Uippl xəstəliyi

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Uippl xəstəliyi
XBT-10 K90.890.8
XBT-10-KM K90.81, M14.8*, K90.8
XBT-9 040.2040.2
XBT-9-KM 040.2[1][2]
XBT-O 000209
DiseasesDB 14124
MedlinePlus 000209
MeSH D008061
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Uippl xəstəliyi (ing. Whipple´ s dis.), interstisial lipodistrofiya – ancaq kişilərdə təsadüf edən neytral yağların sorulma və sintezinin pozulması, ishal, qarında ağrı, limfadenopatiya, qızdırma, poliserozit, dərinin piqmentasiyası, revmatoloji simptomlarla gedir. Törədici tropheryma Whipplii hesab edilir.[3]

İlk dəfə 1907-ci ildə amerikan patoloqu George Hoit Whipple tərəfindən təsvir edilmişdir. Diareya, stetoreya, kəskin arıqlama və anemiya ilə təzahür edən naməlum xəstəlik hadisəsinin Wipple tərəfindən seksion təhlili zamanı mezenterial limfa düyünlərinin qabarıq böyüməsi və poliserozit aşkar edildi.[4]

  1. Disease Ontology (ing.). 2016.
  2. Monarch Disease Ontology release 2018-06-29. 2018-06-29 2018.
  3. F. Y. Talıbov, N. T. Zamanov, G. R. Ələkbərova, N. R. Abdullayeva. Revmatologiya (Terminlər, anlayışlar). Bakı, "Elm və təhsil", 2022.
  4. Bayramov N.Y., Rüstəm Ə.M., Zeynalov B.M. Nazik bağırsağın cərrahi xəstəlikləri (PDF). Bakı: Təbib. 2016. 171. ISBN 978-9952-536-20-1.

Xarici keçidlər

[redaktə | vikimətni redaktə et]