Valerian Bakradze

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Valerian Bakradze
gürc. ვალერიან ბაქრაძე
Şəxsi məlumatlar
Doğum tarixi 18 sentyabr 1901(1901-09-18)
Vəfat tarixi 3 aprel 1971(1971-04-03) (69 yaşında)
Vəfat yeri
Partiya
Fəaliyyəti siyasətçi

Təltifləri "Lenin" ordeni "Lenin" ordeni "Lenin" ordeni "Qırmızı bayraq" ordeni 1-ci dərəcəli "Vətən müharibəsi" ordeni

Valerian Minaeviç Bakradze (gürc. ვალერიან ბაქრაძე; 1901–1971) — sovet və gürcü dövlət xadimi.

1901-ci ildə Seva kəndində anadan olub. 1921-ci ildən ÜİK(b)P üzvüdür.

1919-cu ildən 1923-cü ilədək Qızıl Ordu sıralarında xidmət etmişdir. 1934-cü ilə qədər Gürcüstan KP MK-nın (b) qəza, dairə, rayon komitələrinin katibi və Tiflis şəhər şurasının icraiyyə komitəsinin sədri.vəzifələrində çalışmışdır.

1937-ci ilin iyulundan 1946-cı ilin dekabr ayına qədər Gürcüstan SSR Xalq Komissarları Sovetinin (1946-cı ilin aprelin 9-dan Nazirlər Şurasının) sədri vəzifəsini tutmuşdur.

1939–1954-cü illərdə Sovet İttifaqı Kommunist Partiyası Üik P (b) MK üzvlüyünə namizəd idi. 1946-cı ilin dekabrından 1954-cü ilin aprel ayına qədər Gürcüstanın Nazirlər Şurasının sədrinin müavini idi, həmçinin 1947-ci ildə qida sənayesi naziri olmuşdur.

1953-cü ilin aprel ayından sentyabr ayınadək ikinci dəfə Nazirlər Şurasının sədri postunu tutmuşdur, eyni zamanda yüngül və yeyinti sənayesi naziri idi.

1971-ci ildə vəfat etmişdir.