Tokiva-so
Tokiva-so | |
---|---|
トキワ荘 | |
| |
Ümumi məlumatlar | |
Status | sökülüb |
Ölkə | |
Şəhər | Toşima, Tokio |
Koordinatlar | 35°43′47″ şm. e. 139°41′14″ ş. u.HGYO |
Açılma | 6 dekabr 1952 |
Sökülüb | 29 noyabr 1982 |
Texniki detallar | |
Mərtəbə sayı | 2 |
Vikianbarda əlaqəli mediafayllar |
Tokiva-so (トキワ荘?) – Yaponiyanın Tokio şəhərinin Toşima rayonunda keçmiş mənzil binası. 1960-cı illərdə Osamu Tezuka kimi bir sıra məşhur manqakalar bu binada yaşadığı üçün manqa fanatları arasında məşhur yerə çevrilmişdir. Bina 1982-ci ildə sökülsə də, yerində manqa muzeyi tikilmişdir.
Tarixi
[redaktə | mənbəni redaktə et]Tokiva-sonun açılışı 6 dekabr 1952-ci ildə baş tutmuşdur.[1] Həmin dövrdə binanın aylıq kirayə haqqı 3000 yen təşkil edirdi.[1] 1953-cü ildə "manqanın atası" hesab olunan Osamu Tezuka bu binada yaşamağa başlamışdır.[1] Tezliklə başqa tanınmış manqakalar onu izləyərək bu binaya köçmüşdürlər.[1]
Tezuka 1954-cü ildə Zoşiqayada yerləşən Namiki evinə köçsə də, digər manqakalar bu binada yaşamağa davam etmişdirlər.[1] Onlar Hiro Teradanın başçılığı altında "Yeni Manqa Partiyası" adlı manqaka qrupu yaratmışdırlar.[1] Tezliklə bina "manqakaların Şanqri-Lası" ləqəbi ilə tanınmağa başlamışdır.[1]
Muzey və əlaqəli tikililər
[redaktə | mənbəni redaktə et]Orijinal bina 1982-ci ildə sökülsə də, manqa fanatları bu yerə maraq göstərməyə davam etmişdirlər və nəticədə, 7 iyul 2020-ci ildə burada Toşima Şəhər Tokiva-so Manqa Muzeyi açılmışdır.[1] Orijinal binanın replikasından ibarət olan muzeydə 1950 və 1960-cı illərin şəraiti yaradılmağa çalışılmışdır.[1] Replika "Tanseisha" memarlıq şirkəti tərəfindən dizayn edilmişdir.[1] Orijinal binanın sxemləri itdiyi üçün replika şəkillər və müsahibələr əsasında yaradılmışdır.[1] Ziyarətçilər məşhur manqakaların otaqlarını ziyarət edə bilərlər.[1]
Toşima Minami-Naqasaki Tokiva-so Əməkdaşlıq Layihəsi Assosiasiyasının üzvlərindən biri olan Koyde Mikio öz saat mağazasını sataraq Tokiva-soda yaşamış manqakaların 7000 səhifəlik işinə həsr olunmuş kitab evi açmışdır.[1] Həmin tikiliyə manqakaların sevimli kafesinin şərəfinə adlandırılmış "Eden" kafesi də daxildir.[1]