Teymur şahmatı

Vikipediya, azad ensiklopediya
Naviqasiyaya keç Axtarışa keç
Teymur şahmatı.

Əmir Teymurun (1336–1405) hakimiyyəti dövründə İranda bu oyun oynanılıb. Bəzi mənbələr bildirirlər ki, oyunu Teymur özü icad edib, amma bu mütləq şəkildə həqiqətə uyğun deyil. "Teymur şahmatı" ilkin şahmatın böyük lövhədəki versiyası kimi təqdim edilir.

Lövhə 112 xanadan ibarət olur: on bir sətir, on sütün və əlavə iki xana. Bu iki xanadan biri soldan 9-cu sətirdə, digəri isə sağdan ikinci sətirdə yerləşir. Bu iki əlavə xanalar qala adlanır və oyunda mühüm rol oynayır.

Hər bir oyunçunun aşağıdakı fiqurları var: şah, vəzir, iki at, iki top, iki fil, iki dəvə, iki hərbi maşın, on bir piyada, general, iki zürafə, iki qarovul.

Piyada, öz növbəsində, bir-birindən fərqlənir: kral piyadası, vəzir piyadası, general piyadası və s. var. Həmçinin piyada piyadası da var.

Başlanğıc düzülüşü

[redaktə | mənbəni redaktə et]

Üçüncü sətiri təşkil edən balaca fiqurlar — piyadalar özlərinə uyğun olan fiqurların balaca formasıdır.

Yuxarı sətirdə fiqurların düzülüşü (soldan sağa): piyada piyadası, hərbi maşın piyadası, dəvə piyadası, fil piyadası, general piyadası, şah piyadası, vəzir piyadası, zürafə piyadası, qarovul piyadası, at piyadası, top piyadası.

İkinci sətirdə fiqurların düzülüşü: top, at, qarovul, zürafə, general, şah, vəzir, zürafə, qarovol, at, top.

Birinci sətirdə isə ağların düzülüşü: fil, dəvə, hərbi maşın, hərbi maşın, dəvə, fil.

Fiqurların hərəkəti

[redaktə | mənbəni redaktə et]

Şah, at və top klassik şahmatdakı kimi hərəkət edir.

General diaqonal üzrə bir xana gedir.

Vəzir şaquli və üfüqi bir xana gedir.

Zürafənin hərəkəti atın hərəkətini xatırladır. Zürafə diaqonal üzrə bir xana, irəli 3, 4, 5 və bir neçə xana hərəkət edə bilər. Fiqurların üzərindən tullana bilmir. Məsələn, zürafə a1 xanasındadırsa, b5, b6, b7 və başqa xanalara hərəkət edə bilər, amma əgər b2, b3, b4 xanaları boşdursa.

Qarovul adi fil kimi hərəkət edir, amma fildən fərqli olara ikinci xanadan başlamalıdır. Fiqruların üzərindən tullana bilmir.

Fil diaqonal üzrə iki xana tullana bilər, bir şərtlə ki, birinci xanada fiqur olmasın.

Dəvənin gedişi adi at kimidir. Məsələn, dəvə a1 xanasındadırsa, b4 xanasına gələ bilər. Dəvələr tullana bilirlər.

Hərbi maşınlar şaquli və üfüqi iki xana hərəkər edə bilər. İstəsələr fiqurların üzərindən tullana da bilərlər.

Piyadalar müasir piyadalar kimi hərəkət edirlər. Ancaq bir fərqi var. İki xana birdən hərəkət edə bilmirlər.

Çevrilmə qaydaları

[redaktə | mənbəni redaktə et]

Çevrilmə qaydaları şah piyadası və piyada piyadası istisna olmaqla, bütün piyada üçün sadədir. Yəni lövhənin sonuna çatdıqda aid olduqları fiqura çevrilirlər. Beləliklə, top piyadası topa, dəvə piyadası dəvəyə və s. çevrilir. Şah piyadası şahzadəyə çevrilir. Şahzadə şah kimi hərəkət edir və uduş üçün rəqib tərəfdən götürülməli və ya ona mat verilməlidir.

Piyada piyadası sonuncu xanaya çatdıqda olduğu kimi qalır və oyuncu onu istədiyi xanaya qoya bilər. Oyunçu onu lövhənin yalnız şah tutduğu xanadan başqa, hətta bu xanada başqa fiqur olsa da, istənilən digər xanasına qoya bilər. Burada o, eyni zamanda iki fiqur üçün və ya gediş edə bilməyən fiqur üçün təhlükə yaradacaq. Xana tutan fiqur lövhədən götürülür. Bundan sonra piyada piyadası adi piyada kimi hərəkət edir. Əgər o yenə axırıncı xanaya gəlsə, onda o şahın əvvəldə dayandığı yerə gedir (f3 və ya f8).

Əgər piyada piyadası 3-cü dəfə yenə sonuncu xanaya çatsa, onda əlavə şah kimi qalır. O, adi şah kimi hərəkət edir və uduş üçün mat verməlidir.

Əgər oyunçunun şahı rəqbinin qalasının yerini tutursa, oyun heç-heçə bitir. Şahdan başqa fiqur rəqibin qalasına soxula bilməz. Rəqibin qalanı tutmasına icazə verməməsi üçün əlavə şah öz qalasına daxil ola bilər.

Digər qaydalar

[redaktə | mənbəni redaktə et]

Oyun müddətində şah öz yerini digər fiqrularla bir dəfə dəyişə bilər.

Əgər əlavə şah, şahzadə varsa, əsas şah vurula bilər. Bu halda şahın rolunu şahzadə və ya əlavə şah oynayır (əgər əlavə şah qaladadırsa, o öz yerini hər hansı bir boş xanaya dəyişməlidir.).

Əgər şah mat olubsa, oyunçu məğlub olur (əgər əlavə şah və şahzadə yoxdursa).

http://vvvvv.narod.ru/Chess/TamerlaneChess.html