Vantablək
Vantablək — (vanta (ing. vertically aligned nanotube arrays)[1] "şaquli istiqamətli nanoboru massivləri" black "qara") karbon nanoborundan hazırlanan maddədir[2]. Bilinən ən qara maddələrdən biridir[1][3]. Üzərinə düşən rdiasiyanın 99,965%-ni: görünən işıq, mikrodalğa və radiodalğaları udur (müqayisə üçün: ən qara kömür işığın 96%-ni udur)[4] . Alüminium folqa üzərində "böyüyən" şaquli düzülmüş nanoborulardan ibarətdir[5]; Vantablack üzərinə düşən fotonlar bu nanoborucuqlar arasında itir və demək olar geri əks olunmadan istiyə çevrilir[2]. Bu maddə ilk dəfə 2014-cü ilin iyulunda Böyük Britaniya Milli Fizika Laboratoriyası və Surrey NanoSystems alimləri tərəfindən Farnboro aviasiya sərgisində təqdim edilmişdir[6].
Yardılmış maddə bir çox potensial tətbiqlərə malikdir: məsələn, teleskoplarda[1] işığın səpilməsinin qarşısını almaq, Yerdə və kosmosda fəaliyyət göstərən infraqırmızı kameraları təkmilləşdirmək[7], istilik mühafizə sistemlərində və müxtəlif mikroelektromexaniki cihazların miniatür birləşmələri və elementləri üçün örtük kimi istifadə edilə bilər[8]. Bu obyekt tərəfindən radiasiyanın udulması insanları və kosmik gəmiləri güclü radiasiyadan qoruyan yüngül və davamlı örtüklər yaratmaq imkanını açır. Günəş enerjisinin cəmləşdirilməsi texnologiyalarında istifadə olunan materiallarda istilik udulmasını artırmaq üçün də istifadə etmək mümkündür, hərbi sahədə isə Vantablək, məsələn, təyyarələr üçün "temperatur kamuflyajı" yaratmaq üçün istifadə edilə bilər[4]. Beləliklə, Vantabləki yaradan alimlərə, materiallarının potensial hərbi istifadəsi haqqında jurnalistlərə danışması qadağandır və onlar da "çox bahadır" ifadəsi ilə məhdudlaşaraq, bunun qiymətini açıqlamaqdan imtina edirlər[9].
İnsan gözünün Vantabləkə reaksiyası maraqlıdır: əks olunan işığın demək olar tamamən olmaması səbəbindən insan bunu hansısa çox qara obyekt kimi deyil, bir heçlik kimi, uçuruma, qara dəliyə[5] düşmə, iki ölçülü[10] qaralıq[2] kimi qəbul edir. Tanınmış heykəltaraş Aniş Kapur Vantabləkə maraq göstərdiyini, bu maddənin məsələn, dibsiz kosmosu təsvir etmək üçün boya kimi çox təsirli olacağını bildirib[11].
2014-cü ildə aerokosmik və müdafiə sənayesi müştəriləri artıq ilkin Vantablək sifarişlərini almışdılar[6].
Həmçinin bax
[redaktə | mənbəni redaktə et]İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ 1 2 3 Себастиан Энтони. It’s like staring «into a black hole»: World’s darkest material will be used to make very stealthy aircraft, better telescopes Arxivləşdirilib 2015-04-16 at the Wayback Machine (ing.) на сайте extremetech.com, 14 июля 2014
- ↑ 1 2 3 Vantablack, the world’s darkest material, is unveiled by UK firm Arxivləşdirilib 2016-07-01 at the Wayback Machine (ing.) на сайте scmp.com, 15 июля 2014
- ↑ В 2019 году Массачусетский технологический институт сообщил Arxivləşdirilib 2020-08-04 at the Wayback Machine о создании вещества, отражающего почти вдесятеро меньше света, чем Vantablack — а именно, поглощающего 99,995 % падающего на него света.
- ↑ 1 2 Vantablack: U.K. Firm Shows Off «World’s Darkest Material» Arxivləşdirilib 2015-12-09 at the Wayback Machine (ing.) на сайте nbcnews.com
- ↑ 1 2 Айан Джонстон. Blackest is the new black: Scientists develop a material so dark that you can’t see it… Arxivləşdirilib 2017-09-20 at the Wayback Machine (ing.) на сайте independent.co.uk, 13 июля 2014
- ↑ 1 2 British breakthrough in worlds darkest material launched at Farnborough International Arxivləşdirilib 2014-12-27 at the Wayback Machine (ing.) на сайте surreynanosystems.com
- ↑ Жаклин Говард. This May Be The World’s Darkest Material Yet Arxivləşdirilib 2016-03-07 at the Wayback Machine (ing.) на сайте huffingtonpost.com,14 июля 2014
- ↑ Vantablack — самый чёрный материал в мире на сегодняшний день Arxivləşdirilib 2015-11-22 at the Wayback Machine (rus.) на сайте dailytechinfo.org, 15 июля 2014
- ↑ Сергей Грэй. Разработан настолько чёрный материал, что человек не способен его увидеть Arxivləşdirilib 2015-11-20 at the Wayback Machine (rus.) на сайте hi-news.ru, 14 июля 2014
- ↑ Теро Куиттинен. Scientists have developed a black so deep it makes 3D objects look flat Arxivləşdirilib 2016-03-03 at the Wayback Machine (ing.) на сайте ca.news.yahoo.com, 14 июля 2014
- ↑ How black can black be? Arxivləşdirilib 2015-10-26 at the Wayback Machine (ing.) на сайте bbc.com, 23 сентября 2014