Tovuz şəhər stadionu
Tovuz şəhər stadionu | |
---|---|
Yeri | Tovuz |
Açılış tarixi | 5 sentyabr 1979 |
Tamaşaçı tutumu | 6.500 |
Ev sahibi komanda | Turan Tovuz FK |
Tovuz şəhər stadionu — Azərbaycanın Tovuz şəhərində stadion. Turan Tovuz ev oyunlarını bu stadionda keçirir.
1979-cu ilin sentyabr ayının 5-də Tovuz şəhər stadionu istifadəyə verilib. Həmin gün "Məhsul" ilə "Neftçi" komandası arasında yoldaşlıq görüşü keçirilib. 1981-ci ildə stadionda əsaslı təmir işləri aparıldıqdan sonra areanın açılış mərasimi keçirilib.
1992-ci ildə "Turan" komandasının yaradıcısı Vidadi Əhmədov komandanı gücləndirməklə yanaşı Mərkəzi stadiondada tikinti-quraşdırma işlərini həyata keçirib. Həmin dövrdə ilk dəfə olaraq drinaj sistemi düzəldildi və tribunanın üstü örtüldü. 2004-cü ildə Tahir Yusifovun rəhbərliyi dövründə dövlətin maliyyə dəstəyi ilə stadion ərazisində tikintisi yarımçıq qalmış baza istifadəyə verildi və stadionda yenidənqurma işləri aparıldı. Tribunalara 6500 ədəd oturacaq quraşdırıldı.[1]
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ "ARAŞDIRMA: "AZƏRBAYCANDAKI 100-DƏK FUTBOL ARENASININ ƏKSƏRİYYƏTİ YENİDƏN QURULMALIDIR"". 2019-09-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2020-03-15.
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et] İdman haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |