Tona
Tona | |
---|---|
azərb. Tona, erm. Դեբեդ, gürc. დებედა | |
| |
Ölkələr | |
Vilayətlər | |
Mənbəyi | Dsex |
• Yüksəkliyi | 897.6 m |
Mənsəbi | Anaxatır |
• Yüksəkliyi | 299.2 m |
Uzunluğu | 92 km |
Su sərfi | 29.7 m³/san |
Su hövzəsi | Xəzər |
Hövzəsinin sahəsi | 1 250 km² |
Axan çay | Anaxatır |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Tona[1], Tana (erm.: e.ə. Դեբեդ, l.ə. Debed, gür.: g.ə. დებედა, l.ə. Debeda) — indiki Ermənistan və Gürcüstan ərazilərindən axan çay. Anaxatır çayının sağ qolu. XIX əsrin sonu, XX əsrin əvvəllərinədək Rus mənbələrində tarixi Borçalı mahalının adı ilə Borçalı çayı adlanırdı.[2][3][4][5]
Adın mənşəyi
[redaktə | mənbəni redaktə et]Coğrafi mövqeyi
[redaktə | mənbəni redaktə et]Tona hövzəsi Kiçik Qafqazın təqribən orta hissəsində, Ermənistan (yuxarı və orta axımı) və Gürcüstan (aşağı axımı) ərazisində yerləşir. Hövzə 44° və 45°10′ şərq uzunluqları və 40°30′ ilə 41°15′ şimal enlikləri arasında yerləşir.[6]
Tona çayı iki ən böyük qolları olan Cəlaloğlu və Pəmbək çaylarının birləşməsindən yaranır. Pəmbək çayı başlanğıcını Pəmbək dağ silsiləsindən, Cəlaloğlu çayı isə Ağlağan dağ silsiləsindən götürür. Pəmbək çayı Ağlağan və Pəmbək dağ silsilələri arasındakı vadi ilə axaraq Karpi çayını qəbul etdikdən sonra şimal-şərq istiqamətində axaraq Ağlağan dağ silsiləsi ilə Hələb dağ silsiləsi arasından keçərək Dsex kəndi yaxınlığında Tona çayının ikinci böyük qolu olan Cəlaloğlu çayı (rus. река Дзорагет, erm.: e. Ձորագետ գետի, l. Dzoraget geti) ilə birləşir.[6] Buradan başlayaraq çay Tona adlanır və Gürcüstan - Ermənistan sərhəddinədək (Loru mərzinin Ləlvar kəndinin şimali-qərbində) 70 km uzunluğa sahibdir. Bu ərazidə çay dar, dərin, əyri dərələrlə axır və Ağtala məntəqəsini keçdikdən sonra əsasən dağətəyi ilə axaraq Gürcüstanın Sarvan bələdiyyəsinin Böyük Muğanlı kəndi yaxınlığında (kəndin təxminən 400 m cənubunda) Anaxatır çayına tökülür.[6] Gürcüstan - Ermənistan sərhəddindən mənsəbinədək çayın uzunluğu 22 km-dir.
Pəmbək (hövzəsi: 1.370 km²) və Cəlaloğlu (hövzəsi: 1.460 km²) çaylarının hövzələri də daxil olmaqla Tona çayının hövzəsinin ümumi sahəsi 4.080[7] km²-dir, onun 3.790[8][9] km²-i Ermənistanın, 290 km²-i isə Gürcüstanın ərazisində yerləşir. Tona çayının uzunluğu Pəmbək çayı (uzunluğu: 84 km) daxil olmaqla 176 km-dir.[7][10] Onun 154[8][10] km-i Ermənistan, 22 km-i isə Gürcüstanın ərazisinə düşür. Cəlaloğlu və Pəmbək çaylarının birləşdiyi məntəqədə (40°57′26″ şm. e. 44°37′58″ ş. u.HGYO ; məntəqənin dəniz səviyyəsindən hündürlüyü 897.6 m) başlayan Tona çayı Anaxatır çayına qovuşduğu məntəqəyədək (41°22′36″ şm. e. 44°57′46″ ş. u.HGYO ; məntəqənin dəniz səviyyəsindən hündürlüyü 299.2 m) 92 km məsafədə uzanır və meylliyi 6.5[q 1] m/km-dir. 164 km-lik Ermənistan - Gürcüstan dövlət sərhəddinin təxminən 12 km-i Tona çayından keçir.
Qeydlər
[redaktə | mənbəni redaktə et]- ↑ Qeyd: hesablanma əsasında alınmış rəqəmdir —> 897.6 m-299.2 m=598.4 m/92 km≈6.5 m/km
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ İlyas Adıgözəlli. "Elim-obam Sadaxlı". Azərbaycan nəşriyyatı, Bakı, 2000-ci il, səhifə 36Orijinal mətn (az.)
Sadaxlıdan keçən və Tona çayı ilə qovuşan Bənövşə çayına isə eldə Çaxrax da deyirlər.
Orijinal mətn (az.)Debetin qədim adı Tonadır.
- ↑ Энциклопедический словарь Arxivləşdirilib 2010-11-13 at the Wayback Machine, под редакцией профессора Ивана Ефимовича Андреевского. Томь IV. Битбург — Босха. Издатели: Фридрих Арнольд Брокгаузь (Лейпцигь), Илья Абрамович Ефронь (Санкт-Петербургь). Санкт-Петербургь, Типо-Литография (И.А. Ефрона), Прачешный переулок № 6, 1891, стр. 451Orijinal mətn (rus.)
Борчала — правый приток р. Храма, вливающейся справа в р. Куру. Б. берет начало в Эриванской губ., к В. от Александрополя, и в верхнем течении носит название Бамбак; после поворота на С. у Караклиса Б. принимает название Дебеды, после же слияния с р. Каменкой, орошающей Лорийскую степь, Дебеда получает название Борчалы. Глубина Б. в верховьях незначительна, ниже ст. Амамлы бродов мало; ширина реки не превосходит 15 саж. Течение Б. довольно быстро; зимой она замерзает, но лед не выдерживает тяжести человека. Выйдя на Борчалинскую равнину, Б. орошает множество расположенных здесь полей и несколько выше Красного моста впадает в р. Храм. Длина течения до 120 верст.
- ↑ Географическо-статистический словарь Российской империи. Том I. Санкт-Петербургь, 1863, стр. 209
- ↑ Потто Василий Александрович. Кавказская война в отдельных очерках, эпизодах, легендах и биографиях. Том III. Персидская война 1826-1828 годов. Arxivləşdirilib 2021-11-30 at the Wayback Machine Выпуск I. Издание второе. Санкт-Петербург, Колокольная, собственный дом, № 14. 1888. Дозволено цензурой, Санкт-Петербург, 15 апреля 1888 года. Типография Тренке и Фюсно, Максимилиановский переулок, № 15. Оглавление I выпуска: Вторжение Персиян, стр. 30
- ↑ Большая Советская Энциклопедия. Первое издание. Том седьмой. Больница - Буковина. Москва, 31 августа 1927 года, стр. 200Orijinal mətn (rus.)
БОРЧАЛА (Бaмбaк), правый приток реки Храма, впадающего в реку Куру. Берет начало в Армянской ССР. В верхнем течении носит название Бамбака, ниже Караклиса—Дебеды, а после слияния с р. Каменкой—Б. Дл. 135 км, шир. не более 30 м; течение быстрое; обладает значительными запасами водной энергии; зимой покрывается тонким льдом.
- ↑ 1 2 3 Расходы поверхностных вод СССР. Том 9: Закавказье и Дагестан. Вып.1, Л.: Гидрометеоиздат, 1975
- ↑ 1 2 Большая советская энциклопедия: Дебед Arxivləşdirilib 2022-07-14 at the Wayback Machine
- ↑ 1 2 Հայաստանի Հանրապետության Ազգային վիճակագրության ծառայություն (ing. Armenian Statistical Service of Republic of Armenia): Հայաստանի Հանրապետության մարզերը և Երևան քաղաքը թվերով,2011 (ing. Marzes of the Republic of Armenia and Yerevan city in figures, 2011):Հայաստանի Հանրապետության աշխարհագրական բնութագիրը (ing. Geographic Characteristic of the Republic of Armenia) Arxivləşdirilib 2020-10-01 at the Wayback Machine
- ↑ "Ущелье реки Дебед". 2012-10-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-10-16.
- ↑ 1 2 Հայաստանի Հանրապետության Ազգային վիճակագրության ծառայություն (ing. Armenian Statistical Service of Republic of Armenia): Հայաստանը թվերով, 2011 (ing. Armenia in figures, 2011): Հայաստանի Հանրապետության ընդհանուր բնութագիրը (ing. General characteristik of the Republic of Armenia) Arxivləşdirilib 2016-02-16 at the Wayback Machine
Xarici keçidlər
[redaktə | mənbəni redaktə et]- Kiçik juza daxil olan Tana boyunun şəcərəsi Arxivləşdirilib 2012-10-16 at the Wayback Machine