Vernon Smit

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Vernon Smit
ing. Vernon Lomax Smith
Doğum tarixi 1 yanvar 1927(1927-01-01)[1][2][…] (97 yaş)
Doğum yeri
Milliyyəti ABŞ ABŞ
Elm sahəsi Davranış iqtisadiyyatı
Elmi dərəcəsi
İş yerləri Purdue Universiteti, Braun Universiteti, Massaçusets Amherst Universiteti, Arizona Universiteti, Corc Mason Universiteti, Çepman Universiteti
Təhsili
Elmi rəhbəri Vasili Leontyev
Tanınır Təcrübi iqtisadiyyat, Kombinatorial tender
Üzvlüyü
Mükafatları Nobel mükafatı 2002 İqtisadiyyat üzrə Nobel mükafatı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Vernon Smit (ing. Vernon Lomax Smith; 1 yanvar 1927[1][2][…], Viçita[d], Kanzas) — amerikalı iqtisadçı. 2002-ci ildə Deniel Kanemanla birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür.

Vernon Smit ABŞ-nin Kanzas ştatının Viçita şəhərində anadan olmuşdur. O, Şimali Viçita Yüksək məktəbini və Frends Universitetini bitirmişdir. Vernon Smit 1949-cu ildə Kaliforniya Texnologiya İnstitutunun elektrik mühəndisliyi ixtisasından məzun olmuşdur. O, 1952-ci ildə Kanzas Universitetində iqtisadiyyat üzrə magistr, 1955-ci ildə isə Harvard Universitetində iqtisadiyyat üzrə doktorluq dərəcəsinə yüksəlmişdir. Harvard Universitetində təhsil alarkən paralel olaraq Massaçusets Texnologiya İnstitutunun dərslərində də iştirak etmişdi.[5]

Vernon Smit 1955–1967-ci illərdə Purdue Universitetində işləmiş və ilk tədqiqatı olan təcrübi iqtisadiyyatla burada məşğul olmuşdur.

1961–1962-ci illərdə Stanford Universitetində dosent olaraq işləmiş və təcrübi iqtisadiyyatla bağlı birgə tədqiqatlar aparacağı Sidney Sigellə burada tanış olmuşdur. Daha sonra Braun Universiteti (1967–1968), Massaçusets Amherst Universiteti (1968–1972), Davranış Elmləri Yüksək Tədqiqatlar Mərkəzi (ing. Center for Advanced Study in the Behavioral Sciences) (1972–1973) və Kaliforniya Texnologiya İnstitutunda (1973–1975) işləmişdi. İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülməsinə səbəb olan tədqiqatlarını isə 1976–2002-ci illərdə işlədiyi Arizona Universitetində həyata keçirmişdi. Vernon Smit 2002-ci ildən Corc Mason Universitetində işləməyə başladı.

Vernon Smit 2005-ci ilin fevral ayında Asperger sindromundan əziyyət çəkdiyini demişdi.[6]

  • Rassenti, Stephen J.; Smith, Vernon L.; Bulfin, Robert L. (1982). "A Combinatorial Auction Mechanism for Airport Time Slot Allocation". Bell Journal of Economics 13: 402–417.
  • Smith, Vernon L. (1976). "Experimental Economics: Induced Value Theory". American Economic Review 66 (2): 274–279.
  • Smith, Vernon L. (1982). "Microeconomic Systems as an Experimental Science". American Economic Review 72 (5): 923–955.
  • Williams, Arlington W.; Ledyard, John O.; Gjerstad, Steven; Smith, Vernon L. (2000). "Concurrent trading in two experimental markets with demand interdependence". Economic Theory 16 (3): 511–528.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]
  1. 1 2 Vernon L. Smith // Encyclopædia Britannica (ing.).
  2. 1 2 Vernon L. Smith // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 Deutsche Nationalbibliothek Record #121963284 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 https://www.econometricsociety.org/society/organization-and-governance/fellows/current.
  5. "Arxivlənmiş surət". 2018-05-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-10.
  6. Sue Herera. Mildest autism has "selective advantages". MSNBC, 25 fevral 2005