V1400 Centauri
1SWASP J140747.93−394542.6 (1SWASP J140747, J1407 və ya Mamajek's Object) Yerdən 434 işıq ili məsafədə Sentavr bürcündə yerləşən Günəşə bənzər ulduzdur. Nisbətən cavan ulduz hesab olunur. Yaşının 16 milyon il, kütləsinin Günəşin kütləsinin 90%-i olduğu təxmin edilir. Görünən ulduz ölçüsü 12.3 olduğu üçün yalnız teleskopla görmək mümkündür. Ulduzun adı SuperWASP (Wide Angle Search for Planets - Planetlərin Geniş Bucaq Axtarışı) proqramından və ulduzun koordinatlarından gəlir. Ulduz planetin ətrafında dövr etdiyinə görə dəyişkəndir və dəyişkən ulduz təyinatı olan V1400 Centauri adı verilmişdir.
Ulduz çox böyük halqaları ilə məşhurdur. Halqa sistemi 178.965 milyon kilometr olub Saturnun 243.897 kilometr olan halqa sistemindən daha böyükdür. Ulduzun böyük qaz nəhəngi və ya halqa sisteminə malik olan qəhvəyi cırtdan olduğu düşünülür.
Planet 2012-ci ildə Nyu-Yorkda yerləşən Roçester Universitetində astronom Erik Mamayek tərəfindən kəşf edilmişdir.
İstinadlar
[redaktə | mənbəni redaktə et] Astronomiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |