Vikipediya:Bilirsinizmi/12. Həftə 2021
Naviqasiyaya keç
Axtarışa keç
Vikipediya məqalələrindən
- XIII əsrdə yaşamış katalan trubadur Serveri de Jirona ən məhsuldar trubadur hesab olunur.
- Axtarış sistemi "Google" "What is the loneliest number?" (azərb. "Ən tənha ədəd hansıdır?") yazdıqda nəticə kimi "1" ədədi çıxır.
- Dəniz dibinin soyuq suyunun sürətlə suyun səthinə qalxması ilə müşayiət olunan El-Ninyo hadisəsi Peru sahillərində yerləşən Grau dənizində baş verir.
- Memarlıqda sütun cərgəsi və ya cərgələrinin horizontal örtük altında birləşməsinə verilən ad kolonnadadır.
- İtaliyanın Kampaniya regionunun Neapol əyalətində yerləşən Mavi mağara Kapri adasının əsas simvolu sayılır.
- Bəbir çinlilərdə hünər və qəddar döyüşkən obrazı daşıdığı halda, xristianlarda şeytanı, cinayəti, iblisin ikinci üzünü və tamahkarlığı tərənnüm edir.