Çempionlar Liqasının 2007/2008 sezonu UEFA tərəfindən təşkil olunmuş Avropanın aparıcı klub futbol turnirinin 53-cü mövsümü və turnirin adı "Çempion Klublar Kubokundan" "UEFA Çempionlar Liqasına" dəyişdirilməsindən sonra 16-cı sezonu idi.
Final oyunu 21 may 2008 ildə Moskvanın Lujniki stadionunda keçirilmişdir, və bu turinirin final oynunda ilk dəfə idi ki, iki ingilis komandaları qarşılaşırdılar: Mançester Yunayted – Çelsi. Oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatmışdır və oyun sonrası penaltilər seriyasında Mançester Unayted 6:5 hesabı ilə udaraq, kuboku başı üzərində qaldırmışdır.
Milan sabiq çempion idi, lakin səkkizdəbir finalda Arsenala uduzduqdan sonra, onlar turniri tərk etməli oldular. Həmçinin, məhz bu mövsümdə Çempionlar Liqası tarixində ən böyük hesablı qalibiyyət olmuşdur: Liverpul Enfilddə Beşiktaşı 8–0 məğlub etti, bundan əvvəlki rekord 7–0 ilə Arsenala aid idi.
2007/08 Çempionlar Liqası turnirində 53 UEFA assosiasiyalarından 76 komanda iştirak edirdi. Hər assosiasiyadan, 2005/06 avrokuboklar mövsümünündən sonra[1] təyin olunan əmsalına uyğun olaraq, müəyyən sayda komandalar yarışlarda iştirak edə bilərdi, lakin heç bir assosiyasiya yarışa 4-dən artıq klub yollaya bilməzdi. Bütün UEFA assosiasiyalara yarışın final mərhələsinə vəsiqə qazanmağa ən azı 1 komandanın mübarizə aparacağı təminat verilmişdir, Lixtenşteyn istisna olmaqla, çünki bu kiçik ölkənin klubları İsveçrə Super Liqasında yarışır, və o ildə həmin liqada Lixtenşteyni təmsil edən klub olmadığından, ölkənin komandaları təsnifat mərhələsinə buraxılmamışdılar. Serbiya və Çernoqoriya dağıldıqdan sonra bu ildən turnirə yeni suveren ölkə qatılmışdır: Çernoqoriya. San Marino və Andorra çempionları da bu ildən etibarən Çempionlar Liqasında iştirak etməyə başladılar. Aşağıda 2007–08 Çempionlar Liqası üçün təsnifat sxemi və hər assosiasiyadan iştirak edən komandalar sayı göstərilmişdir:[2]
- İlk üçlükdə olan assosiasiyalar (İspaniya, İtaliya, İngiltərə): 4 komanda
- 4–6-cı yerləri bölüşdürən assosiasiyalar (Fransa, Almaniya, Portuqaliya): 3 komanda
- 7–15-ci yerləri bölüşdürən assosiasiyalar (Niderland, Yunanıstan, Rusya, Rumıniya, Şotlandiya, Belçika, Ukrayna, Çexiya və Türkiyə): 2 komanda
- 16–53-cü yerləri bölüşdürən assosiasiyalar: 1 komanda
- 25–53-cü yerləri bölüşdürən 28 assosiasiyaların çempionları
- İlk təsnifat mərhələsində qalib gələn 14 klub
- 17–24-cü yerləri bölüşdürən 8 assosiasiyaların çempionları (Bolqarıstan, İsrail, Norveç, Avstriya, Serbiya, Polşa, Danimarka və Macarıstan)
- 10–15-ci yerləri bölüşdürən 6 assosiasiyaların İkinci yeri tutmuş komandaları
- İkinci təsnifat mərhələsində qalib gələn 14 komanda
- 10–16-cı yerləri bölüşdürən 7 assosiasiyaların çempionları
- 7–9-cu yerləri bölüşdürən 3 assosiasiyaların ikinci yeri tutmuş komandaları
- 1–6-cı yerləri bölüşdürən 6 assosiasiyaların üçüncü yeri tutmuş komandaları
- 1–3-cü yerləri bölüşdürən 2 assosiasiyaların dördüncü yeri tutmuş komandaları (İtaliya çempionatının 2006——2007 mövsümündə 4-cü yeri tutan Milan, Çempionlar Liqasının sabiq çempionu kimi avtomatik olaraq qrup mərhələsinə daxil olmuşdur)
- Çempionlar Liqasının sabiq çempionu
- Üçüncü təsnifat mərhələsində qalib gələn 16 klub
- 1–9-cu yerləri bölüşdürən 9 assosiasiyaların çempionları
- 1–6-cı yerləri bölüşdürən 6 assosiasiyaların ikinci yeri tutmuş komandaları
- Qrup mərhələsində birinci və ikinci yerləri tutan 16 komanda
SÇ Sabiq Çempion: 2006/2007 mövsümün qalibi bir başa qrup mərhələsinə vəsiqə qazanır
Təqvimdə püşkatmanın, seçmə və əsas mərhələnin tarixləri göstərilmişdir
Tarix
|
Olay
|
29 iyun 2007
|
Birinci və ikinci təsnifat mərhələsinin püşkatması
|
17–18 iyul 2007
|
Birinci təsnifat mərhələsinin ilk oyunu
|
24–25 iyul 2007
|
Birinci təsnifat mərhələsinin cavab qarşılaşmaları
|
31 iyul–1 avqust 2007
|
İkinci təsnifat mərhələsinin ilk oyunu
|
3 avqust 2007
|
Üçüncü təsnifat mərhələsinin püşkatması
|
7–8 avqust 2007
|
İkinci təsnifat mərhələsinin cavab qarşılaşmaları
|
14–15 avqust 2007
|
Üçüncü təsnifat mərhələsinin ilk oyunu
|
28–29 avqust 2007
|
Üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmaları
|
30 avqust 2007
|
Qrup mərhələsinin püşkatması
|
18–19 sentyabr 2007
|
Qrup mərhələsi, 1-ci oyun günü
|
2–3 oktyabr 2007
|
Qrup mərhələsi, 2-ci oyun günü
|
23–24 oktyabr 2007
|
Qrup mərhələsi, 3-cü oyun günü
|
6–7 noyabr 2007
|
Qrup mərhələsi, 4-cü oyun günü
|
27–28 noyabr 2007
|
Qrup mərhələsi, 5-ci oyun günü
|
11–12 dekabr 2007
|
Qrup mərhələsi, 6-cı oyun günü1
|
21 dekabr 2007
|
Səkkizdəbir finalın püşkatması
|
19–20 fevral 2008
|
Səkkizdəbir finalın ilk oyunları
|
4–11 mart 2008
|
Səkkizdəbir finalın cavab qarşılaşmaları2
|
14 mart 2008
|
Dörddəbir finalın püşkatması
|
1–2 aprel 2008
|
Dörddəbir finalın ilk oyunları
|
8–9 aprel 2008
|
Dörddəbir finalın cavab qarşılaşmaları
|
22–23 aprel 2008
|
Yarımfinalın ilk oyunları
|
29–30 aprel 2008
|
Yarımfinalın cavab qarşılaşmaları
|
21 may 2008
|
Moskvada keçirilən final
|
1 13–16 dekabr arası Milan 2007 FİFA Klublararası Dünya Kubokunda iştirak etdiyi üçün, D qrupun komandaları 6-cı oyun gününü 4 dekabrda keçirməli olmuşdular.
2 San Siro stadionu həm Milanın, həm də İnterin ev stadionu sayıldığından və bu iki komandaların ikisi də 2-ci oyunlarını ev stadionunda keçirlməli olduğundan, İnterin Liverpula qarşı oyunu bir həftə təxirə, 11 mart tarixinə salınmışdı.
Püşkatma cümə günü, 29 iyun 2007-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın klub yarışların rəhbəri Mişel Sentenaro tərəfindən aparılıb. Birinci raundun ilk oyunları 2007-ci il iyulun 17/18-də, cavab qarşılaşmalar isə 24/25 iyul 2007-ci ildə keçirilmişdir.
Püşkatma cümə günü, 29 iyun 2007-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın klub yarışların rəhbəri Mişel Sentenaro tərəfindən aparılıb. İkinci raundun ilk oyunları 2007-ci il iyulun 31 və avqustun 18-də, cavab qarşılaşmalar isə 7/8 avqust 2007-ci ildə keçirilmişdir.
Püşkatma cümə günü, 3 avqust 2007-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın peşəkar futbol direktoru Corcio Marketi tərəfindən aparılıb. Üçüncü raundun ilk oyunları 2007-ci il avqustun 14/15-də, cavab qarşılaşmalar isə 28/29 avqust 2007-ci ildə keçirilmişdir. Bu mərhələnin qalibləri Çempionlar Liqasının qrup mərhələsinə çıxdılar, uduzanlar isə 2007/2008 UEFA kubokunun ilk mərhələsindən öz yollarını davam etməli oldular. AEK — Sevilya cütlüyünün, ispan klubunun oyunçusu Antoni Puertonun vəfatı ilə əlaqədar, cavab oyunu sentyabrın 3-nə təxirə salınmışdı.
Avropa
2007–08 UEFA Çempionlar Liqasınınqrup mərhələsində iştirak edən klubların xəritədəki yerləri.
qəhvəyi: A qrupu;
Qırmızı: B qrupu ;
Narıncı: C qrupu;
Sarı: D qrupu;
Yaşıl:E qrupu;
Göy: F qrupu;
Bənövşəyi: G qrupu;
Cəhrayi: H qrupu.
Püşkatma 30 avqust 2007-də Monakodakı Grimaldi Forumda keçirilmişdi. Püşkatma mərasimi Pedro Pinto, UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın klub yarışların rəhbəri Mişel Sentenaro tərəfindən aparılıb. Oyunlar 2007-ci ildə 18 sentyabrdan dekabrın 12-dək olan müddətdə keçirilmişdir. Hər qrupda ilk iki yeri tutumuş klublar turnirn 1/8 finalına, üçüncü yeri tutmuş klublar isə UEFA Kuboku turnirinə vəsiqə qazanırdılar. Cari mövsümü üçün, UEFA qaydalarında 6.05-ci bəndinə əsasən, əgər qrup oyunları başa çatdıqdan sonra iki və daha çox komandanın xalları bərabər olarsa, onda kimin növbəti mərhələyə çıxmalı olduğunu aşağdaki məyarlar müəyyən edir:
- Sözügedən komandalar arasında qrup mərhələsindəki bir birinə qarşı keçirilən oyunlarda topladıqları xalların sayı
- Sözügedən komandalar arasında qrup mərhələsində qazandıqları ən yaxşı top fərqi
- Sözügedən komandalar arasında qrup mərhələsində keçirilən oyunlarda səfərdə vurulmuş qol sayısı
- Qrup mərhələsində keçirilən bütün oyunlardan sonra qazanılan top fərqi
- Qrup mərhələsində keçirilən bütün oyunlarda vurulan qol sayısı
- Son beş sezonda klubun və onun mənsub olduğu assosiasiyanın yığdığı əmsal xalları
Sevilya və Slaviya Praqa bu mövsümdə qrup mərhələsində debüt etmişdilər.[4]
Aşağdaki cədvəldəki rənglərin anlamı
|
1/8 finala çıxan klublar
|
UEFA kubokunun 1/16 finalına vəsiqə qazanan klublar
|
Cədvəldə meydan sahibləri sol sütunda göstərilib.
Klub
|
Oyun sayısı
|
Q
|
H/H
|
M
|
Vurulan qollar
|
Buraxılan qollar
|
Top fərgi
|
Xal
|
Portu
|
6 |
3 |
2 |
1 |
8 |
7 |
1 |
11
|
Liverpul
|
6 |
3 |
1 |
2 |
18 |
5 |
13 |
10
|
Marsel
|
6 |
2 |
1 |
3 |
6 |
9 |
−3 |
7
|
Beşiktaş
|
6 |
2 |
0 |
4 |
4 |
15 |
−11 |
6
|
|
|
Klub
|
Oyun sayısı
|
Q
|
H/H
|
M
|
Vurulan qollar
|
Buraxılan qollar
|
Top fərgi
|
Xal
|
Çelsi
|
6 |
3 |
3 |
0 |
9 |
2 |
7 |
12
|
Şalke 04
|
6 |
2 |
2 |
2 |
5 |
4 |
1 |
8
|
Rusenborq
|
6 |
2 |
1 |
3 |
6 |
10 |
−4 |
7
|
Valensiya
|
6 |
1 |
2 |
3 |
2 |
6 |
−4 |
5
|
|
|
Klub
|
Oyun sayısı
|
Q
|
H/H
|
M
|
Vurulan qollar
|
Buraxılan qollar
|
Top fərgi
|
Xal
|
Milan
|
6 |
4 |
1 |
1 |
12 |
5 |
7 |
13
|
Seltik
|
6 |
3 |
0 |
3 |
5 |
6 |
−1 |
9
|
Benfika
|
6 |
2 |
1 |
3 |
5 |
6 |
−1 |
7
|
Şaxtyor Donetsk
|
6 |
2 |
0 |
4 |
6 |
11 |
−5 |
6
|
|
|
Klub
|
Oyun sayısı
|
Q
|
H/H
|
M
|
Vurulan qollar
|
Buraxılan qollar
|
Top fərgi
|
Xal
|
Barselona
|
6 |
4 |
2 |
0 |
12 |
3 |
9 |
14
|
Lion
|
6 |
3 |
1 |
2 |
11 |
10 |
1 |
10
|
Reyncers
|
6 |
2 |
1 |
3 |
7 |
9 |
−2 |
7
|
Ştutqart
|
6 |
1 |
0 |
5 |
7 |
15 |
−8 |
3
|
|
|
Klub
|
Oyun sayısı
|
Q
|
H/H
|
M
|
Vurulan qollar
|
Buraxılan qollar
|
Top fərgi
|
Xal
|
Inter
|
6 |
5 |
0 |
1 |
12 |
4 |
8 |
15
|
Fənərbaxça
|
6 |
3 |
2 |
1 |
8 |
6 |
2 |
11
|
PSV
|
6 |
2 |
1 |
3 |
3 |
6 |
−3 |
7
|
ÇSKA Moskva
|
6 |
0 |
1 |
5 |
7 |
14 |
−7 |
1
|
|
|
Pley-off mərhələsinə çıxan 16 klub ev stadionunda və səfərdə olamaqla iki oyun keçirilər. Qrup qalibləri ikinci yerləri tutan komandalarla qarşılaşırlar, amma qaliblər öz qrupunda ikinci yeri alan və öz ölkəsindən olan klublarla qarşılaşa bilməz.
1/8 final üçün püşkatma cümə günü, 29 dekabr 2007-ci il tarixində İsveçrənin Nyon şəhərində keçirilmişdir. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və UEFA-nın peşəkar futbol direktoru Corcio Marketi tərəfindən aparılıb.
1/4 final və yarımfinal üçün püşkatmalar cümə günü, 14 mart 2008-ci ildə İsveçrənin Nyon şəhərində keçirilmişdilər. Püşkatma mərasimi UEFA-nın Baş Katibi David Teylor və Moskvada keçiriləcək finalın səfiri Rinat Dasayev tərəfindən aparılıb. Pley-off bu mərhələsində artıq eyni ölkədən olan və eyni qrupda oynamış klublar bir biri ilə qarşılaşa bilərdilər.
1/8 finalın ilk oyunları 2008-ci il, fevralın 19-u və 20-də, ikinci oyunlar isə martın 4-ü və 5-i oynalındı. İtalyanın Milan və İnter komandaları eyni stadionda oyunlarını keçirdiyi üçün, İnterin Liverpulla qarşılaşdığı ikinci oyun martın 11-nə salınmışdır.
1/4 finalın ilk oyunları 2008-ci ildə, aprelin 1-i və 2-si, ikinci oyunları isə həmən ayın 8-i və 9-u keçirildi.
Yarımfinalın ilk oyunları 2008-ci ildə, aprelin 22-si və 23-ündə, cavab qarşılaşmalar isə aprelin 29-u və 30-unda oynalındı.
2007–08 UEFA Çempionlar Liqası finalı 21 may 2008-ci il tarixində Moskvadakı Lujniki stadionunda oynanılmışdır. Finalda Mançester Yunayted və Çelsi qarşılaşmışdılar, və ilk dəfə idiki finalda İngiltərəni təmsil edən komandalar oynuyurdular.
Oyun 1–1 bərabərliklə başa çatmışdı, oyun sonrası penaltilər seriyasında Yunayted oyunu 6–5 qazanmışdır. Hesabı 26-cı dəqiqədə Kriştiano Ronaldo açmışdır, ilk hissənin sonlarında Frenk Lempard hesabı bərabərləşdirdi. İkinci hissədə oyuna daxil olan Rayan Giqqz Mançester formasında 759-cu oyununa çıxaraq, klub tarixində oyun sayısına görə rekordu təzələdi. Əlavə olunmuş vaxtın ikinci hissəsində Didye Droqba Nemanya Vidiçin üzünə vurduğu üçün, qırmızı kart almışdır.
Əsas və əlavə olunmuş vaxtda qalib müəyyənləşmədiyi üçün, oyunun talehi penalti seriyasında həll olundu. Kriştianu Ronaldu sayca üçüncü penalti zərbəsini dəqiq vura bilməmişdi, və Çelsi üstünlük almışdı. Hər şey 5-ci zərbədən sonra Çelsinin xeyrinə bitə bilərdi, amma Con Terinin zərbəsi qapı dirəyinə dəydi. Giqqz 7-ci penalti zərbəsinin öhdəsindən uğurla gəldi, ondan sonra növbəti topa yaxınlaşan Nikolas Anelkanın zərbəsini Edvin Van Der Sar dəf etdi, və Mançester Yunayted 3-cü dəfə Çempionlar Lİqasının kubokunu başı üzərində qaldırdı.
Turnirin qalibi kimi Mançester Yunayted 2008 FİFA Klublararası Dünya Çempionatında Avropanı təmsil etmək hüququnu qazandı.
Mənbə: UEFA Çempionlar Liqasının Mətbuat üçün Məlumatı — Bombardirlər — Final — Çərşənbə günü 21 may 2008 (oyundan sonra)
Mənbə:[6]
|
---|
Avropa Çempionlar Kuboku dövrü, 1955–1992 | Mövsümlər | |
---|
Finallar | |
---|
|
UEFA Çempionlar Liqası dövrü, 1992–davam edir | Mövsümlər | |
---|
Finallar | |
---|
|
|