Veronika Remişova

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Veronika Remişova
slovak. Veronika Remišová
Doğum tarixi 31 may 1976(1976-05-31)[1] (48 yaş)
Doğum yeri
Fəaliyyəti siyasətçi, tərcüməçi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Veronika Remişova (slovak. Veronika Remišová 31 may 1976[1], Jilinа) — Slovak qadın siyasətçisi. İncəsənət doktoru, İnsanlar naminə Partiyasının üzvü. Hazırkı 21 mart 2020-ci ildən İqor Matoviç rəhbərlik etdiyi Matoviç hökumətində baş nazirin müavini, investisiya və regional inkişaf naziri. 5 mart 2016-cı ildən 21 mart 2020-ci ilədək Milli Şuranın üzvü[2][3][4].

31 may 1976-ci ildə Zilin şəhərində anadan olmuşdur[4].

Bratislavadakı Ali İfaçılıq Sənəti Məktəbini fərqlənmə diplomu ilə bitirib, burada incəsənət ustası və incəsənət doktoru dərəcələrini almışdır. Paris IV Sorbonne Universitetini bitirib, sənət ixtisası üzrə magistr dərəcəsi alıb. Brüsseldəki Fənlərarası Tədqiqatlar Kollecini (Collége d´Études Interdisciplinaires) bitirir, burada bir incəsənət magistrini dərəcəsi alır. İngiltərədəki bir kollecdə ali təhsil haqqında bir sertifikat (Cert.H.E.) əldə edir.[4] 2004-2013-cü illərdə Avropa Komissiyasında işləyir. Gənclərə qeyri-rəsmi təhsil proqramında rəhbərlik edir. 2013-2014-cü illərdə Bratislavadakı Y. A. Komenski Universitetində və Ruzomberk Katolik Universitetində dərs demişdir. 2014–2018-ci illərdə Bratislavanın Stare Mesto bələdiyyə məclisində məsləhətçi olaraq çalışır. 5 mart 2016-cı il parlament seçkilərində "Adi İnsanlar" partiyasından Parlamentin üzvü seçilir. 20 iyun 2016-cı ildən Avropa Şurası Parlament Assambleyasının üzvü (AŞPA), Avropa Mühafizəkarlar və Demokratik Alyans qrupunun üzvü olur[5]. 2019-cu ilin iyununda, 2 sentyabrda yaradılan və Slovakiya Prezidenti Andrey Kiskanın rəhbərlik etdiyi İnsanlar naminə partiyasına qatılır. 29 fevral 2020-ci ildə keçirilən parlament seçkilərində yenidən "İnsanlar naminə" partiyasından Parlamentin üzvü seçilir[6]. 2020-ci il parlament seçkilərində o, İnsanlar naminə partiyasında siyahıdakı ikinci ən çox səs toplayan deputat olur. 81 395 səs əldə edərir. Hökumət işinə keçməsi ilə əlaqədar 21 mart tarixində Parlamenti tərk edir. Boş qalan yeri Marek Antal tutdu.

21 mart 2020-ci ildə Baş Nazir müavininin portfelini və eyni zamanda Matoviçin ofisində İnvestisiya və Regional İnkişaf Nazirinin portfelini alır.

  1. 1 2 Veronika Remišová // https://autority.snk.sk/cgi-bin/koha/opac-authoritiesdetail.pl?marc=1&authid=202793.
  2. "Президент Словакии утвердила правительство Игоря Матовича". ТАСС. 2020-03-21. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
  3. "Veronika Remišová" (slovak). SME. 2020-03-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
  4. 1 2 3 "Deputy Prime Minister" (ingilis). Office of the Deputy Prime Minister of the Slovak Republic for Investments and Informatization. 2020. 2020-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
  5. "Ms Veronika Remišová" (ingilis). PACE. 2020. 2020-03-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.
  6. Martin Sliz, Tomáš Kyseľ, Martin Odkladal. "Kto sú ministri Matovičovej vlády (profily)" (slovak). Aktuality.sk. 2020-03-18. 2020-03-19 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-29.