42°34′42″ şm. e. 23°15′56″ ş. u.HGYO

Torfeno Branişte

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Torfeno Branişte
Sahəsi
  • 785,3 ha
Yaradılma tarixi 1 oktyabr 1935
Yerləşməsi
42°34′42″ şm. e. 23°15′56″ ş. u.HGYO
Ölkə
Torfeno Branişte xəritədə
Torfeno Branişte
Torfeno Branişte
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Torfeno Branişte (bolq. Торфено бранище ) — Bolqarıstanda Bistrişko Branişte qoruğu ilə birlikdə təbiət qoruğudur. Qoruq 728.8 hektar əraziyə malikdir.

Torfeno Branişte, 1935-ci ildə yüzlərlə mamıryosun növləri ilə zəngin olan çim sahəsini qorumaq üçün yaradıldı. Çim səthi 0.6–2 m qalınlığındadır və hər il 1 mm artır.

Qoruğa giriş qəti qadağandır, çünki Torfeno Branişte qoruq statusu ilə yanaşı içməli su mənbəyi olan çay hövzələrinin yerləşdiyi yerdir.

Daimi nəm, turşu mühiti buradakı nadir ekosistemin inkişafına kömək etdi. Ərazisi söyüg, ardıcqaragilədağ şamı kimi ağacabənzər kolluqlar istisna olmaqla demək olar ki ağacsızıdr. Torpaq florası əsasən cilkimilər ailəsindən olan bitkilərdən ibarətdir. Acıçiçək, qırmızı çınqılotu və daşdələn də nisbətən yayılmış bitkilərdir. Bura həmçinin Bolqarıstanda nadir endemik ətyeyən bitkiləri - Pinguicula Balcanica, Drosera Rotundifolia və kiçik gölməçələrdə tapılan Utriculiya-nın iki növünü - Utricularia Minor və Utricularia Australisi görə biləcəyiniz çox az yerlərdən biridir.

Qoruğun faunası olduqca da zəngindir. Buradan maral, canavar, çöldonuzu və nadir hallarda ayıların keçdiyi məlum olmuşdur.