türük, Tonyukuk yazılarında isə Türk şəklində xatırlanmaqdadır. Göytürklərdən Çin mənbələrində Tūjué (çin. 突厥) şəklində bəhs olunur.

Türk sözünə ilk dəfə Göytürklər dönəminə aid Orxon abidələrində rast gəlinmişdir. Göytürk xaqanlığı həmçinin adında Türk sözü işlənən ilk dövlətdir. Dövlətin qurucusu və ilk öndəri Bumın xaqandır. Bumın xaqanın qardaşı İstəmi yabqu ölkənin qərb qolunu idarə edirdi. Göytürk xaqanlığı Çin, SasaniBizans ilə hərbi, siyasi və iqtisadi əlaqələr qurmuşdu.

Göytürk xaqanlığı tarixdə ilk dəfə adında türk sözünü işlədən dövlət olduğu üçün mühüm önəmə sahibdir. Adının mənası ilə bağlı müxtəlif mübahisələr vardır. Göytürk xaqanlığı haqqında yazılı mənbələrdə barəsində Türk xaqanlığı olaraq bəhs edilir. Göytürk sözünün isə Orxon abidələrindəki ÖkÜk Türük sözündən törədiyi və tələffüzünün sadələşdirilməsi üçün Göytürk şəklində qəbul olunduğu iddia olunur.

(Davamı...)