Tinka Kurti
Tinka Kurti | |
---|---|
alb. Tinka Kurti | |
Doğum tarixi | |
Doğum yeri | Sarayevo, YSFR |
Vətəndaşlığı | Albaniya |
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1948- |
IMDb | ID0475994 |
Tinka Kurti (alb. Tinka Kurti; 17 dekabr 1932, Sarayevo) — alban əsilli aktrisa, Albaniya xalq artisti. İş təcrübəsi təxminən 60 ildir. 50-dən çox filmdə rol almış və 150-dən çox teatr əsərində rol oynamışdır.
Həyatı
[redaktə | mənbəni redaktə et]Tinka Kurti Bosniya və Herseqovinanın (o zamanki Yuqoslaviyanın bir hissəsi) Sarayevo şəhərində qarışıq ailədə anadan olub: atası alban, anası macar idi[1]. Ailənin ilk övladı olmuşdur. Uşaqlıqda ailəsi Albaniyanın şimalındakı Şkodra şəhərinə köçmüşdür. Şkodrada ömrünün çoxunu keçirmiş və teatr karyerasına başlamışdır. 1947-ci ildə Tinka incəsənət məktəbindən qovulur və ali təhsil ala bilmir. Sonra teatr sənəti ilə məşğul olmağa qərar verir. 16 yaşında ikən[2], 1948-ci ildə "Dasma Shkodrane" pyesində kiçik bir rolu ilə debüt edir. Bundan sonra bir neçə il karyerasını uğurla davam etdirir.
Tinka özünü kinematoqrafiyada sınadı, amma bu onun teatrı atması anlamına gəlmədi. 1958-ci ildə "Tana" filmində baş rol oynamaq üçün seçildi. Baş rol aldığı sonrakı filmlər, adını Alban incəsənətində əbədiləşdirdi. İki kinoteatr (Tirana və Durresdə) və bir məktəb (Lekbibaj kəndində) onun adını daşıyır.
2003-cü ildə alban rejissoru Esat Teliti onun həyatı haqqında bir tərcümeyi-hallı sənədli film hazırlamışdır. Bu film sadəcə "Tinka" adlanır.
Bu gün Tinka Kurti tamaşaçılarını heyrətləndirməkdə davam edir. Bir dəfə o, bu sözləri demişdir: “Mən qocalıqdan, ölümdən qorxmuram. Ancaq "beynin qocalmasından" qorxuram və gələndə düşünürəm ki, mən iki dəfə öləcəyəm. Buna görə işləmək istəyirəm.
Çəkildiyi filmlər
[redaktə | mənbəni redaktə et]- «Bota» — 2014
- «Ne Kerkim te Kujt« — 2012
- «Gjalle!» — 2009
- «Familjet» — 2009
- «Ne dhe Lenini» — 2009
- «Mira» — 2008/II
- «Etjet e Kosoves» — 2006
- «Nata» — 1998
- «Zemra e Nënës» — 1995
- «Në emër të lirisë» — 1987
- «Hije që mbeten pas» — 1985
- «Besa e kuqe» — 1982
- «Qortimet e vjeshtë» — 1982
- «Si gjithë të tjerët» — 1981
- «Mengjeze te reja» — 1980
- «Nusja» — 1980
- «Gjeneral gramafoni» — 1978
- «Vajzat me kordele të kuqe» — 1978
- «Emblema e dikurshme» — 1976
- «Cifti i lumtur» — 1975
- «Lumë drite» — 1975
- «Operacion Zjarri» — 1973
- «Yjet e netëve të gjata» — 1972
- «Guximtarët» — 1970
- «Tana» — 1958
İstinadlar
[redaktə | mənbəni redaktə et]- ↑ Lajmetshqip. "Tinka Kurti: Ju rrëfej origjininën time hungareze" (ingilis). Lajmet shqip. 2010-07-21. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.
- ↑ "Tinka Kurti Shkela cdo bestytni per puthjen e pare te filmit shqiptar" (alban). Shqiperia. 2019-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-03-23.