Vəfa Sultan
Naviqasiyaya keç
Axtarışa keç
Vəfa Sultan | |
---|---|
ərəb. وفاء سلطان | |
Doğum tarixi | 14 iyul 1959 (65 yaş) |
Doğum yeri |
|
Təhsili | |
Fəaliyyəti | psixiatr, esseist |
annaqed.com/en/default.a… | |
Vikianbarda əlaqəli mediafayllar |
Vəfa Sultan (ərəb. وفاء سلطان), qızlıqda Vəfa Əhməd (14 iyul 1959, Baniyas[d]) — sekulyar aktivist, psixoloq və islam tənqidçisi.
Həyatı
[redaktə | mənbəni redaktə et]Sultan sünni müsəlman ailəsində anadan olub və Hələb Universitetinin psixologiya fakültəsini bitirib. "Müsəlman qardaşlığı" terrorçu qrupuna aid olan şəxslər Suriyada zülm törədən zaman (1979-cu ildə Vəfa Sultanın universitet professorunun onun gözü qabağında güllələnib qətlə yetirilməsi həmin zülmün bir nümunəsidir) Vəfa Sultan dindarlığı tərk etmiş, 11 sentyabr hadisələrindən sonra islam qanunlarını qəzetlərdə və televiziyada açıq şəkildə tənqid etməyə başlamışdır. 1989-cu ildə Vəfa Sultan və həyat yoldaşı David Amerika Birləşmiş Ştatlarına köçdülər. Hazırda Sultan Los-Ancelesdə yaşayır.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Vəfa Sultanın əlcəzairli professor Əhməd bin Məhəmməd ilə mükaliməsi. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 26 iyul 2005.
- Vəfa Sultanın Əl-Cəzirə telekanalında çıxışı. Youtube.com (ərəb dil., ingilis subt.). Əl-Cəzirə telekanalı. 21 fevral 2006.
Şəxs və ya bioqrafiya haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |