Tlinkit dili

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Tlinkit dili
Orijinal adı Lingít
Ölkələr
Danışanların ümumi sayı
  • 500 nəf. (2016)[3]
  • 845 nəf. (1995)
Təsnifatı
indigenous language[vd]
Indigenous languages of the Americas[vd]
indigenous language of North America[vd]
Na-Dene dilləri
Tlinkit dili
Yazı latın əlifbası
Dil kodları
QOST 7.75–97 тли 684
ISO 639-1
ISO 639-2 tli
ISO 639-3 tli
Dilin strukturlarının dünya atlası tli
Atlas of the World’s Languages in Danger 2389, 278
Ethnologue tli
ELCat 850
IETF tli
Glottolog tlin1245

Tlinkit dili (tlingit, koloş dili, öz adlanması Lingít — " ɬɪŋkɪ́t") — Alyaskanın cənub-şərqində və Kanadanın qərbində yaşayan tlinkitlilərin dili. Na-dene dil ailəsinə aiddir. XXI əsrin əvvəllərinə cəmi 140 nəfər tilingit dilini bilən qalmışdı, onlar da iki dilli idi (ikinci dil — ingilis dili).

Tlinkit dilinin tarixi yazılı mənbələr olmadığından hələ də tam öyrənilməyib. Avropa xalqları ilə tlinkitlər ilk dəfə 1790-cı ildə qarşılaşıblar. Hətta bundan sonra da XX əsrin başlanğıcına qədər xalq haqqında yarımçıq məlumatlar var. Hesab edilir ki, dil Alyaskanın Ketçikan ərazisindən şimala doğru yayılıb, belə ki, cənubdan şimala doğru irəlilədikcə dilin mühafizəkar xarakteri itir. Aralarında böyük məsafə olmağına baxmayaeraq tlinkit dilinin bəzi dialektləri ilə eyak dili arasında oxşar cəhətlər çoxdur.

Tlinkit dilində 1840-cı ildən kiril əlifbası ilə dini mətnlər çap edilib. XX əsrin əvvəlinə bu əlifba sıradan çıxıb. Hal-hazırda ABŞKanadada tlinkit dili üçün latın qrafikasından istifadə edilir.

  1. 1 2 ScriptSource - United States.
  2. 1 2 ScriptSource - Canada.
  3. https://www12.statcan.gc.ca/census-recensement/2016/as-sa/98-200-x/2016022/98-200-x2016022-eng.cfm.