53°33′16″ şm. e. 56°05′56″ ş. u.HGYO

Toratau

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toratau
başq. Торатау
Ümumi məlumatlar
Dağ silsiləsi Cənubi Ural
Mütləq hündürlüyü 406 m
Yerləşməsi
53°33′16″ şm. e. 56°05′56″ ş. u.HGYO
Ölkə  Başqırdıstan
Toratau xəritədə
Toratau
Toratau
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toratau və ya Şixan[1][1] (Tratau, Toratau; başq. Торатау — «qala-dağ»[2][3][4]) — Rusiya Federasiyasının Başqırdıstan Respublikası İşimbay rayonu və İşimbay şəhərinin rəmzi. Bu zirvə istər şəhərin istərsə rayonun gerbində əks olunmuşdur. 1965-ci ildən etibarən təbiət abidəsidir.

İşimbay rayaonu ərazisində olan şahid dağlar arasında olan Kuştau, Yuraktau və Şaxtau Rusiyanın yeddi möcüzəsinə namizəd olaraq göstərilirdi[5].

Fiziki-coğrafi xüsusiyyətləri

[redaktə | vikimətni redaktə et]
Toratau ulduzlu səma altında

Toratau dağının Ağidel çayı sahilindən olan hündürlüyü 275 metrdir. Ətrafında olan düzənlikdən isə 280 metr hündürlüyə malikdir. Dağın dəniz səviyyəsindən olan hündürlüyü isə 406 metr təşkil edir. Dağ üzərində və çevrəsində 100 növdən çox ot bitkisinə rastlamaq mümkündür. Zirvənin qərb və cənub-qərb ətəklərində mağaralar vardır. Düzənlikdə isə Tuqar-Salqan gölü yerləşir.

Bölgədə olan digər şahid dağlar kimi bu zirvə də alt perm dövründə formalaşmışdır. Onun yaşının 230 milyon il olması və bir tropik dəniz ərazisində formalaşması ehtimal edilir.

Toratau Yurmatlar (başqırd qəbilələrindən biri) üçün bir müqəddəs yer olmuşdur. Toratau, onun ətrafında yerləşən Tuqar-Salqan gölünün də daxil olduğu ərazi qadağan olunmuş bölgə elan edilmiş və müqqəddəs ainlərin icra edildiyi ərazi olmuşdur. Əfanəyə görə Toratu dağında olan mağaraların birində xan öz qızını gözəl Diafeti dustaq olaraq saxlayır. Buna səbəb isə onun bir rus əsgərlə qaçmaq istəməsi olur. Mağaranın girəcəyini iri ilan qoruyurdu. Stalin idarəsi dönəmində zirvənin yaxınlığında bir həbs düşərgəsi olmuşdur. Hazırda baraklarların divarları belə qalır.

Toratau Paraplançıların ən çox ziyarət etdiyi ərazilərdən biridir.

Zirvə 2008-cı ildə «Rusiyanın 7 möcüzəsi» qısa siyahısına daxil edilmişdir.

Əhəng daşı mədənçiliyinin bir mənbəyi olaraq Toratauda təhlükə getdikcə daha real hal alır. Sterlitamakda yerləşən "Soda şirkəti" dağda kəşfiyyat işlərini həyata keçirir. Bu risk zonasına Yuraktau dağdı da daxildir.

"Toratau və Yuraktau şixanlarını xilas edək" qeyri-hökumət ictimai təşkilatı Rusiya Federasiyasının Prezidentinə imza toplamağı təşkil edir.

  1. 1 2 "Реестр наименований географических объектов на территорию Республики Башкортостан по состоянию на 26.09.2016". 2014-12-26 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-03-26.
  2. "Башкирские шиханы: край легенд и рай для скалолазов". Общественная интернет-газета Республики Башкортостан. 2017-09-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2017-09-01.
  3. Шиханы Arxivləşdirilib 2018-08-28 at the Wayback Machine // ВОО «Русское географическое общество", 2013—2017.
  4. Легенды о Торатау Arxivləşdirilib 2018-06-10 at the Wayback Machine// Сохраним шиханы Торатау и Юрактау.
  5. "Горы Шиханы: республика Башкортостан". 100 чудес России. 2020-11-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-10.