Tiroidoloq

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç

Tiroidoloqqalxanabənzər vəzi və əlaqəli xəstəliklər üzrə ixtisaslaşmış həkim.

Kliniki tiroidoloq, qalxanabənzər vəzi xəstələrinin əksəriyyətini müalicə edən sertifikatlaşdırılmış endokrinoloqdur.

Bir çox Avropa ölkələrində təkcə endokrinoloqlar deyil, həm də nüvə tibb mütəxəssisləri qalxanabənzər vəziqalxanabənzər ətraf vəziləri xəstəliklərinin diaqnostikası və müalicəsinə diqqət yetirən klinik tiroidoloq kimi çalışırlar.[1][2]

Endokrin Sertifikatlaşdırma Proqramı (ESP)

[redaktə | mənbəni redaktə et]

Amerika Klinik Endokrinoloqlar Assosiasiyası (AKEA) boyun ultrasəs müayinəsi üçün Endokrin Sertifikatlaşdırma Proqramını (ESP) inkişaf etdirmişdir.[3]

ESP endokrinoloqlar, tiroidoloqlar və tiroidologiya üzrə təcrübəçilər üçün boyun ultrasəs müayinəsi sahəsində peşəkar sertifikatdır. Bu sahədə sertifikat almış həkimlətr həm diaqnostik ultrasəs, həm də ultrasəslə idarə olunan incə iynə aspirasiyası (İİA) istifadə edərək, qalxanabənzər vəzi və qalxanabənzər ətraf vəziləri xəstəlikləri üçün məsləhətlər və diaqnostik qiymətləndirmələr aparırlar.

Kliniki tiroidoloqlar

[redaktə | mənbəni redaktə et]

Kliniki tireoidoloqlar müdaxiləli tiroid radioloqları rolunu öz üzərinə götürür və qalxanabənzər vəzi və qalxanabənzər ətraf vəziləri kistri və təkrarlanan xərçəngli boyun limfa düyünləri, düyünlü zob üçün ablativ terapiya kimi qeyri-cərrahi prosedurlarda ixtisaslaşırlar.

AKEA — Amerika Klinik Endokrinoloqlar Assosiasiyasının peşəkar sertifikatlı həkimləri boyun ultrasəs müayinəsi sahəsində yüksək ixtisaslaşmış tiroidoloqlardır. Onlar həm diaqnostik ultrasəs, həm də ultrasəslə idarə olunan incə iynə aspirasiyası (İİA) istifadə edərək, qalxanabənzər vəzi və qalxanabənzər ətraf vəziləri xəstəlikləri üçün məsləhətləşmələr və diaqnostik qiymətləndirmələr təqdim edirlər.

  1. "Thyroid committee of the European Association of Nuclear Medicine". EANM (ingilis). 2022-01-30. 2022-11-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  2. "An Austrian thyroid center operated by nuclear medicine specialists". www.thyroid-vienna.com. 2023-02-06 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-11-03.
  3. "Endocrine Certification in Neck Ultrasound (ECNU) Program | American Association of Clinical Endocrinologists". www.aace.com. 2011-11-30. 2013-10-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-02-28.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]