Umm-an-Nasan
Umm-an-Nasan adası | |
---|---|
ərəb. جزيرة أم النعسان | |
Ümumi məlumatlar | |
Sahəsi | 20 km² |
Uzunluğu |
|
Eni | 4 km |
Sahil uzunluğu | 19 km |
Hündür nöqtəsi | 3 m |
Əhalisi | 0 nəfər (2014-cü il) |
Yerləşməsi | |
26°09′00″ şm. e. 50°24′00″ ş. u.HGYO | |
Ölkə | Bəhreyn |
Akvatoriya | |
|
Umm-an-Nasan adası (ərəb. جزيرة المحرق[1]) — Bəhreyn dövlətinin sahəsinə görə dördüncü ən böyük adası. İnzibati cəhətdən Şimal inzibati vahidliyə daxildir.
Coğrafiyası
[redaktə | vikimətni redaktə et]Umm-an-Nasan bir səhralıqdan ibarət olan adadır. Əsas adadan 2,5 km şimal-qərbdə yerləşir. Səudiyyə Ərəbistanının Əl-Hubar şəhəri ilə arasında məsafə 16,5 km-dir. Ada özü düzbucaqlı formasına malikdir. Şimaldan cənuba 5,5 km, şərqdən qərbə 4 km məsafədə uzanır. Sahəsi 20 km², sahil xətdinin uzunluğu 19 km, maksimal hündürlüyü isə 3 metrdir. 2010-cu il məlumatına görə adada 10 nəfər yaşayırdı. 2014-cü il siyahıya alınmasına görə adada yaşayış yoxdur. Ada Bəhreyn kralı İsa Əl-Xəlifənin xüsusi mülkiyyətindədir. Bura adi vətəndaşların girişi qadağandır[2].
Adanın şimalından Kral Fəhd körpüsünə gedən yol keçir. Bu sahədə 0,3 km² bağ sahəsi salınmışdır. Burada kralın 3 sarayından biri yerləşir. Digər daha dəbdəbəli srayları isə adanın cənub-qərb və cənubundadır. qərb sarayının ətrafında 0,7 км² ərazidə dgər bir bağ salınmışdır. Körpüdən başqa burada kralın saraylarına aparan 5 və 3 km uzunluğunda yol salınmışdır.
İstinadlar
[redaktə | vikimətni redaktə et]- ↑ موسوعة تاريخ البحرين - المجلد الثاني Arxivləşdirilib 2015-08-09 at the Wayback Machine (ərəb.)
- ↑ أم النعسان مخصصة من قبل جلالة الملك للاستخدامات العسكرية: وكيل الداخلية المساعد Arxivləşdirilib 2016-10-30 at the Wayback Machine (ərəb.)