Tule (ada)
Tule adası | |
---|---|
ing. Thule Island | |
Ümumi məlumatlar | |
Sahəsi | 14 km² |
Uzunluğu |
|
Eni | 5 km |
Hündür nöqtəsi | 710 m |
Əhalisi |
|
Yerləşməsi | |
59°27′00″ c. e. 27°18′00″ q. u.HGYO | |
Ölkə | Cənubi Georgiya və Cənubi Sandviç adaları |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tule adası (ing. Thule Island) — Cənubi Sandviç adaları qrupuna daxil olan elə də böyük olmayan sakinləşmiş ada. Atlantik okeanın cənubunda, Britaniyanın dəniz aşırı ərazisi olan Cənubi Georgiya və Cənubi Sandviç adaları ərazisinə daxildir.
Arxipelaqın kiçik bir adası olaraq Cənubi Tule qrupuna daxildir. Bura üstəlik Kuk və Bellinshauzen adasıda daxildir. Bu ada əfsanəvi Tule adlandırılan adanın şərəfinə adlandırılmışdır. Adanı ilk dəfə Ceyms Kuk görmüşdür. O, 31 yanvar 1775-ci ildə görünməyən cənub torpağını tapmaq ümidi ilə bölgəyə gələrkən adaları kəşf etmişdir[1].
Ada üçkünc formaya malikdir. Uzunluğu 7 km, eni isə 5 km təşkil edir. Adanın sahəsi 14 km²-dir. Mərkəzi hissədə Larsen dağı yerləşir. Dağın hündürlüyü 710 metrdir. Cənub-şərq qutaracağından 1,3 km məsafədə Tvitver qayası yerləşir. 25 yanvar 1955 ildə Argentina adalara iddiasını təmin etmək məqsədi ilə yay stansiyası təşkil edir. Ancaq artıq 1956-cı ildəki vulkan pükürməsi ilə əlaqədar stansiya köçürülmüşdür. 1976-cı ildə Argentina adada hərbi baza salır. 1982-ci ildə Folklend müharibəsi zamanı baza Britaniya qüvvələri tərəfindən məhv edilmişdir[2].
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Schalansky, Judith. Atlas of Remote Islands. New York, NY: Penguin. 2010. səh. 50. ISBN 978-0-14-311820-6.
- ↑ Bernard Stonehouse (2002), Encyclopedia of Antarctica and the southern oceans Arxivləşdirilib 2022-04-08 at the Wayback Machine, Wiley, p. 264, ISBN 978-0-471-98665-2