Toqhon Teymur

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Toqhon Teymur
monq. ᠲᠤᠭᠤᠨᠲᠡᠮᠤᠷ
monq. Тогоонтөмөр
Togon Teymurun portreti
Togon Teymurun portreti
Yuan imperiyasının XI imperatoru
Monqolların XV xaqanı
Çin imperatoru
1332 – 23 may 1370
ƏvvəlkiRinçinbal xaqan
SonrakıBiliqtü xaqan
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri
Vəfat tarixi (49 yaşında)
Vəfat səbəbi dizenteriya
Fəaliyyəti astronom, xəttat, rəssam, əsilzadə
Atası Xutuqtu xaqan
Anası Mailaiti
Həyat yoldaşları İmperatriça Ki
İmperatriça Danaşiri
Bayan Xutuq
Uşağı Biliqtü xaqan
Ailəsi Borucigin
Dini buddizm
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Toqhon Teymur (25 may 1320, Yuan23 may 1370) — Çindəki Yuan dövlətinə hökmdarlıq etmiş monqol sülaləsinin son nümayəndəsidir[1][2][3] və onun Monqolustana gedişi ilə Çində Min sülaləsi hakimiyyətə gəlmişdir.

Hakimiyyətə gəlməzdən əvvəl

[redaktə | mənbəni redaktə et]

Togon Teymurun atası 1329-cu ildə hakimiyyətdə olmuş Yuan imperatoru Biliqtü xaqan, anası isə qarluq türk qəbiləsindən olan Mailaiti adlı bir qadın idi.[4] Atası vəfat etdikdən sonra hakimiyyətə əmisi Tok Temür (1329–1332) gəlmişdir. Əmisi hakimiyyətdə olarkan o, əvvəlcə Koreyaya, daha sonra isə Quanxiyə sürgün edilmişdir. O, sürgündə olarkən ögey anası Babuşa edam edilmişdir. 1332-ci ildə əmisinin ölümü ilə onun dul arvadı Budaşiri öz oğlu El Tegüsü yox, Togon Teymurun hakimiyyətə gəlməsini istəmiş, ancaq hakimiyyətə Togon Teymurun qardaşı Irinjibar gəlmişdir. Irinjibarin ölümü ilə Togon Teymur Quanxidən Pekinə gəlmişdir. Bu zaman faktiki hakim El Teymur idi. Togon Teymurun taxta çıxması El Teymur tərəfindən 6 ay gecikdirildi və 1333-cü ildə El Teymurun ölümündən sonra Togon Teymur taxta sahib ola bildi.

Hakimiyyəti dövründə önəmli şəxslər

[redaktə | mənbəni redaktə et]
Togon Teymurun heykəli
  • Togon Teymur ona qəyyumluq edən Budaşirinin oğlunu vəliəhd şahzadə etdi. Ancaq Togon Teymur güclü feodallar tərəfindən idarə edilirdi və onlardan ən güclüsü olan Bayan onun naibi ola bildi. Ancaq Bayanın diktator siyasəti, bəzi köçürmələr etməsi və imperial imtahan sistemini dayandırması ölkədə qarışıqlığa səbəb oldu və Bayan öz qardaşı oğlu Toghtogha tərəfindən öldürüldü. Toghtogha Togon Teymurun yeni naibi oldu. Togon Teymur həmçinin Budaşirini və onun oğlunu uzaqlaşdırdı.
  • Toghtogha Bayanın etdiyi bütün köçürmələri dayandırdı, imperial imtahan sistemini geri gətirdi, çinli ədəbiyyatçıları sürgündən və ya təqaüdə çıxmaqdan geri qaytardı, Liao, Jin və Song dövlətlərinin tarixi yazılıb qurtardı (1345). Togon Teymurun istəyi ilə Toghtogha 1344-ün iyununda vəzifədən getdi, ancaq 5 ildən sonra yenidən naib oldu. 1349–1354-cü illərdəki naiblik etdi.

Yuanın xarici dövlətlərlə əlaqələri

[redaktə | mənbəni redaktə et]

Vatikanla əlaqələr

[redaktə | mənbəni redaktə et]

Papa John XXII və Papa Benedict XII 1317–1343-cü illərdə Krımdan Çinə qədər öz șəbəkələrini yaratdılar. 1338-ci ildə Vatikandan göndərilən John of Marignolli 1328-ci ildə ölən John of Montecorvinonu əvəz etdi. Yeni səfirlik nümayəndələri Togon Teymura Avropa atlarını hədiyyə gətirmişdi.

Dehli Sultanlığı ilə əlaqələr

[redaktə | mənbəni redaktə et]

1338-ci ildə Dehli sultanı Məhəmməd bin Tugluq səyahətçi İbn Bəttutəni Yuana səfir təyin etdi. Hədiyyə isə 200 hindli qul idi. Ancaq hindli üsyançılar onlara hücum etdi. Dehli sultanlığının süvariləri 78 qurban verdi və hindli üsyançıların hamısı, yəni 4000 nəfər öldü. Bu hadisədən sonra heyət Togon Teymurun yanına gedə bildi.[5]

Yaponiya ilə əlaqələr

[redaktə | mənbəni redaktə et]
Çin 1362-ci ildə

Koreyalılar yapon balıqçı gəmisini tutanda bunun casusluq olduğunu fikirləşdilər. Həmin dövrdə Koreyada Yuanın müstəmləkəsi olan Koreyo dövləti balıqçıları hökmdarları Togon Teymura göndərdi. Ancaq Togon Teymur balıqçıları Yaponiyaya geri göndərdi və buna cavab olaraq, bir keşişin başçılığı ilə Yaponiyanın Aşikaqa şoqunatı öz minnətdarlığını bildirmək üçün elçilərini Pekinə göndərdi

Qırmızısarıqlılar üsyanı

[redaktə | mənbəni redaktə et]

XIV əsrin 40-cı illərinin axırlarında xalq aclıqdan, daşqınlardan və quraqlıqdan əziyyət çəkirdi, hakimiyyətinin duz monopoliyası qanunsuz duz satanları narahat edirdi və beləliklə 1351-ci ildə Qırmızısarıqlılar üsyanı başladı. Togon Teymurun naibi Toghtogha böyük ordu topladı ancaq Togon Teymur onun xəyanət eləyəcəyini fikirləşdiyi üçün ona olan inamını itirmişdi və 1354-cü ildə Toghtogha naiblikdən getdi.

Vəliəhd şahzadə Ayushiridaranın əleyhdarlarına qarşı mübarizəsi

[redaktə | mənbəni redaktə et]

Togon Teymurun koreyalı Kraliça Kidən olan oğlu Ayushiridara 1353-cü ilde vəliəhd șahzadə oldu. O, xanın əvəzinə idarəçilik edənlərlə konflikti oldu. Onun anası Kralica Ki və şahzadənin naziri onu taxtı ələ keçirməyə inandırdı. Togon Teymur ise konfliktə son verə bilməsə də, oğlunun nazirini edam etdirdi. 1364-cü ilde Shangxi ərazisinin başçısı Bolad Temur Xanbalığı işğal etdi və şahzadəni onun qış iqamətgahından qovdu. Ayushiridara Henan ərazisinin başçısı Koke Temurla ittifaqa girdi və Bolad Temuru məğlub etdi. Bütün bu hadisələr ölkənin zəifləməsi ilə nəticələndi.

Şimala doğru çəkilmə

[redaktə | mənbəni redaktə et]

Cənubi Çində üsyançı qüvvələr birləşdi və Min dövləti yaradıldı. Min dövlətinin birinci lideri olan Zhu Yuanzhang 1368-ci ildə Yuan ordusunu məğlub etdi. Koke Temur Min generalı Xu Daya qarşı döyüşü uduzdu. Min qoşunu Hebeyə yaxınlaşdı. Togon Teymur Xanbalıqdan vaz keçdi və yay iqamətgahı olan Xanaduya getdi.

1369-cu ildə Shangdu Min işğalı altına düşdü və Togon Teymur Yingchanga-Daxili Monqolustana getdi və beləliklə, monqolların Çində hakimiyyəti zəiflədi. Togon Teymur 1370-ci ildə vəfat etdi. Onun oğlu Ayurşiridara Monqolustanda Şimali Yuan imperatoru olaraq taxta çıxdı və Qaraqoruma çəkildi.

Togon Teymur incəsənətdə

[redaktə | mənbəni redaktə et]

Cənubi Koreyada Togan Teymura aid Shin Don (2005–2006) və Kraliça Ki (2013) serialları çəkildi.

  1. Michael Prawdin The Mongol Empire and its Legacy
  2. J. J. Saunders The History of Mongol Conquests
  3. René Grousset The Empire of Steppes
  4. Andreas Radbruch, ed. Flow Cytometry and Cell Sorting. Berlin: Springer, 1992 or 2000 ISBN 0-387-55863-3 ISBN 3540656308, p. 129
  5. "Google books". 2020-12-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-07-31.