42°27′12″ şm. e. 19°53′28″ ş. u.HGYO

Valbonlar Vadisi Milli Parkı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Valbonlar vadisi Milli Parkı
alb. Parku Kombëtar "Lugina e Valbonës"
Milli parkdan bir mənzərə
Milli parkdan bir mənzərə
BTMB kateqoriyası — II (Milli park)
Sahəsi 80 km2 ha
Mütləq hündürlüyü 400-2692 m
Yaradılma tarixi 1996
Yerləşməsi
42°27′12″ şm. e. 19°53′28″ ş. u.HGYO
Ölkə  Albaniya
Valbonlar vadisi Milli Parkı xəritədə
Valbonlar vadisi Milli Parkı
Valbonlar vadisi Milli Parkı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Valbonlar vadisi milli parkı (alb. Parku Kombëtar "Lugina e Valbonës") — qoruq ərazisi Albaniyanın şimalında, Tropoya dairəsi, Kukes vilayəti ərazisində yerləşir. Bayram-Surri şəhərindən 25–30 km şimal-qərbdə yerləşir.

Albaniya ərazisində yerləşın üç milli oarkdan biridir. Milli park 15 mart 1996-cı Nazirlər Sovetinin № 102 qərarı ilə yaradılmışdır[1]. Parkın ümumi sahəsi 80 km²-dir. Park Şimali-Alban Alpında yerləşən vadinin yuxarı hissəsində, Valbon çayının ətrafı əraxilərini əhatə edir. Park şimaldan Monteneqro şərhədinə, qərbdən Teti Milli Parkına, şərqdən isə Lumi i Gashit qoruna uzanır. Parkda hündürlük 400 - 2692 metr arasında dəyişir. Park ərazisində çoxlu sayda mağara vardır. Bunlardan ən məşhuru Draqobidir. Bu mağarada alban milli qəhrəmanı Bayram Surri həyatını bitirmişdir[2].

Albaniya, MonteneqroKosovo birlikdə üçtərəfli parkın təşkili üçün razılığa gəmişlər. Park əgər təşkil olunarsa «Balkan dünyası parkı>> adlandırılacaq.

Sərt qışa malikdir. Bölgə ölkənin ən soyuq bölgəsidir. Səbəb isə ərazinin yüksək olmasıdır. İllik orta temperatur 7-10 °C və hündürlüklərdə isə 4-6 °C-dir. Ən soyuq dövrlər dekabr fevral ayları olur. Bəzi hallarda temperatur -20 °C , -10 °C qədər enə bilir. Qarlı günlər dekabrdan marta qədər davam edə bilir. Yayın ən qızmar dövrü iyul və avqust aylarıdır. Temperatur 22 °C qədər yüksəlir. İllik yağıntıların orta miqdarı 2000–2500 mm-dir.

Ən böyük çayı Valbon çayıdır. Milli park ərazisində yerləşən ən böyük gölün sahəsi 500 m² sahəyə malikdir. Dəniz səviyyəsindən 770 metr yüksəklikdə yerləşir. Göldə maksimal dərinlik qış ayları 3 metr olur.

Park ərazisində yetişən ağac və kollar: Meşə fıstığı (Fagus sylvatica), Pinus heldreichii, Pinus peuce, Meşə şamı (Pinus silvestris), Əkin şabalıdı (Castanea sativa), Yunan qozu (Juglans regia), Malus sylvestris və başqaları[3].

Park ərazisində yaşayan iri məməlilərdən Qonur ayı (Ursus arctos), Canavar (Canis lupus), Adi vaşaq (Felis lynx), Avropa cüyürü (Capreolus capreolus), Qarapaça (Rupicapra rupicapra) və Qaban (Sus scrofa)[3][4][5] kimilərini müşahidə etmək olur.

  1. "RRJETI I ZONAVE TË MBROJTURA NË SHQIPËRI" (PDF). 2017-09-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-05-08.
  2. Collectif,Dominique Auzias,Jean-Paul. Albanie 2014 Petit Futé. — 2014. — С. 14.
  3. 1 2 "Guidë trustike (udhë-rrëfyese)Lugina e Valbonës", authors: Beqir Bala, Briken Osmani, p. 6-13
  4. "Parku kombëtar i Valbones dhe prespektiva e zhvillimit te turizmit", WWF (World Wildlife Fund), Admir Seci, Abdulla Diku
  5. "Zonat e mbrojtura të Shqipërisë", Nihat Dragoti, Zamir Dedej dhe Pëllumb Abeshi, 2007; ch. 6, pg. 204.