Videokonfrans

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Videokonfranskompüter imkanlarından istifadə etməklə məsafədən ünsiyyət üçün nəzərdə tutulmuşdur. Videokonfrans şəbəkə vasitəsilə insanlara bir-birini eşitməyə və görməyə, interaktiv rejimdə məlumat mübadiləsi aparmağa və onları birgə emal etməyə imkan verən texnologiyadır. O, məsafə maneəsini aradan qaldırmağa imkan yaradır.

Videokonfransın tətbiq sahəsi olduqca böyükdür. Bu gün videokonfrans istifadə edilmədiyi fəaliyyət sahəsi demək olar ki qalmayıb.

Üstünlükləri

[redaktə | mənbəni redaktə et]
  • Videokonfranslar danışıq otağından və ya iş yerindən ayrılmadan uzaq məsafədə olan əməkdaşlarla görüş keçirməyə şərait yaradır. Yola sərf olunan zamana və pula qənaət edir.
  • Videokonfrans adi telefon bağlantısı qədər sadə bir alətdir. Ofislər arası gündəlik məsləhətləşmə və danışıqlar üçün videokonfrans sistem terminallarını quraşdırın.
  • İştirakçıların sayını yalnız videokonfrans infrastrukturu təyin edir: həmsöhbətdə bir, yüz və ya minlərlə iştirakçı iştirak edə bilər
  • Telefon söhbətindən fərqli olaraq, videokonfrans vizual əlaqə yaratmağa, qarşı tərəfin artikulyasiyasını görməyə, onun emosiyalarını "oxumağa" imkan yaradır. Bundan əlavə videokonfrans sistemində əlaqə kənar işlərə yayınmağa imkan vermir və görüş zamanı canlı ünsiyyətdə olduğu kimi bütün diqqəti həmsöhbətə yönəldir.
  • Videokonfrans əlaqəsi təşkil etmək üçün həmkarları dəvət etmək və həmin an tədbirə başlamaq və ya görüş planlaşdırılması zamanı onun başlanma vaxtını seçmək kifayətdir. İkinci halda sistem təyin olunmuş görüş vaxtını həmkarlara xatırladacaq. Onu da unutmaq olmaz ki, videokonfrans sistemlərinin interfeysi çox sadə və aydındır, eləcə də əməkdaşların təlimi üçün vaxt tələb etmir.
  • Müasir videokonfrans sistemləri xüsusi kodeklər və protokollar üzərindən qurulub və aktiv şəkildə şifrləmə istifadə edir. Bu səbəbdən bağlantı riskləri yalnız insan faktoru ilə bağlı ola bilər.

Tətbiq sahələri

[redaktə | mənbəni redaktə et]

Düzgün tətbiq edildikdə, videokonfrans böyük və məsafəli iş qüvvəsi istifadə edən təşkilatlara dərhal nəzərə çarpacaq maliyyə və inzibati faydalarını verməyə başlayacaqdır. Videokonfrans fəaliyyət səmərəliliyini, rəqabət üstünlüklərini, məhsuldarlığı və nəticə etibarilə şirkətin mənfəətini artırır. Belə videokonfrans avadanlıqlarını əsasən regionlarda, şəhərlərdə və yaxud digər ölkələrdə filialları olan şəbəkə ticarət müəssisələri və ya beynəlxalq şirkətlərin yerli nümayəndəliyi üçün gündəlik ya aylıq iclaslar, əməkdaşlar üçün treninqlər keçirmək, daimi əlaqəda qalmaq üçün mühüm alət hesab etmək olar.