UEFA Avro 2008

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
UEFA Avro 2008
Yarış məlumatları
Ev sahibi
Tarix iyun 2008
Başlama tarixi 8 iyun 2008
Bitmə tarixi 29 iyun 2008
Yekun nəticəsi
Çempion İspaniya milli futbol komandası
Yarış statistikası
Oyun sayı 31
Qol sayı 77
Tamaşaçı sayı 1.140.902
Mükafat sahibləri
Bombardir(lər) David Vilya
2004
2012
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

UEFA Avropa Kuboku 2008 — 2008-ci il iyunun 7-dən 29-a qədər Avstriyaİsveçrədə keçirilmiş (ev sahibi ölkələr 2002-ci il dekabrın 12-də müəyyənləşmişdir) futbol turniri. Turnirin qalibi İspaniya millisi olmuşdur. Turnirdə 2-si ev sahibi olmaqla 16 komanda iştirak etmişdir (iştirak haqqı 7,5 milyon avro olmuşdur). Komandalardan hər biri iştiraka görə 184 milyon avro almışdır. Avstriyadakı qrup mərhələsi oyunları Vyanada, İsveçrədə isə Bazeldə keçirilmişdir. Çempionat üçün on iki hakim seçilmişdir. Qrup mərhələsində hər oyunda qalib gələn komanda bu qalibiyyətə görə 1 milyon, 1/4-də 2 milyon, 1/2-də 3 milyon almışdır. Final iştirakçısı 4,5 milyon, çempionatın qalibi isə 7,5 milyon avroya sahib olmuşdur. Qalib komanda UEFA-nı 2009-cu ilin FİFA Konfederasiyaları Kubokunda təmsil etmək hüququ əldə etmişdir. Yarışın topu Adidas Avropas, rəsmi tilsimləri tülkülər Triks və Fliks, rəsmi şüarı isə – "expect emotions" (emosiyaları gözlə) olmuşdur.

İxtisaslanmış komandaları

[redaktə | mənbəni redaktə et]
  • Almaniya (B qrupu, D qrupunda ixtisaslanmışdır)
  • Avstriya (B qrupu)
  • Çexiya (A qrupu, D qrupunda ixtisaslanmışdır)
  • Fransa (C qrupu, B qrupunda ixtisaslanmışdır)
  • Xorvatiya (B qrupu, E qrupunda ixtisaslanmışdır)
  • İspaniya (D qrupu, F qrupunda ixtisaslanmışdır)
  • İsveç (D qrupu, F qrupunda ixtisaslanmışdır)
  • İsveçrə (A qrupu)
  • İtaliya (C qrupu, B qrupunda ixtisaslanmışdır)
  • Niderland (C qrupu, G qrupunda ixtisaslanmışdır)
  • Polşa (B qrupu, A qrupunda ixtisaslanmışdır)
  • Portuqaliya (A qrupu, həmin qrupda ixtisaslanmışdır)
  • Rumıniya (C qrupu, G qrupunda ixtisaslanmışdır)
  • Rusiya (D qrupu, E qrupunda ixtisaslanmışdır)
  • Türkiyə (A qrupu, C qrupunda ixtisaslanmışdır)
  • Yunanıstan (D qrupu, C qrupunda ixtisaslanmışdır)

Matçların cədvəli

[redaktə | mənbəni redaktə et]
Sıra Komanda Portuqaliya Türkiyə Çexiya İsveçrə O Q H M Qollar X
1 Portuqaliya Portuqaliya 2–0 3–2 0–2 3 2 0 1 5–3 2 6
2 Türkiyə Türkiyə 0–2 3–2 2–1 3 2 0 1 5–5 0 6
3 Çexiya Çexiya Respublikası 1–3 2–3 1–0 3 1 0 2 4–6 –2 3
4 İsveçrə İsveçrə 2–0 1–2 0–1 3 1 0 2 3–3 0 3
  • 8 iyun – Avstriya-Xorvatiya, Almaniya-Polşa
  • 12 iyun – Xorvatiya-Almaniya, Avstriya-Polşa
  • 16 iyun – Polşa-Xorvatiya, Avstriya-Almaniya
  • 9 iyun – Rumıniya-Fransa, Niderland-İtaliya
  • 13 iyun – İtaliya-Rumıniya, Niderland-Fransa
  • 17 iyun – Niderland-Rumıniya, Fransa-İtaliya
  • 10 iyun – İspaniya-Rusiya, Yunanıstan-İsveç
  • 14 iyun – İsveç-İspaniya, Yunanıstan-Rusiya
  • 18 iyun – Yunanıstan-İspaniya, Rusiya-İsveç

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]