56°11′40″ şm. e. 22°42′00″ ş. u.HGYO

Venta

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
şəhər
Venta
lit. Venta
Bayraq Gerb
Bayraq Gerb
56°11′40″ şm. e. 22°42′00″ ş. u.HGYO
Ölkə  Litva
Tarixi və coğrafiyası
Əsası qoyulub 1966
Sahəsi
  • 3,45 km²
Mərkəzin hündürlüyü 84 m
Saat qurşağı UTC 2
Əhalisi
Əhalisi 2 867 nəfər (2010)
Rəqəmsal identifikatorlar
Poçt indeksi LT-85019
Xəritəni göstər/gizlə
Venta xəritədə
Venta
Venta
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Venta (lit. Venta) — Litavanın Akmyansk rayonunun Şyaulyay uezdinin şəhəri. Vyanta eyni adlı starostvalığın inzibati mərkəzidir. Əhalisi 2 867 nəfərdir. (2010).

Venta çayının sağ sahilində yerləşir. Vekşnyai şəhərindən 12 km, Papile şəhərindən isə 9 km aralı yerləşir. Şəhər daxilindən Kurşenay — Maıeykyay şosi keçir. Maıeykyay — Şyaulyay dəmir yol xəttinə yaxındır.

Şəhər 1996-cı ildə Bauskas və Purviay adlı yaşayış məntəqələrinin birləşməsi nəticəsində yaranıb. 1972-ci ildə şəhərdə qimnaziya fəaliyyətə başlamışdır. 1978-ci ildə Vyanta şəhər tipli qəsəbə statusunu aldı. 1995-ci ildə şəhər statusunu almış və elə bu il eyni adlı starostvanın mərkəzi olmuş.

Şəhər əhalisinin artım dinamikası
İl 1979 1989 2001 2010
Əhali 3 240 3 827 3 412 2 867

Təsərrüfatı

[redaktə | mənbəni redaktə et]

Şəhər ətrafı zəngin əhəng daşı ehtiyatları ilə zəngindir. Bu ehtiyat bazasında əhəng, kərpic, şifer istehsal edən müəssələr fəaliyyət göstərir.

Görməli yerləri

[redaktə | mənbəni redaktə et]
Şəhər mağazası
Müasir kilsə
  • 2009-cu ildə inşa olunmuş kilsə.

Musiqi məktəbi daxilində qurulmuş "Ventukai" ansambılı 2004-cü ildə ümumlitva mahnı festivalında qalib olmuşdur.

Tanınmış şəxsləri

[redaktə | mənbəni redaktə et]

Yuzas Miltinis (1907–1994) — sovet aktyoru, teatr rejissoru, Litva SSR-nin əməkdar artisti (1948), Litva SSR-nin xalq artisti (1965), SSRİ xalq artisti (1973), Lenin ordeni laureatı.

Şəhərin gerbi

[redaktə | mənbəni redaktə et]

9 avqust 1999-cu ildə şəhərin rəsmi gerbi qəbul edilib. Rəsmin müəllifi- Raymondas Mikneviçyusdur. Gerb üzərində olan ağ zolaq formaca "V" formasında olub şəhərin adını ifadə edir[1].

Şəhər öz adını şəhəri kəsib keçən Venta çayından götürüb.

  1. "Геральдикум.ru". 2016-03-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-05-10.