Vırtsyavr gölü
Vırtsyavr gölü | |
---|---|
est. Võrtsjärv | |
| |
Ümumi məlumatlar | |
Mütləq hündürlüyü | 33 m |
Eni | 14,8 km |
Uzunluğu | 34,8 km |
Sahil uzunluğu | 130,5 km |
Sahəsi | 269,19 km² |
Həcmi | 0,75 km³ |
Su tutumu | 3380 km² |
Dərin yeri | 6 m |
Orta dərinliyi | 2,8 m |
Tökülən çaylar | Vyaqi-Emayıqi, Tyanassilma, Leye |
Axan çay | Emayıqi |
Minerallaşma tipi | şirinsulu |
Yerləşməsi | |
58°16′00″ şm. e. 26°02′00″ ş. u.HGYO | |
Ölkə | Estoniya |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Vırtsyavr gölü (est. Võrtsjärv) — Estoniyanın cənubundakı Tartu, Vilyandimaa və Valqamaa qəzalarının sərhəddində yerləşən şirin su gölü. Sahəsi təqribən 269.19 km²-dir. Estoniyanın Çud-Pskov gölündən sonrakı ən böyük ikinci gölüdür və Estoniyanın ən böyük daxili gölüdür.
Coğrafiyası
[redaktə | mənbəni redaktə et]Gölün nisbətən aşağı sahilləri cənubda bataqlıq, şimalda isə qumluqlardan ibarətdir[1]. Şərq sahilində, Tamme kəndi yaxınlığında sahil aşınması vardır. Buradakı qayalar Şotlandiyada tapılan oxşarları ilə müqayisə edilən Devon balığının qalıqları vardır[2].
Gölün cənub hissəsində bir neçə kiçik ada vardır. Bunlardan yalnız Tondisaar və Pyahksaar qalıcı adalardır. Ainsaar suyun azaldığı zamanlar yarımadaya çevrilir. Heinassaar su qalxdıqda yüksək su altında qalır. Bu göllərdə suyun səviyyəsinin dəyişməsi ilə əlaqədar, orta illik fərq 1,4 m-dir. Noyabr-aprel ayları arasında göl buz təbəqəsi ilə örtülü olur[3].
Estoniyanın ən böyük qoruğu olan Alam Pedya Təbiət Qoruğu gölün şimal-şərqində yerləşir.
Dəniz səviyyəsindən yüksəklik - 33 m-dir. Orta dərinlik 2.8 m, ən dərin yeri isə 6 m təşkil edir.
Vyake-Emayıqi, Tarvastu, Tyanassilma, Ihne, Leye, Aduli və digər çaylar gölə tökülür. Vırtsyavr gölündən Çud-pskov gölünə tökülən iri Emayıqi çayı başlayır. Göl adi ilanbalığı və digər ləzzətli balıq növləri üçün çoxalma yeridir. Göldən ildə 250 tona qədər balıq tutulur.
Gölün sahilində limnoloji stansiya vardır.
Tarixi
[redaktə | mənbəni redaktə et]Göl hövzəsi son buz dövrünə qədər mövcud olmuşdur. Sonra gölün divarını qismən aşındıran və hövzəni qismən çöküntülərlə dolduran hərəkət edən buz təbəqələri ilə sahəsi dəyişdirilmişdir. Mövcud formada göl Orta Holosendən bəri mövcuddur[4].
Göl haqqında ilk olaraq Heinrixin Livoniya salnaməsində xatırdılır, burada Vorçeqerve adlandırılır[5]. 1818-ci ildə gölün buzlü səthində Vasili Struve, Livland əyalətinin dəqiq xəritəsini tərtib etmək üçün astronomik-triqonometrik işinə başlayır. Bu da Struve Geodeziya Qövsünün təşkilində ilk addım olur[6][7].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "Lake Võrtsjärv". Võrtsjärv. Avasta Võrtsjärv MTÜ. 23 June 2012 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 21 March 2020.
- ↑ Newman, Michael J.; Mark-Kurik, Elga; Den Blaauwen, Jan L.; Zupiņš, Ivars. "Scottish Middle Devonian fishes in Estonia". Scottish Journal of Geology. Geological Society of Glasgow & Edinburgh Geological Society. 51 (2). November 2015: 141–147. doi:10.1144/sjg2014-006. 2022-05-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-04-30.
- ↑ "Lake Võrtsjärv". Võrtsjärv Fisheries Development Agency. Lake Võrtsjärv Fisheries Development Agency. 15 March 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 22 March 2020.
- ↑ "Lake Vortsjarv". World Lake Database. International Lake Environment Committee Foundation. 20 March 2020 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 20 March 2020.
- ↑ de Lettis, Henricus; Gruber, Johann Daniel. Der Liefländischen Chronik Erster Theil [First part of the Livonian Chronicle] (alman). Arndt, Johann Gottfried tərəfindən tərcümə olunub. Halle: Gebauer. 1747. səh. 95. 30 April 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 March 2020.
[...] gelangten endlich an die See Worcegerwe, wo sie übers Eis zogen und mit Freuden nach Liefland kehrten.
- ↑ Jahresverhandlungen der Kurländischen Gesellschaft für Literatur und Kunst Arxivləşdirilib 2020-08-09 at the Wayback Machine. — Mitau, 1819. — Bd. 1. — S. 94-96.
- ↑ How F.G.W. Struve started his ambitious project? Arxivləşdirilib 2020-07-14 at the Wayback Machine: Страница виртуального музея Тартуской обсерватории