Uzlar

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uzlar və ya Quzlar
Yaşadığı ərazilər
Şərqi Avropa, Xəzər sahili, Volqa boyu və s.
Dili

Türk dili

Daxildir
Türk xalqları qrupu
Mənşəyi
Türk
Qohum xalqlar

Oğuzlar, peçeneqlər, qıpçaqlar

Uzlar və ya Quzlar — İlk dəfə Konstantin Boqryanorodnının əsərində Şərqi Avropada, Xəzər sahillərində, Volqa boyunda yaşayan qədim türk tayfaları.[1]

Adının mənşəyi

[redaktə | vikimətni redaktə et]

Bəzi tədqiqatçılara görə uz etnonimi əslində oğuz etnoniminin yunanca yazılış formasıdır. XI–XII əsrlərə aid rus salnamələrində uzlar tork (rus dilində "ü" səsi olmadığına görə o, "o" səsi ilə verilmişdir) şərq mənbələrində isə quz adlanırlar.

Mənbələrdən aydın olur ki, uzlar Volqa boyunda dövlət qurumuna malik idilər. Lakin qurumun qurucuları barədə məlumat yoxdur.[2]

XI əsrdə şimaldan ruslarla birlikdə şərqdən uzlar Volqa boyunda yaşayan peçeneqləri qərbə tərəf sıxışdırmağa başladılar. Nəticədə Bizans ərazisinə gələn peçeneqlərin bir hissəsi Turak adlı elbəyin rəhbərliyi ilə Bizansla müharibələr aparsalar da sonradan Bizans dövlətinə tabe olaraq indiki Bolqarıstan və Makedoniya və Kiçik Asiya : Mərmərə, Qərbi Qara dəniz, Orta Qara dəniz, İç Anadolu, Trakya ərazilərinə yerləşdirildilər.[3][4][5][6][7][8][9][10][11][12][13][14][15][16][17]

Uzların ruslarla ilk münasibətləri 1036-cı ildə peçeneqləri məğlub etdikdən sonra başlasa da, bəzi rus mənbələrinə görə bu ittifaqın kökü hələ 985-ci ilə söykənir. Rus knyazı Vladimir 985-ci ildə İdil Bulqarları üzərinə yürüş edərkən onun dəstəsində uz əsgərləri də varidi.[1]

Uzun müddət Qıpçaq tayfaları tərəfindən təqiblərə məruz qalan uzlar Dunay boyu hərəkət edirdilər. 1064–1065-ci illərdə onlar Dunay çayını keçdikdən sonra bir çox qola bölünərək Balkanlarda geniş istila hərəkatına başladılar. İlk əvvəl Trakya, MakedoniyaSelanik bölgələrini ələ keçirən uzlar uzun müddət bu əraziləri yağmaladılar. 1068-ci ildə Macarıstanda məğlub olduqdan sonra geri dönərək Kiyev knyazlığının cənub ərazilərini işğal etdilər. Lakin uzun çəkən qış, yoluxucu xəstəliklər onsuz da dağınıq halda olan Uz tayfalarını qüvvətdən saldı və nəticə də peçeneq və yerli əhalinin hücumlarına tab gətirə bilməyən uzlar xeyli zəiflədilər. İqtidardan düşərək əhəmiyyətini itirən uzlar Bizans tərəfindən Kiçik Asiya və Balkanların müxtəlif hissələrinə yerləşdirildi. Daha sonra mənbələrdə onlara Malazgird döyüşündə Səlcuqlu qoşunlarının tərkibində rast gəlirik.[2]

Mənbələrdə Qara Qalpaq adı ilə tanınan türk tayfaları əslində kiçik peçeneq və uz qruplarından ibarət idi. Rus knyazları onları ucqar əyalətlərə köçürərək sərhədlərin müdafiəsini onlara tapşırmışdı. Beləliklə köçəri həyatdan oturaq həyata keçən uzlar zaman keçdikcə ruslara qarışaraq assimilə olundular.

  1. 1 2 Ahmet Taşagil. "UZLAR" (PDF). ahmettasagil.files.wordpress.com. 2022-03-22 tarixində arxivləşdirilib (PDF).
  2. 1 2 Əsməd Muxtarova Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Türk xalqlarının tarixi (qədim dövrlərdən günümüzə qədər). Bakı: Adiloğlu. 2012.
  3. "Bizans Ordusunda Ücretli Türk Askerler (XI.-XII. Yüzyıllar)", Selçuk Üniversitesi Türkiyat Araştırmaları Dergisi, S. 25, 2009, s. 53–69.
  4. "Batı Anadolu’daki Türk Yayılışına Karşı Bizans İmparatorluğu’nun Kuman-Alan Topluluklarını Balkanlardan Anadolu’ya Nakletmesi"
  5. "IV. Haçlı Seferi’nin Ardından Batı Anadolu’da Mücadele Eden İki Rakip: İstanbul Latin Krallığı ve İznik İmparatorluğu", Cihannüma Tarih ve Coğrafya Araştırmaları Dergisi, S.1., Temmuz, 2015, s. 9–25.
  6. The Late Byzantine Army Arms and Society 1204–1453, University of Pennsylvania Press, Philedelphia, 1992
  7. BASKICI, M. Murat, Bizans Döneminde Anadolu İktisadi ve Sosyal Yapı (900–1261), 2. Baskı, Phoneix Yayınevi, Ankara, 2009.
  8. BELDİCEANU-STEİNHERR, Irene, "Bitinya’da Gayrimüslim Nüfus (14. Yüzyılın ikinci yarısı- 15. Yüzyılın ilk yarısı)", Osmanlı Beyliği 1300–1389, ed. Elizabeth A. Zacharıadou, çev. Gül Çağalı Güven, İsmail Yergun, Tülin Altınova, 2. Baskı, Tarih Vakfı Yurt Yayınları, İstanbul, 1997, s. 8–22.
  9. GOLUBOVSKİY, P. V., Peçenegi, Torki i Polovtsı Rus i Step Do Naşestviya Tatar, Veçe, Moskva, 2011.
  10. Bizans’ın Son Yüzyılları 1261–1453, çev. Bilge Umar, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul, 2016.
  11. ÖZTÜRK, Meriç T., The Provıncıal Arıstocracy In Byzantine Asia Minor (1081–1261), Boğaziçi Üniversitesi, Yayınlanmamış Yüksek Lisans Tezi, İstanbul, 2013.
  12. VASARY, Istvan, Kumanlar ve Tatarlar Osmanlı Öncesi Balkanlar’da Doğulu Askerler (1185–1365), 2. Baskı, çev. Ali Cevat Akkoyunlu, Yapı Kredi Yayınları, İstanbul, 2015
  13. WOLF, Robert Lee, "The Latın Empire Of Constantinople 1204–1261", A History Of The Crusaders, Volume II Later Crusades (1189–1311), General ed. Kenneth M. Setton, ed. By. Robert Lee Wolf and Harry W. Hazard, The Unıversıty Of Wısconsın Press, Madıson, Milwaukee and London, 1969, s. 187–233.
  14. "A Broken Miror: The Kıpçak World In The Thırteenth Century", The Other Europe ın the Middle Ages, Avars, Bulgars, Khazars and Cumans, ed. By. Florin Curta, Roman Kovalev, Brill, Leiden-Boston, 2008, s. 379–412.
  15. KEÇİŞ, Murat, "XIII.-XIV. Yüzyıl Bizans ve İslam Kaynaklarına Göre Kuzeybatı Anadolu Yol Ağları", Belleten, C. LXXVII, S. 280, 2013, Ankara, s. 849–874.
  16. Şablon:Dergi kaynağı
  17. Şablon:Dergi kaynağı