Umalat bəy Buynaklı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Umalat bəy Buynaklı
[[Fayl:|18px|bayraq]]
Tərki şamxallığının hakimi (Qazi Məhəmməd tərəfindən elan edilmişdir)
1831 – 1831
(ləqəbi: Şamxal)
Əvvəlkiİrazi bəy Bammatulinli
SonrakıSüleyman-Paşa Tərkili
Şəxsi məlumatlar
Doğum tarixi Bəlli deyil
Doğum yeri Tərki şamxallığı
Vəfat tarixi (dəqiq bilinmir, Osmanlı imperiyasına köçdüyü də iddia edilir)
Vəfat yeri Abxaziya (dəqiq deyil)
Vəfat səbəbi Hərbi münaqişə
Dəfn yeri Bəlli deyil
Milliyyəti Qumuq
Vətəndaşlığı Tərki şamxallığı
Atası Şabaz Tərkili
Həyat yoldaşı II Mehdi xan Tərkilinin qızı
Ailəsi Tarkovskilər
Dini İslam
Hərbi xidmət
Mənsubiyyəti Tərki şamxallığı
Qazi Məhəmmədin rəhbərliyi altında imamlıq
Qoşun növü Süvari
Rəhbərlik edib Şamxallıqdakı anti-rus üsyançı ordu
Döyüşlər Yermelovun Akuşaya yürüşü
Erpeli döyüşü (1823)
Qafqaz müharibəsi
Rütbəsi Bəy

Umalat bəy Buynaklı və ya rus qaynaqlarında qeyd edildiyi kimi Amalat bəy (rusca:Умалат-бек Буйнакский; d. ? - ö. 1831, Abxaziya) — XIX əsr Qafqaz müharibəsi zamanı mühüm rol oynamış qumuq hərbi-siyasi xadim, İmam Qazi Məhəmməd tərəfindən 1831-ci ildə elan edilmiş Tərki şamxalı, Şimali Qafqaz İmamlığının naibi. Umalat bəy 1818-1819-cu il üsyanınınn aktiv iştirakçısı olmuş, Yermelova qarşı döyüşdə Akuşalıların rəhbərlərindən biri olmuşdur. O, eyni zamanda 1825-ci ildə Bəybulat Taymiyevin hərəkatının da üzvü olmuş, Tərki şamxallığı ərazisində 1823 və 1831-ci illər üsyanlarına rəhbərlik etmişdir.[1]

Mənşəyi və ilk illəri

[redaktə | mənbəni redaktə et]

Umalat bəy qumuqların Şimali Qafqazdakı dövləti olan Tərki şamxallığı hakimləri ailəsindən gəlməkdə idi. O, Krım-şamxalın, yəni şamxallığa vəliəhdin ailəsində dünyaya gəlmişdi. Şamxalın taxtına namizəd olan atasının adı Şabaz Şamxal idi. Şabaz ailədə ən böyük şahzadə olduğu üçün taxta onun çıxacağı güman edilirdi. Lakin ruslar Umalatın atası Şabazdan daha yaşca kiçik və daha az bacarıqlı, lakin ruslara qarşı daha sədaqətli olan Mehdi Tərkilini dəstəklədilər və taxta çıxardılar. Bundan sobra Umalat bəy Mehdinin qızı ilə evləndi, lakin qızın kor olmasından sonra ondan boşandı və beləliklə də, şamxalın ailəsi münasibətlərini pozdu.[2]

Umalat bəy bundan sonra daha kiçik vəzifə hesab edilən Buynak əmiri vəzifəsi ilə razı olmağa məcbur oldu. Umalat bəy bu zaman avarların xanı Sultan Əhməd ilə danışıqlara başladı. Sultan Əhməd də əslən qumuq şamxalları nəslindən gəlməkdə idi, lakin ölmüş Avar xanlarının kişi nəsli kəsildikdən sonra sonuncu xanın dul arvadı ilə evlənmiş və taxta çıxmışdı. Umalat bəyin danışıqlara başlamaqda məqsədi əvvəllər qumuqların olan Paraulu geri qaytarmaq idi. Bəziləri isə onun əslində Əhməd xanın gözəlliyi ilə məşhur qızı Səltənətə aşiq olduğunu bildirirlər.

Qafqaz müharibəsi

[redaktə | mənbəni redaktə et]

XVI əsrin əvvəllərindən Qızıl Ordanın zəifləməsi ilə birlikdə ruslar tədricən Şimali Qafqaza yaxınlaşmağa başlamışdılar. Tezliklə Tümən xanlığı (və ya digər adı ilə Şamxal və ya Qafqaz Tüməni) hökmdarları şamxalların təsiri altında düşdü. 1556-cı ildə Həştərxan xanlığı ruslar tərəfindən işğal edildilər. Bu hadisə və rus çarı IV İvanın kabardiyalı Temrukun qızı Mariya ilə evlənməsi tədricən Rusiyanın Qafqazın daxili işlərinə müdaxilə etməsinə şərait yaratdı.[3] Çərkəzlərin və Kabarda şahzadəsinin müraciəti ilə hələ 1557-ci ildə qumuqların üzərinə ruslardan ibarət ordu göndərilmişdi. 1560-cı ildə Çeremisinov Tərkini ələ keçirsə də, orada qalmamış, yandırıb geri dönmüşdü. Qumuqlar 1863[4] və 1604-1605-ci[5] ildə də ruslarla toqquşdular. 1651-1653-cü illərdəki Qızılbaş-Rus toqquşmasında isə qızılbaşlarla müttəfiq olaraq rusları məğlub etdilər.[6] I Pyotrun Xəzərsahili vilayətlərə yürüşündən sonra isə rusların bölgədəki mövqeyi daha da möhkəmləndi və onlar daha da cənuba enməyə başladılar.[7] XVIII əsrin ikinci yarısından etibarrən ruslar artıq Şimali Qafqazda möhkəmlənmiş vəziyyətdə idilər və məhz buna qarşı 1785-ci ildə Şeyx Mənsurun rəhbərliyi altında dağlıların mübarizəsi başlamışdı. 1818-1819-cu illərdən etibarən isə rusları uzun müddət məşğul edən Qafqaz müharibəsi başladı.[8] Bu müharibənin 1831-ci ilə kimi olan hissəsində Umalat bəy də bir zamanlar Şimali Qafqazın əsas milləti hesab edilə qumuqları[9] səfərbər edərək aktiv iştirak etdi.

Antiyermolov koalisiyası

[redaktə | mənbəni redaktə et]

Əhməd və onun qardaşı Həsən xan müəyyən müddətdən sonra bütün ruslardan narazı qüvvələri öz bayraqları altında toplamağa başladılar. Umalat bəydən əlavə, sürgündə olan keçmiş Quba xanı Şeyxəli də bu qüvvələrə qatıldı.[10] Şimal qumuqları hesab edilən aksaevlilər və endireylilər bu ittifaqa qatılmağa meyilli idilər, çünki onlar yaşadıqları bölgədə rus qalasının tikilməsindən narazı idilər. Akuşinlilər də Yermelovun əmanət göndərmək barədə tələbini rədd etmişdilər və bununla da Rusiyaya o qədər də sadiq olmadıqlarını ortaya çıxarmışdılar. Döyüşlər Qaytaqda başladı. Burada Umalat və dəstəkçilərinin də daxil olduğu antirus koalisiyanın döyüşçüləri 1818-ci ildəqumuq məntəqəsi olan Başlıdakı rus qarnizonunu mühasirəyə aldılar. Ruslar Başlıdan geri çəkilməyə məcbur oldular və 500 nəfər itki verdilər. Üsyançıların qələbə qazanması ətrafa böyük təsir göstərdi. Təkcə dağlılar deyil, Qacar imperiyası da bu qələbədən təsirlənmişdi. Bundan xəbərdar olan Yermelov üsyanın yatırılması üçün sərt addımlar atmağa başladı. Mehdili xanlığına qarşı ordu göndərildi, eyni zamanda üsyanın mərkəzi halına gəlmiş Paraul və Cenqutay da rus orduları tərəfindən yandırıldı. Bu zaman Umalat bəy Akuşaya getdi və akuşalıların Yermelov ilə döyüşündə onlara komandanlıq etdi. Lakin üsyançılar məğlub oldular və akuşalılar Yermelova artıq tabe olacaqlarını bildirdilər. Bunun nişanəsi kimi üsyanı əsas başladan insanları - əsasən Mehdioğlu xanlığından gələnlər idilər - ruslara təslim etdilər. Buraya Umalat bəy də daxil idi. Bu şəxslər Yermelov tərəfindən edam hökmünə məhkum edilsələr də, Umalat bəy Yermelov ilə görüşməyi bacardı. Vasili Potto bu hadisəni belə təsvir edir:[2]

İyulun 19-u, günəş çıxarkən Verxovskinin bölüyü Qarabudaqkənddən yola düşdü. Səhər təzə və aydın idi, dumanlar hələ də dərin idi və Verxovski zirvələrə doğru hərəkət edərək ətrafdakı mənzərələrə heyran olmaq üçün hər dəfə dayanırdı. Onu Abşeron alayının qərargah həkimi Amarantov və tərcüməçi müşayiət edirdi, Umalat isə iki adamı ilə beş addım geridə gedirdi. Umalat, deyəsən, həyəcanlanmışdı; O, atını bir neçə dəfə çapmağa icazə verdi, sanki içindəki qaynayan qisas hissini boğmağa çalışırdı və şübhə və qərarsızlıqdan əziyyət çəkərək yenidən Verxovskiyə tərəf getdi. Və o, sakit, kədərli və düşüncəli şəkildə sürdü. Və o, sakit, kədərli və düşüncəli şəkildə sürdü. Ola bilsin ki, onun da qəlbi gizli və acı bir təxəyyüldən əziyyət çəkirdi. Nəhayət, Qubdən və Atəmiş kəndləri arasında Umalat bəy atını son dəfə tam sürətləndirdi və birdən yəhərdə dönüb Verxovskiyə atəş etdi. Güllə onun düz ürəyinə dəydi və o, səssizcə, yavaş-yavaş yəhərdən düşdü. Umalat çaşqınlıqdan istifadə edərək, heyrət içində olan adamlarını dərəyə doğru göndərdi və ox kimi dağlara tərəf qaçdı.

Dağlara qaçan Umalat bəy Dərbəndə gələrək bir "tatarın" (yəni azərbaycanlı) köməkliyi qəbirstanlığa daxil oldu və Verxovskinin məzarını açıb başını kəsərək dağlara göndərdi. Lakin qarşıda baş verəcək hadisələr Umalat bəy üçün heç də yaxşı şeylər olmadı. Verxovskinin öldürülməsindən 11 gün sonra Sultan Əhməd öldü və onun əvəzindən hakimiyyəti idarə edən dul arvadı Baku-Bikə isə rus meyilli siyasət izləməyə başladı. Beləliklə, Umalat bəyin vəziyyəti çox pisləşdi.

1823-cü il Şamxallıq üsyanı

[redaktə | mənbəni redaktə et]

Avar xanının ölümü sadəcə feodal rəhbərlərin birgə üsyanının qarşısını aldı. Bu əsnada yalnız rusların dəstəyini qazandığına görə taxta çıxan və hakimiyyətdə qalan Tərkili Mehdiyə qarşı qumuqların narazılığı özünün zirvəsinə çatmışdı. Tərkidəki rus pristavının qəddarlığından cana gələn qumuqlar həm onu, həm də iki kazakı öldürdülər. Bundan sonra toplanan 3 minə yaxın üsyançı Tərki qalasına hücuma başladılar. Eyni cür hadisələr Erpeli və Qaranay kimi qumuq kəndlərində də baş verdi. Qumuqlar burada qəddarlığı ilə məşhurlaşan rus priztavını və onun tərcüməçisini qətlə yetirdilər. Bu hadisələr fonunda Umalat bəy üsyanın rəhbəri kimi ortaya çıxdı. Ruslar general mayor fon Krabbe rəhbərliyində üsyançılara qarşı ordu göndərdi.[11]

29 iyul 1823-cü ildə fon Krabbe Karanay kəndinə basqın edərək onu yandırdı. Lakin üsyançıların əsas hissəsi Erpeli kəndində yerləşdirilmişdi. Çünki Erpeli meşəlik ərazi olduğu üçün rusların artilleriyadan istifadə imkanlarını məhdudlaşdırırdı. Növbəti gün fon Krappe Erpeliyə hücum etsə də, inadkar müqavimət ilə qarşılaşdı.[12] Ruslar kəndin yarısını ələ keçirsələr də, gecə qumuqların əks-hücumları ilə qarşılaşdılar. Qumuqlar hücum ilə nəinki rusları kənddən tamamilə çıxardılar, eyni zamanda onları Temirxanşuraya qədər də qovdular. Beləliklə, umalat bəy fon Krappenin ordusunu məğlub etməyi bacardı. Fon Krappe isə bütün üsyançı kəndlərin dağıdıldığını və üsyançıların məğlub edildiyini bildirmişdi.[2] Lakin məşhur qafqazşünas N.İ. Pakrovskinin fikrincə əslində fon Krappe Erpelidə ağır məğlubiyyətlə üzləşmişdi.[13] Krappenin əslində məğlub olması fikri Vasili Potto və Con Baddeley tərəfindən də səsləndirilməkdədir. Onlar fon Krappenin yürüşünün uğursuzluqla nəticələndiyini bildirirlər:[14]

Üsyan əslində yatırılmadı, əksinə böyük şiddət göstərildiyinə görə daha da alovlana biləcəyi hala gəldi. Avarlar, koysubulinlə, səfər edib gəlmiş çeçenlər və hətta cənubdakı Tatar [Azərbaycan] bölgələrindən gəlmiş vəhşi kütlələr hər yerdəki yollarda peydə olmağa başladılar. Qəzəbli olan Mehdili sakinləri Şamxallıq sakinləri arasında özlərinə dəstək qazana bildilər. Pristav Batırev Cenqutayda peydə oldu və ağsaqqalları toplayaraq onları xəncər ilə hədələməyə başladı, onlar Batıev və iki kazakı tutaraq öldürdülər. Bu zaman Umalat artıq koysubulinlilər arasında idi, onlar [koysubulinlilər] onu Untsukul məscidində triumf ilə qəbul etmiş, ona otaq hazırlamış və qulluq təmin etmişdilər. [Beləliklə də] vəziyyət daha da çox ciddi hal almışdı.

Dağlılar Kafir-Qumuq yaxınlığında Evreyinov komandanlığı altındakı rus bölməsinə hücum etdilər. Lakin ba. vermiş toqquşma zamanı məğlub edildilər. Tezliklə Yermelov əlavə qüvvələr ilə birlikdə üsyanın meydana çıxdığı bölgəyə gəldi. Mehdioğlu və Koysubul üsyançıları arasında sülhə çağıran qruplar yaranmağa başladı. Umalat bəy Andi camaatlığına getməyə və üsyana rəhbərliyini sonlandırmağa məcbur oldu.[2]

Umalat bəy imamlıq ordularında

[redaktə | mənbəni redaktə et]

1825-ci ildə Beybulat Taymiyevin Rusiyaya qarşı üsyanı başladı və qısa müddət ərzində Çeçenistan, Qumuq düzənliyi kimi bölgələri əhatə etdi. Umalat bəy özünə sadiq 200 nəfər ilə birlikdə oraya getdi. O, bununla üsyançılara tək olmadıqlarını və Rusiyaya qarşı mübarizədə onları dəstəkləyəcəyini bildirməyə çalışırdı. Eyni zamanda Avar xanı və Gümbət qazısı da 4100 piyada ilə birlikdə üsyançılara qatıldılar.

Rus-Qacar müharibəsi zamanı Umalat bəy dağlıları çar qoşunlarına qarşı qaldırmaq üçün tədbirlər gördü. Belə ki, 1828-ci ilin avqustunda o, dağlıları Qacar ordusuna toplamaq və rus qoşunlarına qarşı yürüş etmək üçün Abbas Mirzənin nümayəndəsi kimi Dağıstana gəldi:[15]

Beləliklə, avqustun ortalarında, bizə məlum olduğu kimi Umalat bəy Abbas Mirzə tərəfindən 12 min tümən pul ilə Dağıstana göndərildi. Məqsəd dağlıları Qacar ordusuna cəlb etmək və ümumiyyətlə onları [ruslara qarşı] qaldırmaq idi.

Lakin Dağıstanda Rusiya imperiyasına qarşı çıxan yeni qüvvə – müridizm yarandı. İmam Qazi Məhəmməd Dağıstan dağlarında və Şamxallqıda çoxillik təbliğat işləri aparmışdır (o, ruhani təbliğatçılar - şeyxlər cəmiyyəti yaratmışdı). Fəal döyüşlər başlayandan sonra Umalat bəy Qazi Məhəmmədin ən sadiq naibi oldu, dağlıların bir çox döyüşlərində iştirak etdi və Şamxallıqda qumuqların üsyana cəlb edilməsi ilə məşğul oldu. Naib yemək məqsədilə uğurlu basqınlar etdi (onlardan birində Süleyman Paşa Tarkovskidən 2500 baş qoyun oğurlanmışdı).[16]

N.A, Volkonski yazırdı:[16]

Buradan o, (Qazi Məhəmməd) Gimriyə yollandı və Umalat bəyi Şamxallıqda buraxdı. Sonuncu (Umalat bəy) nəinki şamxallığı, eyni zamanda Burnaya qalasındakı (rus) patrulları və dəstələri qdə o qədər məhdudlaşdırmışdı ki, (qaladakı) qarnizon qarnizon mal-qaranı otarmağa buraxmaq, odun almaq, dəniz sahilindən ləvazimat daşımaq və nəhayət, qala divarlarından kənara çıxmaq imkanından məhrum idi.

İrazi bəy Bammatulinlinin Qazi Məhəmmədin Vnezapnoyu mühasirəsi zamanı ölümündən sonra Umalat bəy Tərki şamxallığının hakimi elan edildi.[17]

2 oktyabr 1831-ci ildə Umalat bəy yenidən Şamxallıq ərazisində 10 min nəfərdən ibarət üsyançı dəstə formalaşdıraraq öz mövqelərini Erpeli kəndində möhkəmləndirdi. Qaytaq və Tabasarandakı üsyanı yatıran və Əlahiddə Qafqaz Korpusunun baş qərərgah rəisi olan N.P. Pankratiyev 2.5 min nəfərlik piyada, 1.5 min nəfərlik süvari ordu ilə birlikdə daha üstün qüvvələrlə onun üzərinə hücuma keçdi. Rusların əlində 12 top da var idi. 2 saatdan çox davam edən döyüşlərdən sonra üsyançılar məğlub edildilər və kənd yandırıldı. Bundan qısa müddət sonra şamxallıqdakı üsyan yatırıldı.

Bundan sonra Umalat bəyin taleyi barədə məlumat yoxdur. Bəzi qaynaqlara görə Erpelidəki məğlubiyyətdən sonra o, Osmanlı imperiyasına qaçmış və burada Abxaziya dağlarında başlamalı olan yeni üsyan üçün hazırlaşmağa başlamışdır[18]

Rus yazıçısı Aleksandr Bestujev-Marlinski 1831-ci ildə "Ammalat bəy" hekayəsini nəşr etdi, burada baş qəhrəmanın obrazı bədii, romantikləşdirilmiş formada təsvir edilmişdir.[19]

  1. "Разница между Кавказская война и Умалат-бек Буйнакский". ru.unionpedia.org. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
  2. 1 2 3 4 Потто, 2008
  3. Кушева, 1963. səh. 237
  4. Потто, 1886
  5. Масса, 1937
  6. Идрисов, 2014
  7. Payaslian, 2008
  8. Кавказская война, 1998
  9. [ЦГВИА. ф.52. Оп.1/194. Д.350 Кизлярский комендантский архив] (#bad_url).
  10. Дубровин, 1888
  11. Покровский, 2000. səh. 135-137
  12. Потто, 1887. səh. 324
  13. Берже, 1875. səh. 950
  14. Баддели, 2011
  15. Военный сборник, 1891. səh. 156
  16. 1 2 Кавказский сборник, 1889. səh. 156
  17. Покровский, 2000. səh. 207-216
  18. ."Буйнакский Умалат-Бек". kumukia.ru. 7 yanvar 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.
  19. "«Аммалат-бек» Бестужева-Марлинского". aquilaaquilonis.livejournal.com. 2 mart 2022. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 iyun 2024.