Vanda Yuknayte
Vanda Yuknayte | |
---|---|
Doğum tarixi | 28 noyabr 1949 (75 yaş) |
Vətəndaşlığı | SSRİ → Litva |
Təhsili | |
Fəaliyyəti | nəsr yazıçısı, dramaturq |
Fəaliyyət illəri | 1983 — h/h |
Əsərlərinin dili | Litva dili |
Vanda Yuknayte (lit. Vanda Juknaitė; 28 noyabr 1949) — Litva yazıçısı (nəsr yazıçısı, dramaturq).
Həyatı
[redaktə | vikimətni redaktə et]Vanda Yuknayte 1949-cu ildə Rokişkis rayonunun Papilyay kəndində anadan olub. Vilnüs Universitetində Litva filologiyası üzrə təhsil almışdır, sonra Klaypeda Konservatoriyasında, 1975-ci ildən isə Pedaqoji Elmlər Universitetində müəllimə idi. Sosial pedaqogika ilə də məşğul olurdu, kimsəsiz və əlil uşaqlar ilə işləyirdi.[2]
Yaradıcılığı
[redaktə | vikimətni redaktə et]Adı "Kürən tülkü" (lit. Ugniaspalvė lapė) olan Yuknaytenin ilk kitabı 1983-cü ildə çap edildi. Onun ən əlamətdar əsərlərindən biri ilk dəfə 2002-ci ildə nəşr olunan "Mən təslim oluram. Səs: esselər, söhbətlər" (lit. Išsiduosi. Balsu: esė, pokalbiai), əsər 2007-ci ildə ingilis dilinə tərcümə edilmiş və "My Voice Betrays Me" (ingilis dilindən "Səsim mənə xəyanət edir") adı ilə nəşr edilmişdir. Memuarlar Litvanın kommunizmdən demokratiyaya keçməsinin sevinclərini və çətinliklərini göstərir. Yuknaytenin daha bir məşhur əsəri, Litva kişilərinin Sibirə sürgün edilməsi və Litvada qalan qadınların həyatı haqda bəhs edən "Šermenys" (1990) romanıdır.[3]
2008-ci ildə Yuknayte incəsənət nailiyyətlərinə görə Litva Milli Mükafatına layiq görülmüşdür.[3]
Əsərlərinin siyahısı
[redaktə | vikimətni redaktə et]Orijinal dildə adı | Azərbaycan dilinə tərcümə olunmuş adı | Janr | İl | Tərcümələr |
---|---|---|---|---|
lit. Ugniaspalvė lapė | Kürən tülkü | hekayə toplusu | 1983 | |
lit. Šermenys | Ehsan | roman | 1990 | |
lit. Stiklo šalis | Şüşə ölkəsi | povest | 1995 | |
lit. Šermenys | Ehsan | drama | 2000 | |
lit. Išsiduosi. Balsu: esė, pokalbiai | Mən təslim oluram. Səs: esselər, söhbətlər | memuarlar | 2002 | ing. My Voice Betrays Me, 2007 |
lit. Saulėlydžio senis: Romualdo Granausko | Qürubdə qoca adam: Romualdas Qranauskas | yaradıcı interpretasiyalar (Yelena Niuole Bukeliyene ilə müştərək müəlliflik) | 2004 | |
lit. Tariamas iš tamsos | Sanki qaranlıqdan | uşaqlar ilə müsahibə | 2007 | |
lit. Ponios Alisos gimtadienis | Xanım Alisanin ad günü | drama | 2010 |
Ekranlaşdırılma
[redaktə | vikimətni redaktə et]2004-cü ildə "Şüşə ölkəsi" romanı əsasında eyni adlı film çəkildi, filmin rejissor Yaanina Lapinskayte olmuşdur.[3]
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ 1 2 https://www.rasyk.lt/rasytojai/vanda-juknaite.html.
- ↑ "Vanda Juknaitė". Rašyk (litva). 2020-01-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
- ↑ 1 2 3 Caroline Paliulis. "Vanda Juknaite : un regard de sagesse sur une société en mutation". Regard sur l'Est (fransız). 15.01.2010. 2020-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-15.
- 28 noyabrda doğulanlar
- 1949-cu ildə doğulanlar
- Yaşayan insanlar
- Vilnüs Universitetinin məzunları
- Əlifba sırasına görə yazıçı və şairlər
- SSRİ yazıçıları
- Litva yazıçıları
- XX əsr yazıçıları
- XXI əsr yazıçıları
- Litva dramaturqları
- XX əsr dramaturqları
- XXI əsr dramaturqları
- Litva dilində yazan yazıçılar
- Litva Milli İncəsənət və Mədəniyyət Mükafatı laureatları