Trakiya və Makedoniya xalq incəsənət və etnoloji muzeyi
Trakiya və Makedonya xalq incəsənət və etnoloji muzeyi Salonikidə, Mərkəzi Makedoniyada, Yunanıstanda yerləşir. 1973-cü ildə Makedon Təhsil Assosiasiyası tərəfindən muzeyin əsası qoyuldu. Muzey Köhnə Hökumət Evi və ya digər adı ilə bankir Ceykob Modiano üçün 1906-cı ildə yahudi memar Eli Modiano tərəfindən dəniz sahilində 5 hektarlıq ərazidə tikilmiş Modiano Villasında yerləşir. Bina 4 mərtəbədən ibarətdir. Bu 4 mərtəbəni zirzəmi, 2 orta mərtəbə və çardaq təşkil edir. Memarlıq baxımından modern üslubun güclü təsir etdiyi eklektik quruluşa malikdir. Xüsusilə təsirli olan dəniz mənzərəsi olan 2 ədəd eyvandır.
Muzey Makedoniya və Trakiya şəhərlərində ənənəvi mədəniyyətin qalıqlarını toplayır, tədqiq edir və öyrənir, daha sonra isə müvəqqəti olaraq sərgilərdə ictimaiyyətə təqdim edir. Muzeyin kolleksiyaları təqribən 15000 əşyadan ibarətdir (toxunmuş tekstillər, naxışlar, yerli geyimlər, alətlər, silahlar, məişət əşyaları, musiqi alətləri və ağac oyma nümunələri və metal emalı avadanlıqları). Həmçinin, xüsusi kitabxanası, foto arxivi, qeyd kitabxanası və səs kitabxanası var. [1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Vlasis Vlasidis. "Folk Art and Ethnological Museum of Macedonia and Thrace" (ing. ). http://www.museumsofmacedonia.gr/. 11 October 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 may 2020.